Эротические рассказы

Kerri bacı. Теодор ДрайзерЧитать онлайн книгу.

Kerri bacı - Теодор Драйзер


Скачать книгу
– deyə Kerri cavab verdi.

      Oğlan qaçıb Kerrinin sözlərini ondan bir qədər aralıda durub söhbət edən üç centlmenin birinə dedi. Həmin adam qıza tərəf yönəlib:

      – Nə istəyirsiniz? – deyə soyuq bir tərzdə soruşdu.

      Onun səsinin ahəngi o saat Kerrinin bütün qətiyyətini qırdı.

      – Sizə işçi lazım deyil ki? – deyə Kerri mızıldandı.

      – Yox! – deyə müdir qəti cavab verdi və dabanları üstə dönüb getdi.

      Özünü tamamilə itirmiş Kerri oğlanın onun çıxması üçün nəzakətlə açdığı qapıya tərəf yönəldi. O, tezliklə küçədəki izdihama qarışmaq istəyirdi. Onun bir az əvvəlki yüksək əhval-ruhiyyəsinə ağır zərbə endirilmişdi.

      O bir müddət zəngin ticarət kontorlarının yanından gah o tərəfə, gah da bu tərəfə keçərək boş-boşuna veylləndi, lakin təklifini təkrar etməyə cəsarəti çatmadı.

      Günorta oldu, Kerri acmışdı. O, ucuz bir restoran tapıb içəri girdi, lakin qorxu hissi ilə anladı ki, qiymətlər onun cibinə görə deyildir. Onun ancaq bir boşqab şorba almağa imkanı var idi. Kerri şorbanı tez yeyib küçəyə çıxdı. Hər halda bu şorba onu bir qədər doyuzdurdu və ona iş axtarmağa davam etdirmək üçün qüvvət verdi.

      Hara gedəcəyini bilmədən, bir neçə kvartal getdikdən sonra Kerri yenidən “Storm və Kinq” firmasının qarşısında durdu və bu dəfə özünü içəri girməyə məcbur etdi. Bir neçə centlmen ondan iki-üç addım kənarda durub nə barədə isə danışırdı. Lakin onlardan heç biri Kerriyə fikir vermədi. O, əsəbi halda gözlərini döşəməyə dikərək dayandı. O gəldiyinə tamam peşman olmuşdu ki, arakəsmənin o tərəfindəki saysız-hesabsız stollardan birinin arxasında oturmuş xidmətçi səsləndi:

      – Kimi istəyirsiniz?

      – Kim olur-olsun, mənim üçün fərqi yoxdur, – deyə Kerri cavab verdi, – mən iş axtarıram.

      – Onda siz mister Mak-Manusu görməlisiniz, – deyə xidmətçi cavab verdi, sonra: – Buyurun əyləşin, – deyə əlavə etdi və divarın yanındakı stulu göstərdi.

      O yenidən yavaş-yavaş yazmağa başladı. Küçədən qısa boylu, yoğun bir adam içəri girdi.

      – Mister Mak-Manus! – deyə xidmətçi onu səslədi. – Bu gənc xanım sizi görmək istəyir.

      Qısa boylu centlmen qıza tərəf döndü. Kerri ayağa qalxaraq ona yaxınlaşdı. O açıq hiss olunan maraqla qızı nəzərdən keçirtdi və soruşdu:

      – Mənə aid qulluğunuz, miss?

      – Sizdə bir iş tapılmazmı?

      – Nə cür iş?

      – Nə cür olursa-olsun, – deyə Kerri dili dolaşa-dolaşa cavab verdi.

      – Toplu parça satmaq işində az-çox təcrübəniz varmı?

      – Yox, ser!

      – Elə isə bizdə sizin üçün heç bir iş yoxdur… Biz ancaq ixtisaslı adamları işə götürürük.

      Kerri qapıya tərəf çəkilməyə başladı, lakin onun üzündəki zavallılıq ifadəsi mister Mak-Manusa təsir etdi. O:

      – Siz ümumiyyətlə heç qulluq etmişsinizmi, – deyə soruşdu.

      – Yox, ser!

      – Onda siz bizimki kimi toplu satış firmalarında çox çətin iş tapa bilərsiniz. Siz universal mağazaya getməmişsiniz ki?

      Kerri etiraf etdi ki, bunu etməmişdir.

      O, mehribancasına, qıza baxaraq dedi:

      – Mən sizin yerinizdə olsaydım, hər şeydən əvvəl bəxtimi universal mağazalarda sınayardım – orada çox vaxt sizin kimi qızları axtarırlar.

      Xoş rəftardan canlanmış Kerri:

      – Təşəkkür edirəm, – dedi.

      Geri qapıya tərəf gedərkən Mak-Manus:

      – Bəli, siz öz taleyinizi mütləq universal mağazalarda sınamağa cəhd edin, – deyə təkrar etdi və uzaqlaşdı.

      O zaman universal mağazalar hələ yenicə yaranırdı, onların sayı çox az idi. Birinci üç universal mağaza Birləşmiş Ştatlarda Çikaqo şəhərində təqribən 1884-cü ildə açılmışdı. Kerri qəzetlərdə olan elanlardan bu mağazaların bəzilərinin adını bilirdi və indi bu mağazaları axtarmağa başladı. Mister Mak-Manusun sözləri onun sönməkdə olan qətiyyətini yenidən özünə qaytarmışdı: qız bu mağazalarda ona da bir yer tapılacağı ümidilə canlandı.

      O, təsadüfi olaraq belə binaların birinə rast gəlmək ümidilə uzun müddət küçələri dolaşdı. Adam çətin, lakin zəruri olan yolla gedərkən təkcə axtarışın özündən nə qədər həzz alır!

      Nəhayət, o polismenə müraciət etdi, o da “Bazar”ın bundan iki kvartal o yana olduğunu bildirdi.

      Bu nəhəng pərakəndə ticarət kombinatlarının təsviri – bir vaxt onlar səhnədən çıxarsa – ölkəmizin iqtisadi inkişaf tarixində maraqlı bir fəsil təşkil edəcəkdir. Bu vaxta qədər dünyanın heç yerində və heç bir zaman bu sadə ticarət növü indiki qədər inkişaf etməmişdir. Bu cür kombinatlar pərakəndə satışdan daha səmərəli istifadə etmək məqsədilə yaradılmış və hər biri ən mühüm iqtisadi mülahizələr əsasında birləşdirilmiş yüzlərlə mağazadan ibarət idi. Bir yığın rəis tərəfindən idarə edilən böyük satıcılar ordusuna malik olan bu gözəl, gurultulu mağazalar müvəffəqiyyətlə inkişaf etməkdə idi.

      Kerri bəzək-düzək, qiymətli şeylər, paltar, yazı ləvazimatı sərgisinə baxa-baxa alıcılarla dolu olan keçidlərlə yavaş-yavaş irəliləyirdi. Hər bir yeni piştaxta onun qarşısında gözqamaşdırıcı və maraqlı bir mənzərə açırdı. Kerri hər bir bəzək-düzəyin, hər bir qiymətli şeyin cəzbedici qüvvəsini hiss etməyə bilməzdi, lakin buna baxmayaraq, heç bir yerdə dayanmırdı. Burada olan hər şey ona lazım idi və onlara sahib olmaq istəyirdi. Gözəl çəkmələr, corablar, zərif qırçınlı yubkalar, qurcuvalar, lentlər, daraqlar, balaca çantalar – hər şey Kerridə onlara sahib olmaq arzusu oyadırdı. Kerri çox yaxşı başa düşürdü ki, bunlardan heç birini almağa onun gücü çatmaz. O, bir tikə çörək axtarırdı; o səfildi, işsizdi, hər bir satıcı onun qazanca ehtiyacı olan bir dilənçi olduğunu ilk baxışda duya bilərdi.

      Lakin Kerri heç də soyuq, qənaətcil, gözəllikdən məhrum dünyaya gözlənilmədən atılmış, hər şeydən mütəəssir olan əsəbi bir qıza bənzəmirdi. Yox, o şübhəsiz ki, belə deyildi. Lakin geyimlərindəki nöqsanlar qadınları həmişə çox ağrıdır.

      Kerri qadın tualetinə məxsus bütün bu yeni və gözəl şeylərə qarşısı alınmaz bir meyl duyur, onu itələyərək irəli soxulan, mağazada gördükləri hər şeyi acgözlüklə qiymətləşən, ona azacıq da olsun fikir verməyən qəşəng geyimli qadınlara ürək ağrısı ilə baxırdı. Kerri ona nisbətən daha xoşbəxt olan bacılarının – bu böyük şəhərin daimi sakinlərinin – zahiri siması ilə hələ tanış deyildi. O, böyük mağazaların satıcıları haqqında da indiyə kimi heç bir təsəvvürə malik deyildi, bu satıcılarla müqayisədə Kerri öz-özünə çox miskin göründü. Satıcıların çoxusu qəşəng, hətta gözəl qızlar idi, onların hamısı sərbəst və laqeyd görkəmli


Скачать книгу
Яндекс.Метрика