Эротические рассказы

Şeytan. Лев ТолстойЧитать онлайн книгу.

Şeytan - Лев Толстой


Скачать книгу
təkcə bir oğlanın olmasından şikayətlənmir, özünü oğluna qurban verməyə hazır olan ana təki əlindən gələni eləyir. Heç gözlənilmədən peyda olan bu axırıncı borca da Yevgeni az qala axırına çıxa biləcək bir zərbə kimi baxırdısa, anası bunu oğlunun alicənablıq göstərməsinə səbəb olan bir təsadüf kimi qiymətləndirirdi. Marya Pavlovna Yevgeninin maddi vəziyyəti üçün də ona görə narahat olmurdu: oğlunun münasib bir izdivacla hər şeyi düzəldəcəyinə əmin idi. Evlənmək məsələsinə gəldikdə isə, Yevgeni ən varlı və ləyaqətli ailəyə mənsub qız seçə bilərdi. Marya Pavlovna onlarca ailə tanıyırdı ki, bu izdivacı özü üçün xoşbəxtlik sayardı. Və ana bu işin mümkün qədər tez olmasını arzulayırdı.

      Yevgeni də evlənmək arzusundaydı, amma bu işə heç də anası kimi baxmırdı, izdivacı özünün maddi vəziyyətini yaxşılaşdırmaq, öz işlərini sahmana salmaq vasitəsi etmək fikrinə iyrənc bir şey kimi baxırdı. O, namusla, sevərək evlənmək istəyirdi. Tanıdığı və gördüyü qızlara diqqət yetirir, özü ilə tutuşdururdu, di gəl, taleyi öz hökmünü vermirdi hələ. Bununla belə, heç özünün gözləmədiyi halda Stepanida ilə əlaqələri nəinki hələ də davam edirdi, hətta adət halına düşmüşdü. Yevgeni gəzəyənlikdən çox uzaq adam idi, tutduğu bu gizli, pis iş onun üçün o qədər ağır idi ki, əl-ayağını yığışdırıb öz işlərini heç cür sahmana sala bilmirdi və hətta Stepanida ilə ilk görüşdən sonra onu bir daha arayıb axtarmayacağını düşünürdü, lakin bir müddətdən sonra yenə narahatlığı başlandı və Yevgeni bunu yenə həmin məsələ ilə bağladı. Bir də, bu dəfəki narahatçılığı, necə deyərlər, şəxssiz deyildi; onun xəyalında həmin o parlaq, qara gözlər, nazik tül koftanı deşib çıxmaq istəyən döşlər canlandı, onun sinədən gələn səsini eşitdi elə bil, bir təzəlik, qüvvət qoxusu duydu, özü də bütün bunları həmin o fındıq və ağcaqayın pöhrəliyində təsəvvür eləyirdi. Nə qədər xəcalət çəksə də, kömək üçün yenə də Danilaya müraciət eləməli oldu. Yevgeni bu dəfə onu bir xeyli gözdən keçirdi və Stepanidanın yaraşıqlı, cəlbedici olduğunu gördü. Yevgeni onunla əri barədə danışmağa cəhd göstərdi, ərini soruşdu. Onun əri, həqiqətən Mixaylonun oğlu idi, Moskvada arabaçılıq eləyirdi.

      – Bəs sən niyə, niyə belə. – Yevgeni soruşmaq istəyirdi ki, nə üçün ərinə xəyanət eləyir.

      – Necə yəni niyə? – suala sualla cavab verdi. Görünür ağıllı, dərrakəli qadın idi.

      – Ərin ola-ola mənim yanıma necə gəlirsən?

      – Hə, bunu deyirsənmiş, – şən halda dilləndi. – Məncə o da vaxtını boş keçirmir, gəzir yeri düşəndə. Mənə nə olub onda?

      Özünü qəsdən belə sərbəst, qoçaq göstərmək istəyirdi. Və bu, Yevgeninin xoşuna gəldi. Buna baxmayaraq, özü görüş təyin eləmədi. Hətta Stepanida, nədənsə xoşuna gəlməyən Daniladan xəbərsiz görüşməyi təklif eləyəndə belə razı olmadı. Yevgeniyə elə gəlirdi ki, bu, axırıncı görüşləridir. Stepanida onun xoşuna gəlirdi və fikirləşirdi ki, belə əlaqələr onun üçün vacibdir və burada heç bir pis şey yoxdur; lakin qəlbinin dərinliyində daha ciddi bir hakim vardı və həmin hakim bunu təqdir eləmirdi. Buna görə də Yevgeni fikirləşirdi ki, axırıncı görüşdür, buna əmin olmasa da, hər halda növbəti görüş hazırlamaq istəmirdi.

      Bütün yay belə keçdi, Yevgeni onunla təqribən on dəfə görüşdü və hər dəfə də Danilanın əli ilə. Bir dəfə əri kənddə olduğundan Stepanida görüşə gələ bilmədi və Danila başqasını təklif elədi. Yevgeni nifrətlə boyun qaçırdı. Sonra Stepanidanın əri çıxıb getdi və onlar yenə də köhnə qaydada, Danila vasitəsilə görüşməyə başladılar və axırda görüş vaxtını özü təyin elədi. Stepanida Proxorova qarıyla gəlirdi görüşə, çünki tək çıxa bilməzdi evdən. Bir dəfə görüşə azca qalmış Marya Pavlovnanın qonaqları gəldi, özü də bu həmin ailə idi ki, Marya Pavlovna onların qızını oğluna almaq fikrindəydi və buna görə də Yevgeni heç cür imkan tapıb görüşə gedə bilmədi. Fürsət tapan təki evdən çıxdı, samanlığa tərəf yollandı, ordan da dolayı cığırla meşəyə, görüş yerinə qaçdı. Stepanida orda yox idi. Di gəl, talada kol-kos tapdalanıb əzilmişdi, ağacların budaqları qırılıb tökülmüşdü, hətta paya yoğunluqda bir cavan adcaqayın da sındırılmışdı. Bunlar hamısı onun işiydi, Yevgenini gözləyəndə həyəcanlanmış və əsəbiləşib belə eləmişdi. O bir xeyli gözlədi və Danilanın yanına gedib, sabaha görüş təyin elədi. Ertəsi gün Stepanida gəldi, həmişəki kimiydi, elə bil heç nə olmamışdı.

      Yay belə keçdi, həmişə də meşəyə təyin eləyirdilər görüşü, yalnız bircə dəfə payızqabağı onların həyətinin arxasındakı samanlıqda görüşdülər. Yevgeninin heç ağlına da gəlməzdi ki, bunların onun üçün nə isə bir əhəmiyyəti ola bilər. Stepanida barədə isə heç fikirləşmirdi də. Təkcə hərdən pul verirdi ona. Yevgeni bilmirdi ki, onların bu əlaqəsindən bütün kəndin xəbəri var və kənd arvadlarının Stepanidaya paxıllıqları tuturdu, evdəkilər isə Yevgeninin verdiyi pulları Stepanidanın əlindən alır və onun bu əlaqəsinə nəinki göz yumur, hətta təqdir eləyirdilər, nəticədə isə pulun və evdəkilərin təsiri ilə Stepanidanın günah barədə təsəvvürləri tamamilə məhv olub gedirdi. Ona elə gəlirdi ki, adamların paxıllığına səbəb olursa, deməli, onda heç bir pis iş tutmur.

      «Sadəcə olaraq sağlamlığım üçün lazımdır, – Yevgeni fikirləşirdi. – Tutaq ki, yaxşı iş deyil və heç kim bu haqda danışmasa da, bilənlər çoxdur yəqin. Yəqin Stepanidanı görüş yerinə ötürən qarı başqalarına da danışıb. Neyləmək olar? Pis iş görürəm, – Yevgeni özünü qınayırdı, – neyləyim, başqa əlacım yoxdu, həmişəlik deyil ki, bu?!»

      Yevgenini narahat eləyən bircə onun əriydi. Əvvəllər fikirləşirdi ki, yəqin əri bekara adamdır və bununla da, öz hərəkətlərinə bir növ haqq qazandırırdı. Amma Stepanidanın ərini görəndə heyrətə gəldi, cavan oğlan idi, qəşəng geyinmişdi. Stepanida ilə görüşəndə dedi ki, ərini görüb və xoşuna gəlib.

      – Kənddə beləsi yoxdu, – Stepanida əriylə fəxr elədiyini gizlətmədi.

      Bu, Yevgenini təəccübləndirdi. Və o vaxtdan Stepanidanın əri barədə düşüncələr ona daha çox əzab verirdi. Bir dəfə Danila ilə söhbət eləyirdi, ağzı qızışandan sonra Danila açıqca dedi:

      – O səfər Mixaylo məndən soruşdu ki, doğrudanmı ağa onun gəlini ilə yaşayır. Mən dedim ki, bilmirəm. Bir də ki, mujikdənsə ağayla yaşasa yaxşıdır.

      – Bəs o nə dedi?

      – Eh, heç nə. Dedi: Yaxşı, qoy axırına yetim, aşının suyunu verərəm.

      «Əri gəlib çıxsa, qurtararam bu məsələni», – Yevgeni fikirləşirdi. Di gəl, Stepanidanın əri şəhərdən qayıtmır, onların da əlaqələri davam edirdi. «Lazım olanda, qıraram əlaqəni, hər şey qurtarar», – ürəyindən keçirdi.

      Və bu, şübhə doğurmurdu onda, çünki bütün yay ərzində bir sıra müxtəlif şeylər başını yaman qatmışdı: təzə xutor salmaq, məhsul yığımı, tikinti işləri, başlıcası isə borcların qaytarılması və xam, məndəcər torpağın satılması. Bunlar onun vaxtını bütünlüklə alırdı, yatanda da, duranda da ancaq bunlar haqda düşünürdü. Bütün


Скачать книгу
Яндекс.Метрика