Эротические рассказы

Çaldıran döyüşü. Фарман КеримзадеЧитать онлайн книгу.

Çaldıran döyüşü - Фарман Керимзаде


Скачать книгу
köntünün işi.

      Ustadın tanımaz bunda hər kişi,

      Onun kim, mürşidi ər olmayınca.

      Sıralardan «bəh, bəh!» nidaları eşidilirdi. Qara Piri bəy Qacarın qulağı aşıqda olsa da, fikri qarşıdakı təpədə sıralanmış düşmən səflərində idi. O, bir anı belə əldən vermək istəmirdi. «Ürəkli ordu az da olsa, həmişə qalib gəlməlidir». Bu onun tez-tez işlətdiyi söz idi. Həmişə də hücuma birinci atılmaq, ilk zərbəni özü vurmaq adətinə vərdiş eləmişdi. Deyəsən, düşmən səfi bir dəfə ləngər vurdu, amma yenidən sakitləşdi. Bu Qara Piri bəyin gözündən yayınmadı. Demək, düşmən tərəddüd içindədir. O, əlini qaldırdı, aşıq sazını çiyninə aşırıb qılıncını siyirdi və öz yerinə qayıtdı. Qara Piri bəyin göydəmir atı şahə qalxdı, onun yorğun, gur səsi eşidildi.

      – Qurban olduğum, sadağa olduğum, pirim-mürşüdüm!

      Minlərlə səs ona hay verdi. Amma bir gəlmə belə qarışmadı. Uzaqda, çadırının yanında dayanıb baxan Murad Mirzənin qulaqlarında bu gəlmələr aydınca səsləndi. O, indi başa düşdü ki, onun qoşununun belə bir hücum nidası, nərəsi yoxdur.

      Murad Mirzənin tükləri ürpərdi, hiss elədi ki, bu nida qarşısında onun qoşunu dayana bilməyəcək.

      O, Sultan Yaqubun oğlu idi. Atası, Şah İsmayılı, öz bacısı Aləmşahbəyimi illərlə həbsdə saxlamışdı, kürəkəni Şeyx Heydər nəslinin kökünü kəsməyə çalışmışdı. Bacarmamışdı. Amma budur, həmin nəsil bütün heyfləri onlardan çıxıb. Hakimiyyəti alıb taxt-taca yiyələnib. Nəslin son hökmdarı indi də Murad Mirzənin üstünə qılınc çəkib. Hiddət, nifrət budur. Həmin nifrət qarşısında nə dayana bilər?

      Murad Mirzə əmr verdi ki, qoşun hücuma keçsin. Özü də hiss elədi ki, gecikib. Artıq hər tərəfdən qoşunlar onu mühasirəyə alıb. Qoşunlarının meydanı daralıb.

      Döyüş başladı. Qılıncların cingiltisi, insan bağırtısı, atların kişnərtisi bir-birinə qarışmışdı.

      Murad açıq-aşkar görürdü ki, onun qoşunlarının səfi pozulur. Qara Piri bəyin süvariləri iraqlı döyüşçüləri şil-küt eləmək üzrədir. Mirzə əmr verdi ki, Qasım bəy Pərnakın pusquda dayanan qoşunu köməyə gəlsin. Çapar gedib tez də qayıtdı.

      – Böyük hökmdar, mən dil günahkarıyam. Qasım bəy xain çıxıb, düşmən tərəfinə keçib.

      Bu artıq məğlubiyyət demək idi.

      Hərəmxananı, öz canını qurtarmaq qayğısına qalmaq vaxtı yetişmişdi. Artıq başqa bir çaparın:

      – Məhəmməd boy Ustaclının qoşunu mosulluları araya alıb, qılıncdan keçirir! – Kəlmələrini eşitmədi. Bəlkə də eşidib əhəmiyyət vermədi. Onun mosullulara kömək etməyə heç bir imkanı yox idi.

      O, candarların başçısına göstərişlərini verdi, atını minib qılıncını siyirdi. Bu, fərarilik etmək ərəfəsində olan döyüşçülərinin gözü qabağında açıq-aşkar qaçdığını bildirməmək üçün bir fənd idi. Yaxşı ki, Bağdad yolu hələ bağlanmamışdı və burada min nəfərə qədər şəxsi qulamı onu gözləyirdi.

      Murad Mirzənin qılınc siyirdiyini görən döyüşçülər ümidlərini itirməyib təzədən döyüşə atıldılar. Bu vaxt Murad Mirzənin gözünə bir atlı sataşdı. Atlı yəhərə yatıb ildırım sürəti ilə çadırların yanından keçib dərəyə endi. O, açıq-aşkar Şah İsmayılın aydın görünən ağ çadırı qurulan təpəyə tərəf çapırdı.

      – Kimdir o?

      – Tanıya bilmədim.

      – İsmayıla qəsd eləməyə adam göndərməmisiniz?

      Göndərmişdik, hamısını qırıblar.

      – O, qəsd eləməyə gedənə oxşamırmı?

      – Bəlkə də!

      – Bəs onda niyə təkdir?

      – Bilmirəm.

      Murad Mirzə tərəddüd edirdi. Onu ən yaxın bir adama oxşatmışdı. Özü də qoşunların seyrəldiyi yolla ildırım sürəti ilə çapırdı. Qabağına bir atlı çıxdı, özünü itirmədən qılıncını elə çaldı ki, at sağa sıçradı və ayağı üzəngiyə ilişən sahibini sürüyüb apardı.

      Atlı artıq təpəni dırmaşmaqda idi. Şah İsmayılın candarları onun qabağına çıxdı. Bu vaxt Murad Mirzənin candarlarından biri yaxınlaşıb nəsə dedi və o qılıncını həmin candarın başına endirdi. O, ikiyə parçalanan insan başının eybəcərliyinə nifrətlə baxıb atını hökmdar çadırına tərəf sürdü.

      Atlı Şah İsmayılın çadırı yanında qızılbaş müridlərinin onu tikə-tikə doğrayacağını görüb atını saxladı, qılıncını tulladı.

      – Məni şahın yanına aparın! Ona çox vacib bir xəbər verməliyəm! – dedi. Onlar dəbilqənin çöhrələdiyi bu gözəl simanı görüb özlərini itirdilər, əlləri boşaldı. Dədə bəy yaxınlaşdı.

      – Sən kimsən?

      – Mənim kimliyimi yalnız şah bilməlidir. Başqa heç kim.

      Onun sifətində, səsində elə bir məlahət vardı ki, Dədə bəy gördü ki, bu adi adam deyil!

      – Onda atdan düşün.

      O, atdan düşdü.

      – Başqa silahın varmı?

      – Yox.

      Dədə bəy onu çadıra apardı.

      Şah İsmayıl taxtda oturmuşdu və tək idi. Döyüşün gedişini tez-tez ona xəbər verirdilər və qələbənin çox yaxın olduğunu hiss elədiyindən kefi kökəlmişdi.

      – Qibleyi-aləm, bu gənc çox vacib söz demək üçün o tərəfdən gəlib.

      – Elçidirsə, lazım deyil. Murad Mirzənin elçisini qəbul etmirik.

      – Yox, mən elçi deyiləm, hökmdar. Gəlmişəm bibim oğlunu təbrik edəm.

      Şah İsmayıl da bu səsdə qəribə bir məlahət, çöhrədə isə gözəllik və məhrəmlik hiss elədi.

      – Sən kimsən?

      Mən yalnız ikilikdə deyə bilərəm.

      – Yaxşı, Dədə bəy, bizi tək buraxın.

      Dədə bəy çıxıb çadırın qabağında sayğılı dayandı ki, işdir, bir iş olsa özünü çatdırsın. İkilikdə qalanda gənc dəbilqəsini çıxartdı, şabalıdı saçları onun dəmir köynəyinin çiyinlərinə töküldü.

      – Mən hökmdarımızın dayısı qızı Taclıbəyiməm.

      Taca layiq bu gözəl onun dayısı qızı, Murad Mirzənin doğma bacısı idi. Şah İsmayıl ona yer göstərdi. Taclıbəyim oturandan sonra özü də oturdu, amma taxtda yox, onunla qarşı-qarşıya qoyulmuş kürsüdə. Xeyli baxdı, Taclıbəyim isə tutaş kirpiklərini aşağı endirdi. Onun yumru, şehdə yuyulmuş ağ alma kimi təravətli yanağında qızartı göründü. Bu anı heç bir söz ifadə edə bilməzdi və ona görə də heç biri danışmırdı. Hər şey məlumdur. Murad Mirzə məğlub olub. O qaçıb İstanbula gedəcək, orada paşa ləqəbi alıb sancaqların birinə sancaqbəyi göndəriləcək. Taclıbəyim də artıq yetişib, onu Osmanlı paşalarından


Скачать книгу
Яндекс.Метрика