Эротические рассказы

Metro-2033. Дмитрий ГлуховскийЧитать онлайн книгу.

Metro-2033 - Дмитрий Глуховский


Скачать книгу
ng>

      ROMAN

      DMİTRİ ALEKSEYEVİÇ QLUXOVSKİ

      (1979, Moskva)

      Qüdsdəki Hebrev Universitetində Jurnalistika və Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil almış, gənc olmasına baxmayaraq çox təcrübəli və olduqca nüfuzlu jurnalist peşəsinə sahib olmuş Qluxovski bu günə qədər Fransanın “EuroNews”, Moskvadakı “Russia Today” və “Mayak” radiostansiyalarında işləyib, həmçinin, Almaniyanın “Deutsche Well Radio” və İsrailin “Sky News” milli radio efirlərində müxbir olaraq fəaliyyət göstərib.

      Jurnalist kimi Mərakeşdən Qvatemalaya, İslandiyadan Yaponiyaya qədər, demək olar, bütün dünyanı gəzən Qluxovski, Çernobılda Atom Elektrik Stansiyasının partlaması zamanı o dəhşətli anları lentə almaq üçün Ukraynaya gedib; Baykonurda rus raketlərinin kosmosa buraxılışını yaxından izləyib; Qiryat-Şomuna bölgəsində İsrail və “Hizbullah” arasında olan qızğın müharibənin mərkəzindən bütün dünyaya məlumat ötürüb. Qluxovski Şimal Qütbündən birbaşa yayım həyata keçirən ilk jurnalist adını da qazanıb.

      Qluxovski rus dililə yanaşı, ingilis, fransız, alman, ivrit və ispan dillərini bilir. Hazırda Moskvada yaşayan jurnalist-yazıçı “Metro-2033” kitabıyla 2007-ci ildə Kopenhagendə keçirilmiş “EuroCon” müsabiqəsində Avropa Elmi Fantastik Ədəbiyyat Cəmiyyəti (“The European Science Fiction Society”) tərəfindən “Həvəsləndirmə Mükafatı”na (“The Encouragement Award”) layiq görülüb.

      MÜNDƏRİCAT

      1. Səfər başlayır .......................................................

      2. Hanter ...............................................................

      3. Əgər geri qayıda bilməsəm ......................................

      4. Tunelin səsi .........................................................

      5. Avtomat daraqları üçün ........................................

      6. Güclü olanın haqqı................................................

      7. Zülmət Xanlığı .....................................................

      8. Dördüncü Reyx ....................................................

      9. Öləcəksən ...........................................................

      10. Keçid yoxdur .....................................................

      11. İnana bilmirəm ...................................................

      12. Polis şəhərciyi ......................................................................

      13. Böyük Kitabxana ..................................................

      14. Yuxarıda .............................................................. …

      15. Plan ........................................................................

      16. Ölülərin musiqisi .................................................

      17. Böyük Soxulcanın övladları .......................................

      18. İqtidar .....................................................................................

      19. Son müharibə..........................................................

      20. Sürünmək üçün dünyaya gələnlər ............................

      1

      SƏFƏR BAŞLAYIR

      Əziz moskvalılar və şəhərin qonaqları!

      Moskva metrosu fövqəladə hadisələrin hər an baş vermə ehtimalının yüksək olduğu nəqliyyat vasitəsidir.

      Metro vaqonundakı bir elandan

      Kim ömür boyu qaranlığa baxacaq qədər cəsur və qətiyyətlidirsə, o da ilk ümid işığını hiss edəcək.

      Xan

      – Kim var orda? Artyom, bir ora bax!

      Tonqalın yanında oturan Artyom həvəssiz yerindən qalxdı, avtomatını götürüb qaranlığa yönəldi. İşıqlı ərazinin kənarına çıxan kimi dayanaraq səs-küylə silahını ayağa çəkib:

      – Dayan! Parol! – deyə, bağırdı.

      Bir dəqiqə bundan əvvəl qaranlıqdan qəribə qışqırtı və uğultulu səslər eşitmişdilər. İndisə həyəcanlı ayaq səsləri eşidilirdi. Artyomun gur səsindən, silahının cingiltisindən qorxan bir nəfər geriyə, tunelə qayıtdı. Artyom sürətlə tonqalın yanına qayıdaraq Pyotr Andreyeviçə səsləndi:

      – Kim olduğunu demədən birdən-birə yox oldu.

      – Ay fərsiz! Əmrdən xəbərdar idinsə, bilməliydin ki, kimdənsə parol soruşanda cavab vermirsə, atəş açmalısan! Kim olduğunu hardan biləcəksən? Bəlkə də qaralardır, bizim əraziyə soxulurlar.

      – Yox! Əminəm ki, insan deyildi… Qəribə səsdi… Ayaq səslərindən insana oxşamırdı. Məgər insanın ayaq səslərini tanıya bilmirəm? Çox yaxşı bilirsiz ki, Pyotr Andreyeviç, qaralar xəbərdarlıq etmədən, qəflətən hücuma keçirlər; hələ bu günlərdə növbətçi hissəyə silahsız hücum etmişdilər, gözübağlı pulemyotun üstünə getmişdilər. Amma indiki səs qorxaq bir heyvanın ayaq səslərini xatırlatdı.

      – Yaxşı, Artyom! Yaman ağıllısan… Amma bundan sonra aldığın əmrləri yerinə yetir və artıq düşünmə. Bəlkə də, bu casusdu. Sayca az olduğumuzu gördü, sonra da daha güclü dəstəylə… Nəticədə hamımızın boğazından yapışıb hərəmizin xirtdəyinə bir bıçaq, sonra da eynən “Poleşayevskaya”dakı kimi bütün stansiyanın kökünü kəsəcəklər. Zibili vaxtında öldürmədin! Sadəcə diqqətli ol, gözünü dörd aç! Bir də belə şey təkrar olunsa, yenə atəş açmasan, səni onun arxasınca tunelə göndərəcəyəm, xəbərin olsun!

      Artyomun tükləri ürpəşdi. Bir anlıq sərhəddin 500 metr o tərəfindəki tuneli gözlərinin önünə gətirdi. Sadəcə düşünmək belə, insanı dəhşətə gətirirdi. Şimala tərəf 500 metrdən o tərəfə heç kim getməyə cəsarət etmirdi. Kəşfiyyatçılar, sağlam, dünyagörmüş kişilər, köhnə dəniz piyadaları belə 480 metr irəlilədikdən sonra, dayanıb siqaretlərinin közünü əlləriylə gizlədərək, gecəgörmə cihazıyla ətrafa nəzarət edirdilər.

      Növbətçi hissə stansiyadan 250 metr uzaqda, sərhəd dirəklərindən təxminən 50 metr aralıda yerləşirdi. Sərhəd nəzarəti gündə bir dəfə həyata keçirilirdi, son yoxlama hələ bir neçə saat əvvəl həyata keçirilmişdi. İndi növbətçi hissədə son növbəydi və bəlkə də onları qorxuya salan vəhşilər sonuncu istehkamdan bu tərəfə daha da yaxınlaşmışdılar. Tonqal və insanların varlığı mutantları cəlb edirdi.

      Artyom yerinə oturdu və soruşdu:

      – “Poleşayevskaya”da necə olmuşdu?

      Bu tükürpədici əhvalatı, əslində çox yaxşı bilirdilər. Öz stansiyasındakı səyyar satıcılar hadisəni danışmışdılar. Yenə də eyni başsız mutantlar haqqında qorxulu nağılları və ya azyaşlı uşaqları oğurlayan vampirlərin hekayələrini dinləməkdən həzz alan uşaqlar kimi, bildiyi hekayəni bir də dinləmək ona həyəcan verəcəkdi.

      – “Poleşayevskaya”da nə baş verdi? Eşitmədinmi? Qəribə hekayəydi. Qəribə və qorxulu. Əvvəlcə nəzarətçi qruplar ard-arda yox oldular. Tunelə getdilər və bir daha geri dönmədilər. Demək olar, bizimkilərə bənzəmirdilər, yaddılar, amma stansiyaları da onlara görə daha kiçikdi, orda çox insan yaşamır. Daha doğrusu, yaşamırdı. Hər nəsə, birdən-birə ortadan yox oldular. Əvvəlcə yolda ləngidiklərini zənn etdilər, çünki tunel buradakı kimi dolanbacdı. – deyə, sözlərinə davam etdi. Onun müqayisəsindən Artyomun bədəninə vicvicə düşdü, – Nə qədər işıqlandırsalar da, nə növbətçi hissəsindən, nə də ki, stansiyadan heç bir şey görünmürdü. Hər nə oldusa, yox olmuşdular. Yarım saat, bir saat, iki saat… Bəs hara yoxa çıxa bilərdilər? Ən çox bir kilometr uzaqlaşmışdılar, daha uzağa getmək onlara


Скачать книгу
Яндекс.Метрика