. Читать онлайн книгу.
bu, bəlkə də ən yüksək bir müvəffəqiyyət idi.
O qəbul otağının boz rəngli suvaqlı divarlarına və içəri açılan qapı üzərindəki yazıya baxdı. Qapıda belə yazılmışdı: “Yaxalıq və köynək hazırlayan Qrifitslərin səhmdarlar cə-miyyəti. Sədr, Semyuel Qrifits, katib Qilbert Qrifits”. O indi öz-özünə sual edirdi ki, bu qapı arxasında nələr görəcəkdir, bu Qilbert Qrifits, görəsən, necə adamdır, onu nə cür qəbul edəcəkdir – Klaydı soyuq yaxud mehribanlıqla, dostanə ya-xud düşməncəsinə qarşılayacaqdır?
O oturub bu cür fikirləşərkən birdən telefonçu qadın ona yenidən müraciət etdi:
– İndi içəri girə bilərsiniz. Mister Qilbert Qrifitsin kabi-neti bu mərtəbənin lap axırında, çaya baxan tərəfdədir. Xid-mətçilərin hansından soruşsanız sizə göstərə bilər.
Qadın ayağa qalxaraq sanki qapını onun üçün açmaq is-tədi, lakin Klayd tələsik onu qabaqlayıb qapını özü açdı.
– Təşəkkür edirəm, zəhmət çəkməyin! – deyə o ürək-dən qadına təşəkkür etdi və aynabənd qapını açıb böyük bir zala girdi. Burada yüzdən artıq xidmətçi var idi, – onların əksəriyyəti gənc oğlanlar və gənc qadınlar idi, hamısı qarşı-larındakı kağızlar ilə məşğul idilər. Bir çoxlarının gözləri üzərinə, alınlarına yaşıl qalpaqlar bağlanmışdı. Kişilər sətin-dən qısa iş köynəkləri geymiş, yaxud köynəklərinin qollarını qorumaq üçün qolçaq keçirmişdilər. Demək olar ki, gənc qa-dınların hamısı ucuz parçadan tikilmiş səliqəli və qəşəng paltarlar, yaxud xalat geymişdi. Hər iki tərəfdə, zalın mər-kəzi hissəsində arakəsmələrlə ayrılmış bir çox kabinetlər var idi, bu kabinetlər firmanın müxtəlif vəzifə sahiblərinə məx-sus idi və qapılara bənd edilmiş kiçik lövhələrdə onların ad-ları yazılmışdı: mister Smilli, mister Letç, mister Qetboy, mister Berki.
Telefonçu qadın, mister Qrifitsin kabinetinin binanın axırında olduğunu söylədiyi üçün Klayd birbaşa bütün zal-dan keçərək, lap axırda yarıaçıq bir qapı gördü, onun üzərin-dəki kiçik lövhədə: “katib Qilbert Qrifits” sözləri yazılmışdı. O bir dəqiqə dayanıb içəri girməyə cəsarət etmədi, sonra ya-vaşdan qapını döydü. Dərhal içəridən kəskin və cır bir səs eşidildi: “buyurun”. Klayd içəri girib boyca ondan bir az al-çaq, yaşca ondan bir az böyük olan və şübhəsiz, ona nisbə-tən daha təmkinli və dərrakəli görünən bir gənc ilə üz-üzə gəldi; bir sözlə Klayd özü məhz belə bir gənc olmaq həsrətilə yaşayırdı: bu öz işini bilən ixtiyar sahibi və fəal təbiətli bir oğlan idi. Yaza yaxın olduğu üçün, Klaydın dərhal müşahi-də etdiyi kimi o, zolaqlı açıq-boz rəngli bir kostyum gey-mişdi. Onun işıldayan saçları Klaydınkına nisbətən daha açıq rəngdə idi və arxaya doğru hamar daranmışdı. Klayd içəri girən kimi onun açıq rəngli qonur göy gözləri Klaydın üzünə zilləndi. Qilbertin gözlərində sümük çərçivəli çeşmək vardı. Bu çeşməyi o yalnız iş zamanı gözlərinə taxırdı. İndi çeşməyin dəyirmi şüşələri arxasından iti və diqqətli nəzərlə Klaydı başdan-ayağa, ayaqqabısından tutmuş əlində saxladı-ğı qəhvəyi rəngli fetr şlyapasınadək gözdən keçirib hər bir şeyə diqqət yetirdi.
Klayd otağın ortasında dayandı. Qilbert dodaqlarında xəfif və istehzalı bir təbəssümlə, son dərəcə soyuq bir səslə:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.