Эротические рассказы

Amerika faciəsi . Теодор ДрайзерЧитать онлайн книгу.

Amerika faciəsi  - Теодор Драйзер


Скачать книгу
qayıqdan çölə atmışlar, yoxsa aldığı zərbədən huşunu itirdikdən sonra qayıqdan suya yıxılmışdır və yaxud qayıq çevrilmişdir? Siz özünüz başa düşürsünüz ki, bunun iş üçün çox böyük əhəmiyyəti var. Biz bu məsələni dürüst bilmədən heç bir şey edə bilmərik. Lakin buradakı həkimlər barəsində siz nə fikirdəsiniz? Siz bilən, onlardan birisi bu işin öhdəsindən gələ bilərmi, çünki tibbi nəticə elə tərtib edilməlidir ki, sonra məhkəmədə heç kəs ona irad tuta bilməsin.

      Meyson həyəcan içərisində idi; o artıq fikrində ittihamnamənin planını tərtib edirdi.

      – Bilmirəm, Orvil – deyə Xeyt ağır-ağır cavab verdi, – qəti bir şey deyə bilmərəm. Bunu siz məndən yaxşı bilərsiniz. Mən artıq doktor Mitçelldən xahiş etmişəm ki, sabah bura gəlib, meyidə baxsın. İndi doktor Betsi də çağırmaq olar. Lakin əgər siz başqa bir həkimin çağırılmasını lazım bilmirsinizsə… məsələn doktor Bevonu, yaxud doktor Linkolnu çağırmaq istəmirsinizsə… Bevo haqqında nə deyirsiniz?

      – Məncə, Utika şəhərindən qeyd etdi, – yaxud doktor Bumisi və ya hər ikisini bir yerdə çağırmaq olar. Belə bir işdə dörd və yaxud beş nəfər ekspert olsa, bunun heç bir zərəri yoxdur.

      Xeyt boynuna düşən məsuliyyətin bütün ağırlığını hiss edərək əlavə etdi:

      – Məncə, siz haqlısınız, Orvil. Çox ola bilsin ki, dörd və yaxud beş ağıl, bir və ya iki ağıldan daha ötkəmdir. Lakin bu o deməkdir ki, biz bütün həkimləri bir yerə toplayana qədər, meyidin müayinə edilməsini bir-iki gün təxirə salmalıyıq.

      – Elədir-elədir, – deyə Meyson müstəntiqin sözünü təsdiq etdi. – Bu, hətta daha yaxşıdır. O vaxtadək mən Likurqa gedərəm, bəlkə təzə bir şey də öyrənə bildim. Heç vaxt qabaqcadan hər şeyi bilmək olmaz. Bəlkə mən caninin özünü elə orada ələ keçirib tutacağam. Hər halda mən buna ümid edirəm. Yaxud heç olmasa, bütün bu işi aydınlaşdıra biləcək yeni bir şey öyrənərəm… Mən hiss edirəm ki, bu çox böyük bir iş olacaqdır, Fred. Bu, mənim xidmətim ərzində, həmçinin sizin xidmətiniz ərzində ən çətin bir iş olacaqdır, buna görə biz hər addımımızı yaxşı ölçüb-biçməliyik. Bu məsələdə ehtiyatlı olmaq heç ziyan gətirməz. O görünür, varlı adamdır – deməli, mübarizə edəcəkdir. Bundan əlavə, qohumları da ona qəhmər çıxacaqlar.

      Prokuror əsəbi bir halda, sıx saçlarını çəngəlləyib qarışdırdı.

      – Eybi yoxdur, məncə, öhdəsindən gələrik, – deyə prokuror əlavə etdi. – Hər şeydən əvvəl, Utikadan doktor Bimislə, Uebsteri çağırmaq lazımdır, – yaxşısı budur, elə bu gün onlara teleqraf vurun, yaxud telefonla zəng edin. Həmçinin, Olbenidəki doktor Spralunu da çağırın. Özümüzünküləri incitməmək üçün yerli həkimlərdən Linkoln ilə Betsi də dəvət edin. Doktor Bevonu da çağırmaq olar. – Meyson xəfifcə gülümsədi. – İndi isə mən yola hazırlaşmalıyam, Fred. İşi elə təşkil edin ki, həkimlər buraya sabah yox, bazar ertəsi və yaxud salı günü gəlsinlər. O vaxta qədər, yəqin ki, mən də qayıdıb gələrəm və şəxsən bu işdə iştirak edərəm. Əgər mümkündürsə, qoy bazar ertəsi günü gəlsinlər… nə qədər tez olsa, o qədər yaxşıdır! Baxarıq görək, o zaman daha nə aydınlaşacaqdır.

      Meyson şkafdan bir neçə blank götürüb, qəbul otağına çıxdı, Oldenə müraciət edərək, onunla bərabər Likurq şəhərinə getməli olacağını söylədi, Berleyə isə tapşırdı ki, missis Meysonu telefona çağırsın, arvadı telefona gəldikdə, prokuror ona təcili bir iş üçün səfərə çıxdığını və yalnız bazar ertəsi qayıdıb gələcəyini xəbər verdi.

      Utika şəhərinədək bütün yol uzunu, – yəni üç saat davam edən yolu və Likurq şəhərinə gedən qatarı gözlədikləri bir saatı, sonra isə həmin qatarda keçirdikləri bir saat iyirmi dəqiqəni (onlar Likurqa səhər saat yeddidə gəlib çatdılar), – Orvil Meyson, bir dəqiqə sakit oturmayıb, qəmli və pərişan Taytusu sorğu-suala tutaraq, həm qocanın özünün, həm də qızı Robertanın sadə keçmişi haqqında bir sıra məlumat topladı; bu söhbət zamanı qoca, Robertanın nə qədər səxavətli, itaətkar və ismətli bir qız olduğunu onun sinəsində necə mehriban və şəfqətli bir ürək çırpındığını, sonra, qızın əvvəllər harada işlədiyini, nə qədər maaş aldığını və pullarını nəyə xərclədiyini danışmış, – bütün bunlar isə çox sadə bir hekayə kimi Meysonu olduqca mütəəssir etmişdi.

      Taytusla bərabər Likurqa gələrək, Meyson dərhal “Otel Likurq” mehmanxanasına getdi, orada nömrə tutdu, istirahət etməsi üçün qocanı mehmanxanada qoydu. Oradan Meyson birbaş yerli prokurorun yanına getdi, çünki yerli prokurorun ərazisində istintaq aparmaq üçün icazə almalı idi. Meysona kömək etmək üçün, onun ixtiyarına adi geyimli, iricüssəli xəfiyyə agenti olan bir polis nəfəri verdilər və prokuror axtardığı adamı evdə tapacağı ümidilə dərhal Teylor-strit küçəsinə, Klaydın yaşadığı mənzilə getdi. Lakin onları qarşılayan missis Peyton dedi ki, doğrudur, Klayd burada yaşayır, amma indi evdə yoxdur (o hələ, salı günü evdən çıxmışdır, deyəsən, on ikinci göldəki dostlarının yanına getmişdir). Meyson bir qədər sıxıntı hissilə, missis Peytonu başa salmağa məcbur oldu ki, əvvələn o, Kataraki mahalının prokurorudur, ikincisi bir qızın Biq Bitern gölündə boğulması ilə əlaqədar olan bəzi şübhəli məsələləri aydınlaşdırmaq üçün o, bir prokuror kimi, Klaydın otağında axtarış aparmalıdır, çünki belə görünür ki, o qızın yol yoldaşı Klayd olmuşdur. Bu xəbər missis Peytonu ele sarsıtdı ki, o, diksinib, geriyə çəkildi və qadının üzündə sonsuz bir heyrət, qorxu və etimadsızlıq ifadəsi zahir oldu

      – Necə, mister Klayd Qrifits. Yox, yox, belə şey ola bilməz! Klayd, mister Semyuel Qrifitsin qardaşı oğludur, onu burada hamı tanıyır. Əgər onun barəsində bir məlumat almaq istəyirsinizsə, qohumlarına müraciət edin: onlar, əlbəttə, hər barədə sizə məlumat verərlər. Ancaq belə bir şey… yox, bu ola bilməz! – Missis Peyton həm Meysona, həm də öz nişanını qadına göstərməyə fürsət tapmış yerli xəfiyyə agentinə elə baxırdı ki, sanki onların düz adam olmalarına və vəkalətlərinə şübhə edirdi.

      Bu aralıq belə şeylərə çoxdan vərdiş etmiş xəfiyyə agenti yuxarı mərtəbəyə qalxan pilləkənə keçib, missis Peytonun arxasında dayanmışdı. Meyson isə axtarış aparmaq üçün əvvəlcədən hazırlanmış orderi cibindən çıxardı.

      – Mən çox təəssüf edirəm, xanım, lakin onun otağını bizə göstərməyinizi xahiş etməyə məcburam. Budur, bu order axtarış aparmaq üçün mənə ixtiyar verir, bu adam isə mənə tabe olan polis agentidir.

      Missis Peyton qanunla mübarizə etməyin əbəs bir şey olduğunu başa düşüb, əsəbi bir halda Klaydın otağını göstərdi. Qadın bu fikirdə idi ki, nə isə mənasız, həm də son dərəcə ədalətsiz və təhqiredici bir anlaşmazlıq baş vermişdir.

      Meysonla polis nəfəri isə, Klaydın otağına girərək, ətrafı gözdən keçirməyə başladılar. Hər ikisi ilk əvvəl, otağın küncündə kiçik və çox da möhkəm olmayan bağlı bir sandıqça gördülər, xəfiyyə agenti mister Fauns dərhal sandığın vəznini müəyyən etmək üçün onu yerdən qaldırmaq istədi, Meyson isə bir-birinin ardınca otaqdakı bütün şeyləri, qutularda və bağlamalarda nə varsa, hamısını, bütün paltarların ciblərini yoxlamağa başladı.


Скачать книгу
Яндекс.Метрика