Эротические рассказы

Tanrı və dövlət. Михаил БакунинЧитать онлайн книгу.

Tanrı və dövlət - Михаил Бакунин


Скачать книгу
olar. Bu cərəyan, keçmişdə, ölkəmizdə, Sosialist hərəkatın, yaxud başqa cür desək, işçi hərəkatının “içində” olan bir cərəyan şəklində görülmədi.

      Halbuki, Anarxizm (dünyadakı bəzi anarxist cərə-yanların mənimsədiyi və ölkəmizdə hökmran məşhur ifadə-də göstərildiyi kimi) bəzi terror tərəfdarı, gözü dönmüş in-sanların mənimsədiyi bir mübarizə üsulu deyil, kökləri fəhlə sinifi hərəkatından əvvələ dayanan və Sosializm deyiminin xaricində (məsələn, Xristianlıq anlayışının daxilində belə) öz ifadəsini tapmış bir cərəyan idi.

      Bir bənzətmənin ehtiva etdiyi bütün yalnışlıqları nə-zərə alaraq desək, Marksizm və Anarxizm arasındakı əlaqə, burjua inqilabları dövrünün “radikal” və “liberal” cərəyanla-rı arasındakı ziddiyətin bir davamı səciyyəsi daşıyırdı.

      ***

      Aşağıda bir hissəsini oxuyacağınız əsər, fəhlə hərə-katı çərçivəsində, daha konkret desək, ilk beynəlxalq fəhlə təşkilatı olan İnternasional daxilində “dövlətin rolu” mövzu-lu bu konkret məsələdə bir tərəfin görüşlərini ehtiva edir.

      Müzakirənin digər tərəfində dayanan Marksizm, (ən azından Marksist olduğunu iddia dən partiyalar və rejimlər tərəfindən) dünyanın heç də kiçik sayıla bilməyəcək bir his-səsində tətbiq edilmə imkanı tapdı. Anarxizmin isə onsuz da “bir iqtidar ifadəsi“ olması mümkünsüz idi.

            Məsələyə bu nöqteyi-nəzərdən baxıldıqda, Bakuninin fikirləri, Marksist olduğunu iddia edən rejimlərin çöküş sə-bəblərinin müzakirəsi (məsələn, dövlət, demokratiya, elm və dinə münasibət) baxımından faydalı ola biləcək “tənqidi bir deyim” olaraq, bu gün ölkəmizdə də oxunmağa və müzakirə olunmağa layiqdir.

      Təbii ki “o komanda qazanmadı, indi də bunu dəs-təkləyək” məntiqini bir kənara qoyub, bu cərəyanın ideyala-rını da “tənqidi düşüncənin” həlledici və konversiya gücü-nü də cərəyana tətbiq etməklə.

      SİNAN ERGÜN

      TANRI VƏ DÖVLƏT

      Kim haqlıdır? İdealistlər, yoxsa materialistlər?

      Məsələ bir dəfə bu formada irəli sürülübsə, hər for-mada tərəddüd imkansız olur. Heç şübhəsiz, idealistlər haq-sız, materialistlər haqlıdır. Bəli, materiya ideyalardan əvvəl yaranıb, bəli, Proudhonun qeyd etdiyi kimi, ideal, kökləri varlığın maddi şərtlərində olan bir çiçəkdən başqa bir şey deyildir. Bəli, bəşəriyyətin bütün tarixi, intellektual və əxla-qi, xronoloji və məntiqi baxımdan, yalnız onun iqtisadi tari-xinin bir imikasıdır.

      Müasir elmin gerçək və obyektiv elmin bütün sahə-ləri bu böyük, əsas və təyinedici reallıq əsasında birləşir: Qlobal dünya, daha doğrusu, insanların dünyası, qısaca in-sanlıq yalnız heyvanlığın ən yüksək təzahürünün sonuncu və ən üstün (ən azından planetimizdə və bildiyimiz qədəriy-lə) inkişaf mərhələsidir. Lakin, hər bir inkişaf məcburi ola-raq özünün əksini, yəni əsasını və hərəkətverici başlanğıcını da yaratdığına görə, insanlıq eyni zamanda və əsas etibarilə insandakı heyvani tərəfin tədricən və mərhələli şəkildə inkar edilməsidir. İdeal olanı, intellektual və əxlaqi inanclar dün-yasını, ideyaları əmələ gətirən və yaradan, sözsüz ki, təbii ol-duğu qədər rasional və bir dəfə tarixi və məntiqi hala gəldiyi zaman dünyadakı bütün təbii qanunların inkişafı və gerçək-ləşməsi qədər qaçınılmaz olan bu inkardır.

      Bəli, bizim əcdadlarımız, Adəm və Həvvalarımız, əgər qorillalar deyilsə, onların yaxın qohumu olan və digər heyvan növlərindən düşünmə gücü və üsyan arzusunun əmələ gətirdiyi iki dəyərli bacarığın daha üstün bir inkişaf dərəcəsinə malik olmaqla ayrılan, hər şeyi yeyən, ağıllı və vəhşi varlıqlardır. Onların tarixi inkişafı ilə çulğaşan bu ba-carıqlar heyvanlıqdan insanlığa keçid, müsbət inkişaf mər-hələsinin mənfi gücünü formalaşdıran əsas faktoru təmsil edir və nəticə etibarilə, insanın varlığında insanlığı meydana gətirən hər şeyi bu bacarıqlar yaratmışdır.

      Olduqca maraqlı, insan zəkası və fantaziyasının möv-cud olan ən qədim təzahürlərindən biri olmaqla, bəzi mə-qamlarda çox dərin bir kitab olan İncil, ilk günah əfsanəsin-də bu həqiqəti çox sadəlövh bir şəkildə ifadə edir. İnsanlar tərəfindən sitayiş edilən bütün yaxşı tanrıların heç şübhəsiz ən qısqanc, ən təkəbbürlü, ən vəhşi, ən ədalətsiz, ən qana susamış, ən despot və insanın hörmət və azadlığına ən düşmən olan tanrı Yehova özünün hansısa kaprizini təmin etmək üçün, əlbəttə, əbədi xəbis tənhalığının içində ağır bir yükə çevrilən can sıxıntısından xilas olmaq, ya da bəzi yeni qullara sahib olmaq niyyətilə Adəm və Həvvanı yaradır. Bütün meyvə və heyvanlarla birgə dünyanı səxavətlə onların əmrinə tabe edir. Lakin bu yararlanmada tək bir istisna vardı: Bilgi ağacının meyvələrinə toxunmaq açıq şəkildə yasaqlanmışdı. Beləliklə, özünüdərk bacarığından məhrum olmuş insanın əbədilik bir heyvan kimi qalması, əbədi Tanrısı, yaradıcısı və ağası önündə daima dörd ayaq üzərində sürünməsi istənilmişdir. Lakin, bu məqamda Şeytan, əbədi üsyankar, dünyanın ilk azad düşünən xilaskarı peyda olur. O, insanın öz heyvani cəhalət və itaətindən utanmasına səbəb olur, onu xilas edir, itaətsizliyə və bilginin meyvəsini yeməyə məcbur edərək, alnına azadlığın və insanlığın damğasını vurur.

      Daha sonra olanlar hamımıza məlumdur. Müqəddəs səciyyələrindən biri olan hər şeyi öncədən bilməyinin onu əvvəlcədən xəbərdar etməli olduğu xeyirxah Tanrı, qorxunc və əbləhcə bir qəzəbə düçar olur. Eynilə qəzəblənmiş uşaqlar kimi, öz yaratdığı şeyi yerə çırpar, Şeytanı, insanı və öz ya-ratdığı dünyanı lənətləyər; üstəlik, bu lənəti əcdadlarımızla məhdudlaşdırmayıb, onların etdiyi bu yanlışa görə günah-kar tutula bilməyəcək gələcək nəsillərə də yayar. Bizim Ka-tolik və Protestant teoloqlarımız isə sırf olduqca ədalətsiz və axmaqca olduğuna görə, bu nağıla çox dərin və ədalət dolu bir hekayət kimi baxarlar. Lakin, sonradan yalnızca intiqam və qəzəb tanrısı deyil, həm də sevgi tanrısı olduğunu xatır-layaraq, təbii ki, bu bir neçə milyard yazıq insana əzab verib onları əbədilik cəhənnəm həyatına məhkum etdikdən sonra, qalanlara mərhəmət etmək və həmişə qurban və qan arzula-yan əbədi və müqəddəs qəzəbini yenə əbədi və müqəddəs sevgisi ilə taraz saxlamaq üçün dünyaya başqalarının güna-hının cəzasını çəkəcək bir qurban kimi insanlar tərəfindən öldürülməsi mümkün görünən sevimli övladını göndərir. Bütün xristian dininin təməli olan Qurtuluşun (Redemption) sirri deyilən şey məhz, budur. Təbii ki əgər bununla müqəd-dəs xilaskar bəşəriyyəti xilas etmişsə! Lakin, bildiyimiz kimi İsanın vəd etdiyi cənnətə girə bilmək üçün seçiləcək insanla-rın sayı yenə də çox azdır. Qalanlar keçmiş və gələcək nəsil-lərin böyük əksəriyyəti, cəhənnəmdə əbədiyyən yanacaqdır. Yeri gəlmişkən, həmişə ədalətli, həmişə xeyirxah olan Tanrı, bizə təsəlli vermək üçün dünya işlərinin idarəçiliyini III Na-poleonların, I Vilhelmlərin, Avstriyalı Ferdinandların və Ru-siyalı Aleks andrların hökumətlərinə həvalə etmişdir. Bütün XIX əsr boyunca Avropanın bütün məktəblərində


Скачать книгу
Яндекс.Метрика