Эротические рассказы

Dərinlik. Джеймс РоллинсЧитать онлайн книгу.

Dərinlik - Джеймс Роллинс


Скачать книгу
dalğalanır və tüstüləyir, cənub-şərqə doğru isə qara nöqtə görünürdü. Bu görünən qara nöqtə “Fathom”idi.

      Cek məlumat göndərmək üçün qəza düyməsini basdı, mayakı işə saldı və kresloya söykənib gözləməyə başladı. Bir neçə dəqiqədən sonra, onun diqqətini düz “Naitulus”un üzərində parlayan bi işıq cəlb etdi. Cek kreslodan dikəldi və

      pultu əlinə götürərək, hər iki manipulyatoru sudan çıxardı.

      Cek polad qısqacların sıxıldığını görüb, ah çəkdi:

      – Ola bilməz!..

      Qayığın “mexaniki əlləri”ndə sıxılıb qalmış iki böyük külçə, hamar səthindən dəniz suyu axaraq, görsəndi. Cek vul-kandan bir neçə saniyə əvvəl anbardan götürdüyü bu külçələr barədə tamamilə unutmuşdur. Gəmi yuxarıya qalxan zaman, Okean suları külçələri palçıqdan təmizlənmiş və xoş-bəxtlikdən hidravlik qısqaclardan qopara bilməmişdir.

      Cek sevincək fit çaldı.

      – Həyat axarıyla gedir!

      Yenidən xəttə Corcun səsi eşidildi.

      – Cek, biz göndərdiyin siqnalı aşkar etdik.

      – Əla! – deyə sevincək cavab verdi. – Mənim gəlişimə, çalışın soyuq şampan olsun.

      – Hm.... Yaxşı – deyə Corc açıq-aydın heyrətlə cavab verdi – Mənə elə gəlir ki, sən bu barədə bilməlisən, indicə

      “Globalstar” adlı sputnik kanalı ilə əlaqəyə girmişik.

      Cek sanki reallığa qayıdıb, alnını qarışdırdı və soruşdu:

      – Kimdir, Daha dəqiq de!

      – Admiral Mark Xyuston.

      Onun donanma xidmətindəki keçmiş komandiri! Elə bil Ceki günəşin kələfi vurdu.

      – Nə? Ni.... Niyə?

      47

      Həyəcandan hətta kəkələməyə başladı. O, ümid edirdi ki, həyatı boyu bu adamın adını eşitməyəcək. Axı, o keçmiş həyatı geridə qoymuşdur!

      Admiral bizə koordinantları verdi və əmr etdi ki, buradan 400 mil o tərəfdə irəliləyək.

      – Nə əmr etdi, – deyə cek hirsindən yumruğunu sıxdı –

      Ona de ki, əmrləri başına dəysin.

      Indi isə Corc onun sözünü kəsdi:

      – Cek, təyyarə qəzası baş verib. Xilasedici işlər aparılır.

      Cek dodağını dişlədi. Adətən belə hallarda VMS-in şəxsi gəmilərə, həmçinin elə “Fathom”a da əmr vermək ixtiyarı var idi. Özü də bütün gəmiçilik siyahılarında bu gəmi xilasedici kimi qeydiyyatdan keçmişdi. Amma buna baxmayaraq, Cekin əl ləri hələ də əsirdi.

      Onun yaddaşında keçmişdə baş verən hadisələr canlandı.

      Cek Floridanın günəş şüaları altında parıldayan “Atlantis”

      kosmik gəmisinə necə heyrətlə baxdığını və bu gəmidə uçan ilk “dəniz aslanı” olacağını fəxrlə fikirləşirdi. Lakin bu xoş fikirlər digər tutqun fikirlərlə sıxışdırılır: od, yanğın, dəhşətli ağrı, əlcəkli əlin ona sarı uzanması, qışqırıqlar, sürüşmə, aş-ma.... və sonsuzluğa uçurum.

      İndi “Naitulus”da Cekə elə gəlirdi ki, o düşməyə davam edir.

      Əlacsız halda başını yelləyərək, o nəinki cavab verə

      bilmir, hətta nəfəs belə almırdı.

      – Cek, dənizə düşən təyyarə… Bu, bir nömrəli bortdur.

      48

      2

      OKİNAVA ƏJDAHALARI

      25 İYUL, 6.30

      Naxa, Okinava adası, Yaponiya

      Zibil qutusunun yanında ikiqat əyilən Karen Qreys hərbi patruldan gizlənirdi. Elə təzəcə gizlənmişdi ki, əllərində

      fənər olan iki hərbi geyimli şəxsin dalana döndüyunü gördü.

      Onlardan biri dayandı və siqaret çəkməyə başladı. Nəfəsini belə saxlayaraq, Karen onu görməsinlər deyə səssizcə dua edirdi. Alışqan işığında hərbiçilərdən birinin paltarının qolunda “HDQ ABŞ” nişanəsini gördü.

      Dünənki zəlzələdən sonra Yaponiyanın bütün pre-fekturalarında, Okinava adalarının ən cənub hissələrini də

      bura daxil etsək, hərbi vəziyyət elan edilmişdi.Prefekturanın əsas şəhəri olan Naxa və onun şəhərətrafı əyalətləri də

      soyğunçularla dolmuşdu. Yerli hakimiyyət hökm sürən xaosla bacarmadığına görə, Amerika hərbi bazalarına, ya-rıyadək dağıdılmış şəhərin bərpası üçün kömək məqsədilə

      müraciət etmişdi. ABŞ isə bu müraciətə əsasən sübh tezdən qürub çağına qədər komendant saatı müəyyənləşdirmişdi. Və

      indi Karen bu qaydanı pozanlardan sayılırdı, çünki Günəşin çıxmasına bir saat qalırdı.

      “Gedin, çıxın gedin!” – deyə ürəyində hərbçiləri tələsdirirdi. Birdən, sanki onu eşidirmiş kimi, onlardan biri fənərlə dalanı işıqlandırdı. Karen duruxaraq gözlərini yumdu.

      O qorxurdu ki, kiçicik bir hərəkəti ilə hərbçilərin diqqətini cəlb edə bilər. Tamamilə tünd geyimdə olmasına baxmayaraq, xurmayı saçlarını gizlətməyi unutmuşdu və bu, onu narahat 49

      edirdi. Lakin heç nə baş vermədi, xəta sovuşdu. Hərbçilərin uzaqlaşan addımlarının səsi eşidildi. Karen zibil qutusunun arxasından boylanaraq, gözlərini açdı və rahatlıqla nəfəsini dərdi.

      Elə bu an qaranlıqdan həyəcanlı bir pıçıltı eşidildi.

      – Nə oldu? Getdilər?

      Karen ayağa qalxdı.

      – Hə, az qalmışdı ki, yaxalanaq.

      – Bunu etməməliydik. – deyə, dizi üstə kolların arasından sürünərək çıxan Karenin rəfiqəsi dedi.

      Karen, Miyuki Nakonaya ayağa qalxmağa kömək etdi. Bu yapon xanım isə elə hey dodaqaltı deyinir, ingiliscə don-quldanırdı. Əlbəttə ki, ingilis dili onun ikinci dili sayılırdı.

      Çünki, Yapon Universitetindəki professorluq vəzifəsini atandan sonra, Miyuki ABŞ-a köçmüş və iki il Paloaltoda internet xidmətləri göstərən firmada işləyərkən, ingilis dilini mükəmməl öyrənmişdi. Lakin, indi bu zərif yapon mü-əlliməsi zibilliklər içərisindən çıxan zaman, heç də normal görünmürdü. Çünki o, hər zaman təmiz, ağappaq ütülənmiş xalatı ilə Rükü Universitetinin bilgisayar laboratoriyasında iş başında olan xanım olub. Bu səhər isə hər şey tamamilə başqa cür idi.

      Miyukinin əynində tünd qırmızı köynək və qara cins şalvar var idi. O, çiyninə yapışan zibili nifrət hissi ilə qırağa tullayaraq dedi:

      – Əgər sən mənim ən yaxın rəfiqəm olmasaydın…

      – Bilirəm, – deyə Karen onun sözünü kəsdi.


Скачать книгу
Яндекс.Метрика