Qiyamət günü açarı. Джеймс РоллинсЧитать онлайн книгу.
guya bunu mühafizəçinin ailəsini – arvadı və qızını qorumaq üçün edib.
Peynter onun zənnini təsdiq etdi:
– Ana və uşaq həqiqətən bu rayonda yaşayır. Biz ora öz adamlarımızı göndərdik ki, Seyhanın dəqiq yerini müəyyən etsinlər. Amma düyməcik passivdir. Maksimal rüsxət iki mil təşkil edir. Hər ehtimala qarşı biz haminin ailəsinə nəzarət tətbiq etmişik. Seyhan başa düşür ki, onu çoxları axtarır və bacardıqca özünə diqqət cəlb etməməyə çalışır. İstisna deyil ki, o öz xarici görünüşünü dəyişib.
Qrey xatırladı ki, Seyhan muzey mühafizəçisinin soyuqqanlı qətlinə bəraət qazandırmağa çalışanda onun üzü sanki ağrıdan dəyişmişdi. Bəlkə onu geriyə − Venesiyaya “Gildiya”
deyil, günah hissi gətirib. Bəs onun planları nədir? Bəs əgər o səhv edir? Bəlkə bütün bunlar məharətli kələkdir?
Qrey yenidən gözlərini ekrana zillədi.
Burda nəsə başqa bir iş vardı.
– Niyə siz bütün bunları mənə indi göstərirsiniz? – deyə
Qrey soruşdu.
“Siqma” bir ildən çoxdur ki, Seyhanı izləyir, bəs mərkəzə
bu cür qəfil çağırış nəylə izah olunur?
– MTA -dan mərkəzi idarənin yeni rəhbərinə sərəncam gəlib, o da bizimlə əlaqə saxladı. Belə ki, Seyhanın keçən il boyu azadlıqda olmasına baxmayaraq, “Gildiya”nın fəaliyyəti barədə əsaslı məlumat əldə edilməyib. Yuxarıda əyləşənlər səbrlərini itirib dərhal onun tutulmasını əmr etdilər. Seyhanı Bosniyadakı MKİ -nin gizli düşərgəsinə göndərəcəklər.
– Axı bu ağılsızlıqdır! Seyhan heç bir vəchlə da-nışmayacaq. “Gildiya” haqqında müəyyən bir şey öyrənməyin yeganə yolu nəzarəti davam etdirməkdir.
39
– Razıyam. Bədbəxtlikdən, bu fikri bölüşən ancaq bizik.
Əgər idarəyə əvvəlkitək Şon rəhbərlik etsəydi…
Peynterin bitirmədiyi cümlədə ağrı duyulurdu. Doktor Şon Maknayt “Siqma”nın yaradıcısı olub, sonralar METİPPİ-yə rəhbərlik edirdi. Keçən il “Siqma”nın qərargahına hücum zamanı öldürülmüşdü. METİPPİ-nin yeni rəhbəri general Qreqori Metkalf, yeni yerinə öyrəşməyə macal tapmamış, həmin hücumun siyasi nəticələrini araşdırmağa məcbur idi.
Onunla Peynter arasında daima toqquşmalar baş verirdi. Qrey şübhələnirdi ki, yalnız prezidentin şəxsi himayəsi Peynter Krounu “Siqma”nın direktoru vəzifəsindən çıxarılmaqdan qoruyurdu. Lakin burda da son hədd vardı.
– Metkalf digər kəşfiyyat idarələrilə pozuşmaq istəmir və
bu məsələdə tamamilə MTA ilə şərikdir.
– Deməli, Seyhanı tutacaqlar.
Peynter çiyinlərini çəkdi:
– Əgər bacarsalar. MKİ heç təsəvvür də etmir ki, kimə baş
qoşur.
– Mənim indi təcili heç bir işim yoxdur. Mən Venesiyaya yollana bilərdim. Köməyimi təklif edə bilərəm.
– Nədə kömək? Seyhanı tutmaqda, yoxsa onun giz-lənməsində?
Qrey bir-birinə zidd hislərdən baş çıxarmağa çalışaraq susurdu. Nəhayət, Peynterin düz gözlərinə baxaraq qətiyyətlə
dedi:
– Mən nə əmr etsələr, onu yerinə yetirərəm.
Direktor başını yellədi:
– Əgər Seyhan səni görsə və ya şübhələnsə ki, sən Ve-nesiyadasan, o saat başa düşəcək ki, onu təqib ediblər. Biz yeganə üstünlüyümüzü itirərik.
40
Peynterin haqlı olduğunu başa düşən Qrey qaşqabağını tökdü.
Telefon zəng çaldı və direktor dəstəyi qaldırdı. Qrey fikrini cəmləmək üçün bir az vaxt qazandığına sevindi.
– Nə olub, Brent? – deyə Peynter soruşdu. O, köməkçisinin cavabına qulaq asdı və alnındakı qırış dərinləşdi. –
Zəngi bura qoş.
Sonra Peynter dəstəyi Qreyə uzatdı.
– Leytenant Reyçel Veronadır, Romadan zəng vurur.
Təəccübünü gizlədə bilməyən Qrey dəstəyi aldı və qulağına apardı. O, hər iki kişiyə arxasını çevirdi.
– Reyçel?
Qrey o saat onun səsindəki göz yaşlarını hiss etdi. Cavan qadın hönkürmürdü, lakin onun adi halda qıvraq, tələsik nitqi indi hissələrə, ayrı-ayrı sözlərə ayrılırdı.
– Qrey… mənə sənin köməyin lazımdır.
– Hər nə istəsən. Nə baş verib?
Onların bir neçə aydır ki, ünsiyyətdə olmağa imkanları olmamışdı. Bir il ərzində Qrey və qarğa qanadı kimi qara saçlı bu qız birlikdə olmuşdular, hətta evlənməyi planlaşdırırdılar.
Lakin heç nə alınmadı və hər ikisinin razılığı ilə ayrıldılar.
İtalyan karabineri xidmətindən ayrılmaq barədə Reyçel eşitmək belə istəmirdi. Eləcə də Qreyin Ştatlarda çox dərin peşəkar və şəxsi kökləri vardı. Aralarındakı məsafə isə həddən ziyadə böyük oldu.
– Mənim əmim Viqor, – deyə Reyçel davam edirdi. Sözlər sürətli axınla süzüldülər, sanki Reyçel göz yaşlarına qərq olmazdan əvvəl hər şeyi çatdırmaq istəyirdi. – Dünən gecə…
Müqəddəs Pyotr kilsəsində partlayış olub. Əmim komadadır.
– İlahi, nə baş verib?
Reyçel tələsik davam edirdi.
41
– Bir keşiş də öldürülüb, əmimin keçmiş şagirdlərindən.
Partlayışda terrorçulardan şübhələnirlər. Amma mən… məni istəmirlər… mən bilmirəm, kimə müraciət edim.
– Hər şey qaydasındadır. Mən ən yaxın reyslə Romaya uça bilərəm.
Qrey çevrilib Peynterə baxdı. Rəis heç bir izahat tələb etmədən başı ilə razılıq verdi.
Monsinyor Viqor Verona əvvəllər artıq iki dəfə “Siqma”ya kömək etmişdi. Onun arxeologiya və qədim tarix haqda biliyi, həmçinin katolik kilsəsinin başındakılarla sıx əlaqəsi müvəffəqiyyət qazanmaqda həlledici rol oynamışdı.
“Siqma”nın monsinyor Verona qarşısında ödənilməz borcu vardı.
– Sağ ol, Qrey. – Reyçel bir az sakitləşdi. – Mən istintaq barədə məlumatı faylla göndərərəm. Amma bəzi təfərrüatlar hesabata daxil olmayıb. Gələndə sənə hər şeyi danışaram.
Ona qulaq asarkən, Qrey nəzərini kompyuter mo-nitorundan, Venesiyanın planında yanıb-sönən qırmızı üçbucaqdan çəkmirdi. Ekranın küncündən ona Seyhanın fotosu baxırdı, cavan qadının üz ifadəsi soyuq və acıqlı idi. Keçmişdə qatillə Reyçelin və onun əmisinin də yolları kəsişmişdi.
İndi