Müharibə qadın simalı deyil. Светлана АлексиевичЧитать онлайн книгу.
kimi… Və o zaman – geri boylandığın o an insanın içində nəinki özünün olan şeylər haqqında danışmaq istəyi baş qaldırır, eyni zamanda da həyatın sirrinə yetişmək arzusu oyanır. İnsan özlüyündə bir suala cavab vermək istəyir: nə üçün bu onun başına gəldi?
O hər şeyə bir qədər vidalaşırmış kimi – kədərli nə-zərlərlə baxır. Demək olar ki, Oradan…
Artıq yalan deməyin və özünü aldatmağın mənası yoxdur. O bilir ki, ölüm haqqında düşünmədən İnsan ru-hunda heç bir şey görmək mümkün deyil. Onun mövcud-luğunun sirri hər şeydən daha yüksəkdə dayanır.
Müharibə həddindən artıq intim yaşantıdır. Və insan həyatı kimi də sonsuzdur.
Bir dəfə bir təyyarəçi qadın mənimlə görüşməkdən imtina etdi. Səbəbini telefonda izah etdi:
– Bacarmıram… Xatırlamaq istəmirəm. Mən üç il mü-haribədə olmuşam. Və üç il özümü qadın kimi hiss etmə-mişəm. Mənim orqanizmim ölmüşdü. Aybaşı belə olmur-dum və demək olar ki, heç bir qadınlıq hissi keçirmirdim. Halbuki gözəl idim. Gələcək ərim mənə evlənmək təklif edəndə… Bu artıq Berlində, reyxstaqda olmuşdu. O dedi: “Müharibə bitdi. Biz sağ qaldıq. Bəxtimiz gətirdi. Mənim-lə evlənərsən?” O zaman ağlamaq istədim. Qışqırmaq! Onu vurmaq! Necə yəni “evlənək?” Bütün bu dəhşətin içində “ərə gəl”? Qap-qara hisin-pasın və qara kərpiclərin arasında?
“… Sən bir mənə bax. Gör, nə gündəyəm? Sən əvvəlcə məndən bir qadın yarat: çiçək bağışla, qayğıma qal, gözəl sözlər söylə… Mən bunu elə arzulayıram ki! Elə gözlə-yirəm ki!”
Az qala onu vurmuşdum… Vurmaq istəyirdim.
Onun yanaqlarının biri yanmış, qızarmışdı və mən gördüm ki, o hər şeyi başa düşüb. Çünki yanan yanaqları ilə göz yaşı süzülürdü. Həmin o yara yerindən… Bu vaxt özüm də nə danışdığıma inanmadan dedim: “Hə, sənə ərə gələrəm”.
Amma indi danışa bilmirəm. Gücüm yoxdur. Çünki bütün bunları təzədən – ikinci dəfə yaşamalı olacağam”…
Mən onu başa düşdüm. Amma bütün bunlar onsuz da yazdığım kitabın bir səhifəsi, ya da yarım səhifəsi ola-caqdı…
Mətnlər, mətnlər… Hər yerdə – mətnlər. Mənzillərdə və kənd evlərində, küçələrdə və qatarlarda… Mən qulaq asıram… Getdikcə başqa insanlara tərəf çevrilmiş böyük bir qulağa çevrilirəm. Mən “səsləri” oxuyuram.
* * *
İnsan müharibədən daha böyükdür.
Məhz o şeylər yadda qalır ki, orada İnsan daha çox-dur. Ona Tarixdən daha güclü hiss rəhbərlik edib… Mən məsələni daha geniş götürməliyəm – yalnızca müharibə haqqında həqiqəti deyil, ümumiyyətlə, ölüm və həyat haqqında yazmalıyam. Dostoyevskinin sualını verməli-yəm: insanda neçə insan yaşayır? Və insanın içində olan insanı necə müdafiə etmək olar?
Şübhəsiz ki, şər cəlbedicidir. O, xeyirxahlıqdan daha çoxçeşidlidir. Daha cazibədardır.
Getdikcə daha çox Müharibənin sonsuz dünyasına dalıram, yerdə qalan hər şey yüngülcə tutqunlaşır, hər za-man olduğundan daha adi görünməyə başlayır.
Möhtəşəm və yırtıcı dünya… İndi artıq ordan qayıt-mış İnsanın tənhalığını daha yaxşı başa düşürəm. Başqa bir planetdən, ya da o dünyadan gəlmiş kimi…
Onda başqalarının sahib olmadığı biliklər var və bu bilikləri yalnız orada – ölümün yaxınlığında əldə etmək olar. O, sözlərlə nə isə ifadə etməyə çalışdığı zaman özü-nü fəlakət içindəymiş kimi hiss edir. İnsan lal olur. O, da-nışmaq, başqaları isə dinləmək istərdilər, amma hər kəs gücsüzdür.
Onlar həmişə məndən – öz xatirələrini paylaşdıqları insandan fərqli olaraq tamam başqa bir məkanda idilər. Onları gözəgörünməz bir dünya əhatə edirdi.
Söhbətin hər zaman ən azı üç iştirakçısı var: hazırda danışan insan, bu insanın o zamankı, müharibə dövründə olan varlığı, bir də mən…
Məqsədim hər şeydən öncə o illərin həqiqətlərini əldə etməkdir. O günlərin… Hislərin saxtakarlığına yol vermə-dən… Yəqin ki, müharibədən dərhal sonra insan bir mü-haribə haqqında danışar, on il sonra başqa biri haqqında; çünki o, artıq özünün bütün həyatını da xatirələrə əlavə etmiş olur. Bütün varlığını… Bu illər ərzində necə yaşayıb-sa – onu; nə oxuyubsa, nə görübsə, kiminlə qarşılaşıbsa – onu. Nəhayət, xoşbəxtdirmi, bədbəxtdirmi – onu.
Həmsöhbətimlə təklikdəmi danışırıq, yoxsa yanında kimsə varmı – bu da vacibdir. Ailəsimi? Dostlarımı? Han-sı dostları? Cəbhə dostlarıdırsa, bu bir məsələdir, yerdə qalan dostlarıdırsa – başqa.
Sənədlər canlı varlıqlardır, onlar bizimlə birlikdə dəyişir, bizimlə birlikdə tərəddüd keçirirlər. Onlardan sonsuza qədər yeni nəsə əldə etmək mümkündür. Sonsu-za qədər nə isə yeni olan bir şey və məhz bu an vacib olan bir şey. Bu dəqiqə…
Biz kitablarda əksər hallarda tanış – balaca və insani şeylər axtarırıq, çünki o, əslində bizim üçün ən maraqlı və ən yaxın olanıdır.
Məsələn, Qədim Yunanıstanın tarixindən ən çox nəyi öyrənmək istərdim? … Spartanın tarixindən. Mən o za-man insanların öz evlərində nədən və necə danışdıqları haqda oxumaq istərdim. Müharibəyə necə yola düşürdü-lər? Öz sevimliləri ilə ayrıldıqlarında son gün və son gecə ona nə söyləyirdilər? Döyüşçüləri necə yola salırdılar? Onların müharibədən qayıtmasını necə gözləyirdilər? Qəhrəman və qoşun başçılarını deyil, adi gəncləri…
Bu, müharibənin nəzərə çarpmayan şahidi və iştirak-çısının danışdığı Tarixdir. Bəli, məni bu maraqlandırır, məhz bunu ədəbiyyata çevirmək istərdim. Amma danı-şanlar təkcə şahid deyillər, bəlkə də hər şeydən daha az şahiddirlər; daha çox isə aktyor və tarixin yaradıcısıdır-lar.
Reallığa bilavasitə, kəllə-kəlləyə gələcək qədər yaxın-laşmaq mümkün deyil. Reallıqla bizim aramızda hisləri-miz dayanır. Başa düşürəm ki, işim daha çox variantlarla olacaq; çünki hər kəsin öz variantı var; amma zamanın və onda yaşayan insanların obrazı yalnız bu variantlardan və onların sayından, kəsişməsindən doğulur. İstəməzdim ki, kitabım haqqında deyilsin: onun qəhəmanları realdır-lar, lakin yalnızca bu var. Yəni bu yalnız tarixdir və sadə-cə tarix…
Mən müharibə haqqında deyil, müharibədə olan in-san haqqında yazıram. Müharibənin deyil, hislərin tarixi-ni qələmə alıram. Mən ruhun tarixçisiyəm. Bir tərəfdən konkret bir zamanda yaşamış və konkret hadisələrin işti-rakçısı olmuş konkret bir adamı tədqiq edirəm, digər tə-rəfdən də onun timsalında əbədi insanı müşahidə etməli olduğumu bilirəm… Əbədiyyətin titrəyişini… O şeyi ki insanda hər zaman mövcuddur.
Mənə deyirlər: xatirələr nə tarix deyil, nə də ki ədə-biyyat. Bu, sadəcə zibillənmiş və sənətkar əli ilə təmiz-lənməmiş həyatdır. Çiy danışıq materialıdır.
Hər