Sürətli oxu. Тони БьюзенЧитать онлайн книгу.
minə yaxın söz oxumaq mümkündür.
Hə/Yox
2. Daha yaxşı anlamaq üçün yavaş və diqqətlə oxumaq lazımdır.
Hə/Yox
3. Sözbəsöz oxumaq başa düşməyə kömək edir.
Hə/Yox
4. Yüksək səslə tələffüz etmək oxu sürətini yavaşladır. Bu vərdişi ya azaltmaq, ya da ondan tamamilə qurtulmaq lazımdır.
Hə/Yox
5. Oxuduğunuz mətni 100 % başa düşməlisiniz.
Hə/Yox
6. Oxuduğunuz mətni 100 % xatırlamalısınız.
Hə/Yox
7. Oxuyarkən gözünüz daim sətir boyunca hərəkət etməlidir. Hə/Yox
8. Oxuyarkən gözdən qaçırdığınız yer olduqda daha çox məsafə qət etmədən həmin yeri başa düşmək üçün geri qayıtmalısınız.
Hə/Yox
9. Oxuyarkən sətri barmağınızla izləməniz oxu sürətinizi yavaşladır və buna görə də bu vərdişdən qurtulmalısınız.
Hə/Yox
10. Bir mətni oxuyarkən anlama və qavrama problemləri ilə qarşılaşırsınızsa, mütaliəni saxlamalı və sonra yazılanları başa düşmək üçün həmin problemləri həll etməlisiniz.
Hə/Yox
11. Vacib və maraqlı kitab səhifə-səhifə oxunmalıdır. Misal üçün, on doqquzuncu səhifəni oxumadan iyirminci səhifəyə keçməməli və kitabın əvvəlini oxumadan sonuna baxmamalısınız.
Hə/Yox
12. Oxuyarkən arada sözləri ötürmək tənbəllərin işidir və bundan qurtulmaq lazımdır.
Hə/Yox
13. Bir mətndə əhəmiyyətli məsələlərlə rastlaşdıqda onları yadda saxlamaq üçün mütləq qeyd etməlisiniz.
Hə/Yox
14. Motivasiya səviyyəniz gözlərinizlə beyninizin əlaqəsinə və oxu sürətinizə təsir etməz.
Hə/Yox
15. Qeydləriniz təmiz, səliqəli və bir-biriləriylə əlaqəli olmalı və oxuduğunuz məlumatlara uyğun cümlələrdən, səliqə ilə tutulmuş siyahılardan ibarət olmalıdır.
Hə/Yox
16. Yanınızda daima mənasını bilmədiyiniz bir sözlə qarşılaşdıqda onu anlamağınıza kömək edəcək lüğət olmalıdır.
Hə/Yox
17. Sürətli oxunun təhlükələrindən biri də mətni anlamaq səviyyənizi aşağı salmasıdır.
Hə/Yox
18. Hamımız özümüzə xas olan sürətlə oxuyuruq.
Hə/Yox
19. Oxuduqlarımızı və dilin ahəngini anlamaq üçün roman və şeiri yavaş-yavaş oxumalıyıq.
Hə/Yox
20. Əgər gözləriniz oxuduğunuz mətnə tamamilə hədəflənibsə, deməli, onu daha yaxşı anlayacaqsınız.
Hə/Yox
BAŞLANĞIC TESTİNİN CAVABLARI
Əgər bunlardan sadəcə “Dəqiqədə minə yaxın söz oxumaq mümkündür” sualına “Hə” cavabı vermisinizsə, demək olar ki, bizim sürətli oxu kursunun müəllimlərindən biri olmağa hazırsınız.
Digərlərinin cavabı isə “Yox” olmalıydı.
Yerdə qalan on doqquz sual oxu ilə bağlı doğru qəbul edilən, əslində isə səhv olan qənaətləri əhatə edir.
Əgər siz bu yanlış qənaətlərə inanırsınızsa, deməli təkcə səhv olan bir şeyə inanmaqla yetinmir, eyni zamanda oxu sürətinizi azaldan, oxu vərdişinizi pisləşdirən, anlama və qavrama cəhtlərinizi korşaldan fərziyyələrə təslim olursunuz.
“Sürətli oxu” kitabının səhifələri arasında irəlilədikcə bu səhv qənaətlərin bir-bir məhv olduğunu görəcək və özünüzü qarşınıza qoyduğunuz sürətli oxu hədəfinə çatmaq üçün düz bir yolda tapacaqsınız.
BİRİNCİ HİSSƏ
İndi hansı səviyyədəsiniz?
Normal oxu sürətinizi və anlama səviyyənizi müəyyən edin.
Hər hansısa bir öyrənmək və özünü inkişaf etdirmək fəaliyyəti zamanı, ən əsası düzgün başlanğıc nöqtəsini tapmaqdır. Düz və ya səhv, pis və ya yaxşı yoxdur; sadəcə indi içində olduğunuz mövqenin düzgün dəyərləndirilməsi vacib məsələdir. Bu mövqe nə olmasından asılı olmayaraq qarşınıza qoyduğunuz hədəfə çatmağınız üçün sağlam bir təməl yaradacaqdır.
ÖN SÖZ
Sizdən bu hissədə, digər hissələrdə istəyəcəklərimin tam tərsini etməyi istəyəcəm. Yəni sürətli oxumağınızı. Çünki kitab boyunca əldə edəcəyiniz irəliləməni düzgün hesablamaq üçün indiki sürətinizi hesablamağınız lazımdır.
Hissənin sonunda verilən xüsusi seçilmiş “Düz” və “Səhv” tipli suallarla anlama səviyyəniz ölçüləcək. Mətni oxuyarkən tam və qismən anlama səviyyəsinə çatmaq üçün əlavə cəhdlər etməyin; belə mətnləri normalda oxuyaraq necə anlayırsınızsa, o cür də davam edin.
Sürətli oxu və anlama səviyyəsində aşağı bal alacağınızdan qorxmayın. Bu kitabın oxu bacarığını inkişaf etdirmək istəyən insanlar üçün nəzərdə tutulduğunu və eyni zamanda ilk başlarda aşağı nəticə əldə olunmasını əvvəldən gözlədiyimizi unutmayın.
Yəni orta sürətdən daha tez oxumaq üçün çabalamaq, yüksək səviyyədə anlamaq üçün özünüzü əziyyətə salmaq və sonda alınan nəticəyə görə məyus olmaq lazım deyil. Saatı əlinizdə özünüz tutun və tək oxuyun. (Sizin üçün saat tutan və ya oxuyarkən başınızın üstündə duran olarsa, bu istər-istəməz mətni başa düşmək səviyyənizə təsir edəcək və bəziləriniz daha sürətli, bəzilərinizin isə daha yavaş oxumağına səbəb olacaq)
Məqaləni biritən kimi saatınıza baxın və sürətinizi hesablayın. Bunu necə etməli olduğunuza dair əlavə məlumatlar veriləcək.
Hazır olun və aşağıdakı məqaləni normal bir şəkildə oxuyun.
SINAQ İMTAHANI 1:
Beyin inkişafı cəbhəsindəki zəka müharibəsi
Yeni dünya trendləri
Birja mütəxəssisləri “Silikon Vadisi”ndə on nəfəri qartal kimi izləyir. Onlardan birinin “A” şirkətindən “B” şirkətinə gedəcəyinə dair yayılan söz-söhbətlər belə dünyadakı birja indekslərinə təsir edir.
Son