Dekameron. Джованни БоккаччоЧитать онлайн книгу.
qarşı, təşəkkür etdi, onu allahın himayəsinə tapşıraraq, tez Genuyaya yola düşdü.
ALTINCI HEKAYƏ
Birisi tutarlı sözlə rahiblərin riyakarlığını ifşa edir
Hamı markizanın yaxşı əxlaq sahibi olduğunu, onun fransız kralına verdiyi gözəl ibrət dərsini təqdir etdikdən sonra, Fyammet-tanın yanında oturan Yemiliya, kraliçanın arzusu ilə, cəsarətlə sözə başladı: – Mən də susmayıb. sizə, hörmətli bir adamın, gülməli olduğu qədər də tərifəlayiq sözlə xəsis bir rahibi sancdığından danışacağam.
Sevimli qızlar, bir qədər bundan əvvəl bizim şəhərdə bir minorit, dinsizlik bidəti inkvizitoru yaşayırdı. O da özünü, bütün inkvizitorlar kimi, xristian dininin təəcübünü çəkən müqəddəs bir adam kimi gös-tərməyə çalışır, eyni zamanda cibi dolu olan adamları, dini gözdən salan adamlar kimi, çox diqqətlə istintaq edirdi. O öz təəssübkeşli-yində, ağlından çox pulu olan abırlı bir adama rast gəldi. Bir gün bu adam imanının azlığından deyil, yəqin ki, içdiyi şərabın təsirindən, kefinin çox kök olmasından öz yoldaşları arasında ağzından belə bir söz qaçırır: deyir, mənim elə yaxşı şərabım var ki, onu lap İsa özü də içə bilər. Bunu gedib inkvizitora, xəbər verirlər. İnkvizitor biləndə ki, onun böyük mülkləri və çoxlu pulu var, cum gladüs et fustibus ona qarşı tezliklə çox ciddi istintaqa başlayır: fikri də onu imanının azlığı üstündə müqəssir etmək deyil, öz cibini florinlə doldurmaq olur, iş elə bununla nəticələnir. O adamı çağırtdırıb soruşur ki, Deyilən söz doğrudurmu? O sadəlövh adam da cavab verir ki, Doğrudur; məsələ-nin necə olduğunu da açıb danışır. Müqəddəs İoann Zlatousta xüsusi pərəstiş göstərən bu cənabı əqdəs inkvizitor deyir: «Bu qayda ilə sən İsanı yaxşı şərabları xoşlayan bir əyyaş eləmisən, sanki o Çinçilyo-nedir, ya da sizin yoldaşlarımız kimi meyxanadan çıxmayan, həmişə sərxoş olan bir adamdır. İndi də başlayıb mülayim sözlər danışırsan, demək istəyirsən ki, bu, əhəmiyyətsiz bir şeydir. Amma bu sənin anladığın kimi deyil: əgər biz səninlə lazım olduğu kimi rəftar etmək istəsək, bunun üstündə sən tonqalda yandırılmağa layiqsən». İnkvizi-tor onu hədələyə-hədələyə bu cür və buna oxşar sözlər dedi, sanki o, ruhun əbədiliyini inkar edən Epikurun özü idi. Az vaxtda bu adamı elə qorxutdu ki, inkvizitorun mərhəmət göstərməsi üçün, bir başqa-sının vasitəsi ilə onun əllərinə çoxlu müqəddəs İoann Zlatoust yağı sürtdürdü (bu yağ kilsə xadimlərini, xüsusilə pula toxunmaları qadağan edilən minoritləri yoluxucu pulpərəstlik xəstəliyindən sağaltmağa çox kömək edirdi). Halen tibbi əsərlərində bu yağdan bəhs etməsə də, o sadəlövh adam, yaxşı təsir göstərən yağı elə çox işə saldı ki, tonqalda yandırılmaq məsələsi xaç şəklinə çevrildi, həm də bayrağın gözəl görünməsi üçün onun qara paltarına sarı xaç şəkli tikdilər, sanki tövbə edən adam səlib müharibəsinə gedirdi. Bundan başqa, inkvizitor pul aldıqdan sonra onu bir neçə gün öz yanında saxladı, həm də, cəza tədbiri kimi, hər səhər Santa Kroça ibadətə getməsini, sonra da nahar vaxtı onun yanına gəlməsini tapşırdı. Günün qalan vaxtını o hər nə istəsə edə bilərdi. Bunları o çox səylə yerinə yetirirdi. Bir gün də səhər ibadətində incildən oxunan bu sözləri eşitdi: «Sizə yüz qat əvəzi veriləcək və siz əbədi bir həyat kəsb edəcəksiniz». Bu sözü eynən yadında saxlayıb, əmrə görə, nahar vaxtı inkvizitorun hüzuruna gəldi, gördü ki, o, nahar edir. İnkvizitor ondan səhər ibadətində olub-olmadığını soruşdu. O tez cavab verdi: «Bəli, messere, olmuşam». İnkvizitor bunun qabağında dedi: «Sən orada səndə şübhə oyadan bir şey eşitdinmi və məndən nə soruşmaq istəyirsən?» Sadəlövh adam ona belə cavab verdi: «Doğrudan da, eşitdiyim şeylərdən heç birinə şübhə etmirəm, onun hamısının həqiqət olduğuna möhkəm inanıram. Hərçənd mən bəzi şeylər də eşitdim, onda sizin və sizin rahiblərin axirət dünyasında necə müsibətə düşəcəyinizi fikirləşdim, sizə də, rahiblərə da yaman yazığım gəldi». İnkvizitor soruşdu: «Bu necə sözdür ki, onu, eşidən-də sənin bizə yazığın gəldi?» Sadəlövh adam dedi: «Messere, bu, incildə yazılmış söz idi, deyirdi ki, sizə yüz qat əvəzi veriləcək». İnkvizitor: «Doğrudan da belədir, – dedi, – bu sözlər axı, niyə sənin qanını qaraltdı?» Sadəlövh adam cavab verdi: «Messere, bu saat deyim. Mən bura gələndən bəri görürəm ki, hər gün buradan yoxsul camaata bir çən, hərdən də iki böyük çən şorba verirlər, bu da bu monastırda sizdən və sizin rahiblərdən artıq qalan yeməkdir. Axirət dünyasında hər çənin yüz qat əvəzi verilsə, sizin o qədər şorbanız olacaq ki, hamınız onun içində batıb boğulacaqsınız». Süfrə başında oturub nahar edən başqa adamlar gülsələr də, inkvizitor hiss etdi ki, onların şorba riyakarlığı istehza olunur, yaman pərt oldu; sadəlövh adamın başına gətirdiyi işdən utanmasaydı, həm onu, həm də başqa müftəxorları gülməli sözlə ələ salan sadəlövh adamın başına ayrı iş açardı. Acığından ona icazə verdi ki, get, nəyi münasib görürsən elə, daha mənim yanıma gəlmə.
YEDDİNCİ HEKAYƏ
Primas və abbat Klunyi haqqında Berhaminonun söylədiyi sözlər Kane della Skalanın çox xəsis olduğunu ifşa edir
Emiliyanın məzəli sözləri və hekayəsi kraliçanı və bütün məclisdə olanları güldürdü, hamı o sadəlövh adamın qəribə hərəkətini təriflədi. Gülüş qurtardıqdan və hamı sakitləşdikdən sonra Filostrato, danışmaq növbəsi çatdığı üçün, sözə başladı: – Ləyaqətli xanımlar, tərpənmə-yən hədəfi vurmaq asandır, lakin qəribə bir şey qəfildən meydana çıxanda, atıcı da qəfildən onu vuranda, bu bir möcüzə kimi görünə bilər. Bir çox hallarda pozğunluğa misal ola bilən kilsə ruhanilərinin günahkar və çirkin həyatı hər kəsə bu barədə danışmağa, onu pisləməyə, məzəmmət etməyə asanlıqla imkan verir. Rahiblərin qabağından qalan, donuzlara töküləsi ya atılası olan şorbanı yoxsul-lara verməklə riyakarcasına mərhəmət göstərən inkvizitoru ifşa edən o insaflı adam yaxşı iş tutur, lakin mənim fikrimcə, tərifə o adam daha artıq layiqdir ki, indi mən onun barəsində öz hekayəmdə danı-şacağam. Bundan əvvəl söylənilən hekayə məni bu məsələ üstünə gətirdi; bu adam messer Kane della Skalanı, səxavətli hökmdarı, bir hekayə söyləməklə, özü haqqında və onun barəsində demək istədiyi şeyləri başqa bir simada təsvir etməklə, birdən, heç gözlənilmədiyi halda, varlığında yaranan xəsisliyin üstünü açır. Hekayə budur:
Messer Kane della Skalanın şan-şöhrəti bütün dünyaya yayılmışdı; bəxti həmişə ona yar olmuşdu. O, İtaliyada, imperator II Fridrixin vaxtından ta indiyə qədər adı çəkilən ən gözəl, ən səxavətli hökmdar-lardan biri idi. Messer Kane Veronada dəbdəbəli, gözəl bir şənlik düzəltmək fikrinə düşür. Bu şənliyə hər yerdən çoxlu camaat, xüsu-silə məzəli adamlar gəlməli imiş. Lakin nədənsə, birdən o, fikrindən dönür, gələnlərdən bəzilərinə ənam verib yola salır, yalnız Berqami-noya nə ənam verir, nə də onu yola salır. O da elə güman edir ki, bəlkə messer Kane onun xeyri üçün belə edir. Berqamino məşhur və hazırcavab bir nağılçı idi, ona qulaq asmayınca, onun necə nağılçı olduğunu təsəvvür etmək olmazdı. Lakin Kane bu fikirdə idi ki, ona bir şey vermək pulu oda atmaqdan da pisdir. Bu barədə özü ona bir söz demirdi, başqalarına da tapşırmırdı ki, desin. Bir neçə gün keçdi, Berqamino gördü ki, onu çağırmırlar, onun sənətindən