Эротические рассказы

Dekameron. Джованни БоккаччоЧитать онлайн книгу.

Dekameron - Джованни Боккаччо


Скачать книгу
verirəm». Ser Çappelletto elə hey ağlayırdı, heç bir şey demirdi, rahib da ona öyüd-nəsihət verirdi. Ser Çappelletto hönkür-hönkür çox ağladı, rahibi intizarda qoydu, axırda dərindən ah çəkib dedi: «Ata, siz ki məndən ötrü allaha dua edəcəyinizə söz verirsiniz, onda bu günahımı açıb sizə deyim: bilirsinizmi, mən balaca uşaq olanda bir gün anamı söymüşəm!» Bunu deyib, o yenə də hönkürtü ilə ağladı. Rahib: «Oğlum, – dedi, – belə günah sənə dəhşətli görünür? İnsanlar bütün günü küfrbazlıq edirlər, allah da öz küfrbazlığında tövbə edənləri məmnuniyyətlə bağışlayır, elə güman edirsən ki, o səni bağışlamayacaq? Ağlama, sakit ol; səni əmin edirəm: əgər allahı çarmıxa çəkənlərdən biri sən olsaydın, o səni bağışlardı, çünki, görürəm, tutduğun işdən sən nə qədər peşmansan». Ser Çappelletto dedi: «Ata, təəssüf ki, bunu siz deyirsiniz! Mənim əziz anam məni doqquz ay gecə-gündüz öz bətnində saxlamışdır, qucağında da yüz dəfədən artıq gəzdirmişdir. Anamı söyməklə pis iş tutmuşam, bu, çox böyük günahdır! Siz məndən ötrü allaha dua etməsəniz, o mənim günahımdan keçməyəcək». Rahib ser Çappellettonun deməyə daha sözü qalmadığını görüb, onu müqəddəs bir adam hesab edərək, xeyir-dua verdi, çünki o, ser Çappellettonun söylədiklərinin doğru olduğuna tamamilə inanırdı. Ölüm ayağında olan bir adamdan belə sözləri eşidəndə kim inanmazdı? Rahib axırda dedi: «Ser Çappelletto, allahın köməyi ilə siz tezliklə sağalacaqsınız, amma birdən, işdir, allah sizin xeyir-dua almış, hazırlanmış ruhunuzu öz yanına çağırsa, onda bizim monastırda dəfn olunmağınızı düzgün hesab etməzsinizmi?» Ser Çappelletto ona cavab verdi ki: Bəli, messere, mən də ayrı yerdə dəfn olunmağımı arzu etməzdim, siz də axı məndən ötrü dua edəcəyinizə söz vermisiniz, hələ burasını demirəm ki, mən həmişə sizin cəmiyyətə xüsusilə sədaqətli olmuşam, Buna görə də, sizdən xahiş edirəm, qayıdan kimi sərəncam verin, hər səhər mehrabdan təqdis etdiyiniz İnsanın öz vücudundan mənə təbərrük gətirsinlər. Mən buna layiq olmasam da, sizin icazənizlə arzu edirəm ki, mənim üzərimdə kilsə mərasimi icra edilsin, sonra da müqəddəs yağsürtmə ayininə layiq görülüm, qoy günah içində yaşadıqdan sonra heç olmasa bir xristian kimi ölüm». Müqəddəs rahib buna fərəhlə razı oldu, ser Çappelletto onu belə niyyətdə olmasına görə təriflədi, sonra da dedi ki, gedən kimi sərəncam verərəm, bunun hamısını edərlər. Belə də elədilər.

      Florensiyata qardaşlar şübhələnmişdilər ki, birdən ser Çappelletto onları aldadar, buna görə xəstənin yatdığı otağın arakəsməsi dalında gizlicə qulaq asmağa başladılar: buradan ser Çappellettonun rahibə söylədiyi sözləri yaxşı eşitmək və anlamaq olardı. Onlar ser Çappel-lettonun öz günahlarını necə etiraf etdiyini eşidəndə az qalırdı qəhqəhə ilə gülsünlər. Bir-birinə deyirdilər: «Belə də adam olar? Nə qocalıq, nə xəstəlik, nə ölüm, nə allah qorxusu, heç bir şey onu öz günahlarından, yaşadığı kimi də ölmək istəməsindən ayıra bilmədi, axı o, vur-tut bir saatdan sonra allahın məhkəməsi qarşısında duracaqdı!» Monastırda basdırılacağını eşidəndə daha onun fikrini çəkmədilər. Bundan az sonra ser Çappelletto üçün kilsə mərasimi, sonra da, halı lap xarablaşanda, bədəninə müqəddəs yağsürtmə ayini icra edildi. O öz günahlarını nümunəvi surətdə etiraf etdiyi gündə, axşamdan bir az keçəndən sonra öldü. Florensiyalı qardaşlar mərhumun öz pulu ilə ona layiq dəfn hazırlığı gördülər, bütün lazım olan şeyləri düzəltdilər, adam göndərdilər ki, rahiblər, adət üzrə, axşam gəlsinlər, bütün gecəni yatmayıb, dua eləsinlər, səhər də dəfndə olsunlar. Ser Çappellettonun öz günahlarını etiraf etdiyi mömin rahib onun öldüyünü eşidib monastır başçısı ilə danışdı, zəngləri çaldırdı, monastırın bütün rahiblərinı yığdı, ser Çappel-lettonun, etdiyi etirafa görə, necə müqəddəs adam olduğunu onlara danışdı, ser Çappellettonun müqəddəsliyi naminə allahın çoxlu möcüzə göstərəcəyinə ümid etdiyini söylədi, onun cənazəsini lazımi şərəf və ixlaskarlıqla götürməyin vacibliyini rahiblərə başa saldı. Kilsə başçısı və sadəlövh rahiblər buna razı oldular. Axşam ser Çappellettonun meyiti olan yerə getdilər, bütün geçəni təntənəli ölü duası oxudular, səhər də, ayinlərində cübbə və hərmani, əllərində kitab və xaç, dua oxuya-oxuya cənazənin ardınca getdilər, böyük hörmət və təntənə ilə onu kilsəyə apardılar. Şəhər əhalisi də, – kişilər və qadınlar, – onların ardınca gedirdi. Cənazəni kilsəyə qoyanda, ser Çappellettonun öz günahlarını etiraf etdiyi müqəddəs ata mehrabın qabağında durub, ser Çappellettonun həyatından qəribə şeylər danışdı, onun pəhriz saxlamasından, bakirliyindən, sadəliyindən, məsumluğundan, müqəddəsliyindən vəz etməyə başladı, eyni zamanda dedi ki, ser Çappelletto tövbə edə-edə, göz yaşı tökə-tökə ən böyük günahının nədən ibarət olduğunu etiraf etdi, mən də güclə onu başa saldım ki, allah onun günahını bağışlar. Sonra müqəddəs ata onu dinləyənlərə müraciət edərək, məzəmmətlə dedi: «Amma siz allahın lənətinə gəlmişlər, allahı, onun anasını və bütün cənnət mələklərini heç nə üstündə pisləyirsiniz!» O, ser Çappellettonun yaxşı və təmizqəlbli bir adam olmasından daha çox şeylər danışdı. Kənd camaatı onun sözlərinə tamamilə inanırdı, o öz moizəsi ilə ora yığışan adamların başını elə ixlaskarlıq fikirləri ilə doldurdu ki, dua mərasimi qurtaran kimi hamı dəhşətli halda bir-birini basa-basa meyitin üstünə cumub, onun əllərini, ayaqlarını öpməyə başladı; əynindəki paltarını tikə-tikə eləyib götürdülər; kimin əlinə paltarın xırdaca bir parçası keçmişdisə, o özünü xoşbəxt sayırdı, hamının onu öz gözü ilə görməsi, ona baxması üçün cənazəni bütün günü elə o vəziyyətdə saxlamalı oldular. Qaranlıq düşəndən sonra onu təkiyələrdən birində, mərmər məqbərədə ehtişamla dəfn etdilər. Ertəsi gün camaat yavaş-yavaş ora gəlməyə, şam qoymağa, ibadət etməyə, nəzir deməyə, arzularının yerinə yetirilməsi üçün mumdan qayırılmış şeylər asmağa başladı. Onun müqəddəsliyi haqqında söz-söhbət hər yerə yayıldı, müsibətə düşən bir adam daha başqa müqəddəs şəxslərin deyil, onun üstünə gəlirdi. Ona San Ciappelletto adı verdilər. İddia edirdilər ki, allah onun xatiri üçün möcüzələr yaratmışdır, ixlaskarlıqla onun yanına gələnlər üçün də hər gün möcüzə göstərir.

      Bax, pratolu ser Çappelletto belə yaşamış, belə də ölmüşdür, necə ki siz eşitdiniz, elə də müqəddəs olmuşdur. Mən onun allah qarşı-sında xoşbəxt ola bilməsi və buna layiq görülməsi imkanını inkar etmirəm, çünki o, cinayətkar və yaramaz bir həyat keçirmiş olsa da, axırda elə tövbə etmişdir ki, bəlkə allahın ona rəhmi gəlmiş, onu öz cənnətinə qəbul etmişdir. Ancaq bu bizim üçün sirdir. Gözümüzlə gördüklərimizi nəzərə alanda, mən iddia edirəm ki, o, gərək cənnətə getməyəydi, lənətə gəlib iblisin caynağına düşəydi. Bu məsələdə biz, allahın bizə olan böyük mərhəmətini dərk edə bilərik, çünki allah bizim səhvlərimizi deyil, etiqadımızın təmizliyini nəzərə alır, dost sandığımız düşmənini onun mərhəməti qarşısında vasitəçi etsək də, bizi gözdən qoymur, sanki bizim götürdüyümüz bu vasitəçi həqi-qətən müqəddəs adamdır. Buna görə, onun mərhəmətinin bizi bu şən cəmiyyətdə indiki müsibət içində sağ-salamat saxlaması üçün ona şükürlər edək, çünki onun naminə biz bura yığışmışıq; ona pərəstiş edək, öz ehtiyaclarımızı ona həvalə edək, möhkəm əmin olaq ki,


Скачать книгу
Яндекс.Метрика