Bomba. Абдурагим-бек АхвердовЧитать онлайн книгу.
başmaqçı, lapçınçı100, papaqçı, lavaşçı, səngəkçi101, kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır.
Dükanların qabağında Şah Abbas vaxtından qalma böyük-böyük çinarlar var, hər çinarın üstündə 200 qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm, çox adam bir yerə cəm olub, ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir, bunları araşdıra bilməyir. Faytonçuya dedim:
− Dayanma, tez ol, sür.
Faytonçu soruşdu:
− Bəs haraya düşəcəksən?
Dedim:
− Sür müsəlman qəsdinlərinin birinə.
Beş dəqiqədən sonra faytonçu Zərrabi102 küçəsinə çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.
Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur103. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar, mövlud oxuyurlar. Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.
Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri-elmlər çox oxuyan məktəblər haramdır, xilafi-şərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər…”
Oradan çıxdım meydana. Gördüm, bir hambal car çağırır ki, üç gündür, Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin 6-cı qapısının açarını ona bağışlayacaqdır. Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar104 hamısı yığılıb bir qaraçı arvadın başına, talelərinə növbətlə baxdırırlar. Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm, dükanın dalında bir yaxşıca uşaq oturubdur.
Dedim:
− Ağa, bu kimdir?
Dedi:
− Elə-belə, sənin nə işin var, balam?!
Qərəz, getdim kluba. Gördüm, bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.