Qəm yağışı. Xaliq Azadi MəmmədovЧитать онлайн книгу.
davam etsə də, yaralar hələ sağalmasa da. Onun İnqaya olan münasibəti də bu iki üz-üzə durmuş hissin təsiri ilə formalaşmışdı.
Bunları nəzərə alaraq, əgər biz Azaddan sual etsəydik:
– İnqa bu gün sənin üçün kimdir, onunla bağlı arzu və istəyin, niyyətin nədən ibarətdir?
Azad bizə gülümsəyərək, sadəliklə cavab verəcəkdi:
– İnqa mənim üçün çox əziz və gözəl bir dostdur, xatirini istədiyim bir insandır!
Bəs, biz İnqaya sual etsək:
– Azad sənin üçün kimdir bu gün? Onunla bağlı arzun, niyyətin?…
İnqa nə cavab verəcək? Gəlin soruşaq özündən, amma, bir az sonra…
1-ci hissə
Şərtlər və onlardan yaranan maneələr! Bəzən bu iki kəmiyyət təyin edir gələcəyimizi, yolumuzu. Bəzən, şərtlər və maneələr bizdən güclü olurlar. Mentalitet, adət – ən-ənə kimi varlıqlar doğuzdurur bu amansız şərtləri, keçilməyi çətin olan maneələri. Kimsə üstələyir bütün bunları, kiminsə gücü çatmır. Yəqin ki, Azad da üstələyə bilərdi. Amma, üstələmədi.
Orta məktəbi qurtarıb Bakıya gəldiyi o gündən bəri Azad neçə illər əsil xoşbəxtliyin ağuşunda yuxuya gedib, məhəbbətin çağırışları ilə oyanmışdır. Amma, heç vaxt düşünməmişdi ki, sevinclə qəmin arası bircə qarışdır. Onun başında çatlayan "evin böyüyü bilər, nə istək, nə arzu!", "mən müəyyən edəcəm uşağımın taleyini" söyləyən daş divarlar, əlacsızlıqdan "mentalitet, adət" adlandırdığımız bu şərtlər və manelər onu məğlub ediblər, üstələyiblər. Arzularının başına daş salıblar.
Başına bu hadisələr gələndən sonra hər şeyi sakitcə ölçüb-biçib gələcəyə baxmaq, yeniliklə yaşamaq, gözəllikləri qəbul etmək əvəzinə, Azad uzun müddət xatirələrin qəminə təslim olmuşdur.
Özü də çox gözəl başa düşürdü baş verənləri…
İnqa ilk məktubunu yarı yoldan, hələ qatar Rusiyanın ərazisini tərk etməmiş yazmışdı. Hər sətirin arasında gizlədilmiş kədəri, qəmi görməmək mümkün deyildi.
" Az vaxt keçsə də aradan, sənə yazmağı qərara aldım. Amma, düşündüklərimi, ürəyimdəkiləri yazmağa yenə gücüm çatmır. Nə qədər deyiləsi sözüm var!
…Utanıram!.. Bir az qatar uzaqlaşdırsın, yazacağam! Bilirəm nələri itirdiyimi. Yəqin ki, günahkaram, Azad, çox məqamlarda… Həyatımın son iki-üç ilində, ilk dəfə biri-birimizi tanıdığımız gündən başlayaraq bu günə kimi yollarımda baş verən bir belə hadisələr qaçılmazmı idilər, yoxsa ki, biri digərindənmi yaranırdı?.. Hər şey, olub keçənlər yuxu olaydı. Heç institut da olmayaydı. Mən olaydım həmişəki tək, Kombinatın işçisi, gedib-gələydim sərnişin tək səninlə. Çox dayanırdım arakəsmədə olan pəncərə önündə. Kabinada hər şey gözüm önündədir. İlk aylar sağ tərəfdə, başın üstə bir böyük şəkil görürdüm, gözəl bir şəkil. Çox vaxt ilk ora baxırdım – şəkil yerindədir, yox? Sonra o şəkil yoxa çıxdı. Bilmirəm, mənə elə gəlir ki, mən də rahatlaşdım. Onda hələ biz tanış deyildik…"
Azadın xəyalları uzaqlara getdi. İlk dəfə İnqa ilə tanış olmağı, üz-üzə durmağı yadına düşdü.
… Avtobus sürücüsü işlədiyi cəmi bir-iki ay olsa da, sərnişinləri artıq ayırd edirdi bir-birindən. Bu elə çətin iş də deyildi. O vaxtlar hər mikrarayona, hər yaşayış massivinə müntəzəm xidmət edən az saylı öz marşrut avtobusları var idi. İpək kombinatı ilə kombinatın yataqxanası bir-birindən çox aralı olsalarda, hər ikisi Azadın işlədiyi xəttin üzərinə düşürdü. İşçilərin çoxusu onların avtobusları ilə gedib – gəlirdilər. Hələ bundan əlavə, hər gün ikinci növbə işçilərini də işdən sonra evlərinə aparmaq üçün bir neçə avtobus təhkim olunurdu kombinata. O vaxt müəssisələrin çoxusunda özlərinin xidmət avtobusları yox idi deyə, sərnişindaşıma parkları ilə müqavilə bağlanardı. Bu müqaviləyə əsasən, ikinci növbə işləyənləri iş qurtaranda xətdən çıxarılaraq təhkim olunan avtobuslar daşıyardılar.
Azadgilin briqadasında 8–9 avtobus var idi. Həmişəlik də onlar bir xətlə gedib-gəlirdilər. Əhali də elə çox deyildi. Ona görə də sərnişin-sürücü tez öyrəşirdilər bir-birilərinə. Sərnişinlər sürücüləri daha gözəl tanıyırdılar. Mağazada, diskotekada, küçədə tanış olmayan kimsənin yaxınlaşıb Azadla salamlaşması, "sən bizim marşurutda işləyirsən!" deməyi adi bir hal idi…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.