Hekayələr. Лев ТолстойЧитать онлайн книгу.
rel="nofollow" href="#n31" type="note">31 finalı? Şopen? Robert? Mən tez-tez fikirləşirəm ki, – o, görünür, fikrini toplamaq üçün dayandı, – əgər Bethoven sağ olsaydı, o, “Somnambul”u dinləyərkən ağlayardı. Hər yerdə gözəllik var. Mən “Somnambul”u birinci dəfə Viardo32 və Rubini33 burada olduqları zaman eşitmişəm. Bu, bilirsiniz nə idi, elə bil, – onun gözləri parıldadı və iki əlinin işarəsi ilə göstərdi ki, guya sinəsindən nə isə çıxarır. – Bir az da davam etsəydi, ona daha dözmək olmazdı.
– Bəs indi, opera barədə nə fikirdəsiniz? – deyə Delesov soruşdu.
– Bozio34 yaxşıdır, çox yaxşıdır, – cavab verdi, – son dərəcə gözəldir, ancaq buraya təsir eləmir, – çuxura düşmüş sinəsini göstərərək dedi. – Müğənni üçün ehtiras lazımdır, ancaq onda yoxdur. O sevindirir, lakin əzab vermir.
– Bəs Lablaş?35
– Mən onu hələ Parisdə, "Sevilya bərbəri"ndə36 dinləmişəm. Onda o tək idi, misli-bərabəri yox idi, indi isə qocalıb. O daha artist ola bilməz, qocalıb.
– Nə olsun ki qocadır, ansamblda, hər halda, yaxşıdır, – Delesov Lablaş barədə həmişə dediyini təkrar etdi.
– Necə yəni nə olsun? – Albert ciddi etiraz elədi. – Sənətkar qoca olmamalıdır. Sənətə çox şey lazımdır. Başlıcası isə atəşdir! – gözləri işıldadı, hər iki əlini yuxarı qaldırdı.
Doğrudan da, onun bütün görkəmində qorxunc, daxili bir od şölələnirdi. Birdən o dedi:
– Oh, pərvərdigara! Siz Petrovu, rəssam Petrovu tanımırsınız ki?
– Xeyr, tanımıram, – deyə Delesov gülümsəyərək cavab verdi.
– Çox istərdim ki, onunla tanış olasınız. Onunla söhbətdən həzz alarsınız. O da sənəti çox yaxşı başa düşür. Biz onunla qabaqlar Anna İvanovnagildə tez-tez görüşürdük. Lakin indi Anna İvanovna nəyin üstündəsə ona hirslənib. Mənsə çox istərdim ki, siz onunla tanış olasınız. O, böyük, çox böyük istedaddır.
– O, şəkil çəkir? – Delesov soruşdu.
– Bilmirəm. Deyəsən, yox. O, akademiyanın rəssamı idi. Nə gözəl fikirləri var! Bəzən o danışanda heyrət edirsən. Oh, Petrov böyük istedaddır, ancaq çox kefcil bir həyat sürür. Heyif, – deyə Albert gülümsəyərək əlavə etdi. Bunun dalınca o, yataqdan qalxıb skripkanı götürdü və sazlamağa başladı.
– Siz çoxdan operada olmamısınız? – Delesov ondan soruşdu.
Albert ətrafına göz gəzdirib dərindən nəfəs aldı.
– Eh, daha bacarmıram, – deyib əlləri ilə başını tutdu. O, təzədən Delesovun yanında oturdu. – Sizə deyim ki, – o, demək olar, pıçıltı ilə söylədi, – mən oraya gedə bilmirəm, orada çala bilmirəm, heç nəyim yoxdur, heç nəyim. Paltarım yox, mənzilim yox, skripkam yox. Rəzil həyatdır! Rəzil həyatdır! – o, bir neçə dəfə təkrar etdi. – Nə üçün də oraya gedim? Nəyə lazımdır? Lazım deyil! – deyib gülümsədi. – Ah, "Don Juan!"37 – və başına vurdu.
Delesov dedi:
– Bir vaxt tapıb birlikdə gedərik.
Albert cavab vermədən yerindən sıçrayıb qalxdı, skripkanı götürdü və "Don Juan"ın birinci pərdəsinin finalını çalmağa başladı və öz sözləri ilə operanın məzmununu danışdı.
O, ölən komandorun səsini çalarkən Delesovun başında tükləri biz-biz durdu.
– Yox, bu gün çala bilmərəm, – deyib skripkanı yerə qoydu, – çox içmişəm.
Bunun dalınca o, stola yaxınlaşdı, stəkanı ağzınadək şərabla doldurub birnəfəsə içdi və yenə də çarpayıda Delesovun yanında əyləşdi.
Delesov gözlərini çəkmədən Albertə baxırdı. Albert ara-sıra gülümsəyirdi, Delesov da gülümsəyirdi. Hər ikisi susmuşdu. Lakin baxışları və təbəssümləri ilə onların arasında daha yaxın məhəbbət əlaqələri yaranırdı. Delesov hiss edirdi ki, bu adamı getdikcə daha çox sevir və bundan anlaşılmaz bir sevinc duyur.
– Siz heç sevmisiniz? – deyə birdən-birə soruşdu.
Albert bir neçə saniyə fikrə getdi, sonra sifəti kədərli bir təbəssümlə işıqlandı. O, Delesov tərəfə əyilib diqqətlə gözlərinin içinə baxdı.
– Bunu məndən niyə soruşdunuz? – pıçıltı ilə dedi. – Ancaq sizə hamısını danışacam, siz xoşuma gəlirsiniz. – Bir qədər ətrafına göz gəzdirib sözünə davam etdi: – Mən sizi aldatmayacam, hamısını, başdan-ayağa necə olubsa danışacam. – O dayandı və gözləri qəribə, vəhşi bir ifadə aldı. – Siz bilirsiniz ki, mən ağıldankəməm, – birdən-birə dedi. – Bəli, bəli, – o, sözünə davam etdi. – Anna İvanovna, yəqin ki, sizə danışıb. O, hamıya deyir ki, mən dəliyəm. Bu, düz deyil. Zarafatla belə deyir, o, xeyirxah bir qadındır. Ancaq mən bir müddət, doğrudan da, tam sağlam deyildim.
Albert yenə susdu və geniş açılmış gözləri ilə qaranlıq qapıya baxdı.
– Siz soruşdunuz ki, mən sevmişəm, ya yox? Bəli, mən sevmişəm, – deyə qaşlarını qaldıraraq pıçıldadı. – Bu çoxdan olub, onda hələ teatrda işləyirdim. Mən operada ikinci skripkanı çalmağa gedirdim, o qadın isə sol tərəfdə literli benuara38 gəlirdi.
Albert qalxıb Delesovun qulağına tərəf əyildi.
– Yox, adını niyə deyim, – dedi. – Siz, yəqin ki, onu tanıyırsınız, hamı onu tanıyır. Mən susaraq ancaq ona baxırdım. Bilirdim ki, mən yoxsul bir artist, o isə kübar xanımdır. Bunu çox yaxşı başa düşürdüm. Mən ona ancaq baxır və heç bir şey fikirləşmirdim.
Albert fikrə gedib nəyi isə xatırlamaq istədi.
– Bu necə olub, yadımda deyil: məni bir dəfə onun evinə skripka ilə müşayiət etməyə çağırdılar. Mən nə idim, yoxsul bir artist! – deyib başını buladı və gülümsədi. – Yox, mən danışmağı bacarmıram, bacarmıram… – başını tutaraq əlavə etdi. – Mən necə xoşbəxt idim!
– Bəs siz tez-tez onun yanında olurdunuz? – deyə Delesov soruşdu.
– Bir dəfə, ancaq bir dəfə… ancaq mən özüm günahkardım. Ağlım başımdan çıxdı. Mən yoxsul artist, o isə kübar xanım. Mən ona heç bir şey deməməli idim. Ancaq ağlım başımdan çıxdı və səfehlik elədim. O vaxtdan məndən ötrü hər şey bitib. Petrov mənə düz deyirdi: onu ancaq teatrda görmək yaxşı idi…
– Siz nə eləmişdiniz axı? – Delesov soruşdu.
– Ah, dayanın, dayanın, burasını danışa bilmirəm.
Əlləri ilə üzünü örtərək bir müddət susdu.
– Mən orkestrə gec gəldim. O axşam Petrovla birlikdə içmişdik və əhvalım pozulmuşdu. O öz lojasında oturub generalla söhbət edirdi. O generalın kim olduğunu bilmirəm. O lap kənarda
32
33
34
35
36
“
37
“
38