Эротические рассказы

Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr . Коллектив авторовЧитать онлайн книгу.

Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr  - Коллектив авторов


Скачать книгу
buna deyirlər “yaxşı” adam idi, çünki vəfatından sonra külfətini ac qoymadı. Və ya dövlətli şəxs dövlətliyə yaxşılıq edir – onlar da bir-birinə “yaxşı” deyirlər. Və ya bir şəxs dövlət içində bir kəsə nə yamanlıq və nə yaxşılıq edib, ibadətlə məşğuldur – buna da adətən “yaxşı” deyirlər. Və ya abid yüz il ömrünü ibadətdə çürüdüb xurma ilə dolanır, öləndən sonra ona “yaxşı” deyib rəhmət oxuyurlar…

      Görək, yuxarıda zikr olunan şəxslərin “yaxşılıqları” onlar üçün Xudavəndi-aləminin zat-pakını tanımağa, yəni ona yaxın olmağa yol açırmı? Xeyr! Bu “yaxşılıqlar” məxsus nəfs üçündür, bir şəxs üçündür, nəinki Allah üçün. Həmin adamların adları ancaq ölən günü dillərdə zikr olunur, ancaq ölən günü deyirlər: “Allah rəhmət eləsin, yaxşı kişi idi, qonaq sevən idi, övladına böyük məbləğ qoydu, abid idi, saleh idi…” Çox az vaxtdan sonra bunların adları nəinki qeyrilərin, hətta öz övladlarının dillərində zikr olunmur, çünki həmin şəxslər ancaq öz nəfsləri tox olmaqdan ötrü yaxşılıq etmişdilər.

      Hərgah bu biçarələr həyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərf etsəydilər, əlbəttə, öləndən sonra onların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb əbədi qalardı. Gündə yüz dövlətli basdırıb öz-özümüzə deyirik: “Ey biçarə, bu qədər çalışdın, vuruşdun, axırda özünlə nə apardın? İki arşın bez, iki arşın qara torpaq.” Qoyduğun dövlət öz tərbiyəsində olan uşaqlarına keçib axırda fani olar. Təəccüblüdür! Bəs nədən ötrü bu bədbəxt çalışırdı? Bununla belə, min ildən bəri ölənlərin adları bu vaxtadək dillərdə zikr olunur və olacaqdır? Bəs bunların adlarının dillərdə zikr olunmağının səbəbi nədir? Bunlar nə ediblər ki, yaddan unudulmayırlar? Bunlar öz cinslərinin yolunda can fəda ediblər: yoxsullara əl uzadıb, onları aclıqdan xilas ediblər – çünki hər millətin əzab-əziyyətdə yaşamasına ümdə səbəb kasıblıqdır, susuz yerdə su çıxardıblar, yetim uşaqlara xidmətçi olub, onlara lazımi tərbiyəni veriblər, elmləri insana asan edib, həmin vaxt millətin dərdlərinə dərman axtarmaqda ömürlərini sərf ediblər. Bizim təsəvvürümüzə görə, bu cins şəxslər aləmlərin Rəbbinin zat-pakını biliblər. Ancaq bu şəxslər millətin bəzəyi olub dinə rövnəq veriblər. Bu şəxslərin millətə olan xidmətlərini millət hiss etmirmi? Millətin bu şəxslər barəsində olan dua və təriflərini böyük Allah eşitmirmi? Vay o şəxsin halına ki, həyatı öz nəfsi üçün keçibdir! Afərin o şəxslərə ki, insanın yaxşılığından ötrü çalışıblar! Həmin şəxslər hansı millətdə olsa, o millətin gülü hesab olunurlar. Bunların ətri sonradan dünyaya gələn cavanları ətirləndirir, yəni onların qeyrəti gələcəkdə millətin balalarını qeyrətləndirir, onlara bir növ tərbiyə verir ki, onlar da bu dünyada cəmiyyət xeyrindən ötrü can qoysunlar, özlərini heyvana oxşatmayıb Allah-təalanın verdiyi neməti puç etməsinlər…

      Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangahlar tikirlər, onların həyatı ilə bağlı hadisələri yazıb, tərcümeyi-hallarını uşaqlara oxudurlar. Bu cins şəxslərin isimləri hörmətlə dillərdə zikr olunub, nəsilbənəsil millət balalarının arasında intişar tapır. Yeni nəsil bunların barəsində oxuyub və eşidib, özünü onlara oxşadır və vaxtında millətin bəzəyi olur. Bu minvalla qeyrət, şərəf və comərdlik artır…

      Bunların bədənləri bir zamandan sonra torpaq olursa, ruhları onların gözəl əməllərindən ləzzət çəkir… Həqiqət! Yüz ildən sonra bu şəxslərin məzarlarını açsaq, ancaq torpaq görərik. Bununla belə, adları dillərdə söylənəndə fikirləşirsən ki, bu şəxslər ölməyiblər, əbədidirlər. Nə mal, nə şan, nə şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra isminin hörmətlə dillərdə zikr olunmağındadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır, yəni tək nəfsinə görə yaşamayıb, bədəndən və ruhdan zəif həmmillətə gərək kömək edəsən…

      Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də varmış. Bu möhtərəm şəxslər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümumi xeyirdən ötrü indiki əsərimizdə insafımız rəva görmür ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana xas comərdliyini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun.

      Həqiqət hal! Bu möhtərəm şəxs bir başqa insandır ki, ruzigar bizlərə bəxş edibdir! Millətin bəzəyi, ruzigarın qiymətli əsəri olan bu şəxsin adını tarixə salmaya bilərikmi?

      Bəli, 62 yaşında hörmətli Hacı ruzigarın bəlalarına sinə gərib, milyonlar qazanıb, özü ilə qəbir evinə nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə əbədi qoyacaqdır? Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna qida verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində həkk edəcəkdir.

      Bu möhtərəm şəxsi tərif etməkdən qabaq lazım görürük oxucularımıza onun müxtəsər tərcümeyi-halını yazaq, ta görək, hörmətli Hacı milyonları necə qazanıb və millətə, insana nə xidmətlər göstəribdir. Görək, bu cins şəxsin hörməti bizlərə vacibdir, ya yox? Hərgah vacibdirsə, qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynalabdin Tağıyevə öz hörmətlərini, məhəbbətlərini 1901-ci il sentyabrın 20-də göstərə bilərlər. Həmin bu ayda cənab Hacının məişətinin, millətə və insanlara xidmətlər göstərməyə başlamasının 50 illiyi tamam olur (1). Həmin gün hörmətli Hacının ömründə gözəl və böyük bayramlardan biridir, hansı ki, mindən bir adama görməyə müyəssər olur. Həmin bu gün bu möhtərəm şəxsin ruhu fikrə gəlməyən ləzzəti hiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvərdigari-aləmə əl götürüb razılıq edəcək ki, bu şəxsin nəslindən dünyaya gəlib! Həmin bu gün məşhur, mərifətli, qeyrətli din qardaşlarımız və vətəndaşlarımız bu cür şəxsin varlığının daimi olmasını Xudavəndi-aləmdən yalvaracaqlar. Həmin bu gün ədəbiyyat əhlinin qələmləri tarixlər səhifəsində işləyəcəkdir! Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər həsədlə bayram sahibinə baxacaqlar. Həmin bu gündə yaxşılığın əbədi olmağı və yamanlığın faniliyi gün kimi aşkar olacaqdır! Bəli, bu bir başqa gündür! Başqa bayramdır! Başqa səadətdir insanın ömründə! Bu bir başqa aləmdir! Başqa haldır! Başqa hissiyyatdır insanın həyatında! Xudavəndi-aləm əmr əta etsə, biz – çox kiçik millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vaxtında cənab Hacının ətraflı tərcümeyi-halını yazmaqla məşğul olarıq.

      Hacı Zeynalabdin Tağıyev 1256-cı ildə (yanvar, 1838) Bakıda anadan olub (2). Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı. On yaşından H.Z.Tağıyev atasının tərbiyəsində olubdur (3). Atası külfət qeyrəti çəkən, zəhmətdən qorxmayan bir şəxs idi və həmişə oğlu Zeynalabdinə bu nəsihəti edərdi: “Oğlum, zəhmətdən qorxma, çalış ta axırda özgəyə möhtac olmayasan”. Bu sözlər balaca,


Скачать книгу
Яндекс.Метрика