Эротические рассказы

Bir müəllimin xatirələri . Nadir İsrafilovЧитать онлайн книгу.

Bir müəllimin xatirələri  - Nadir İsrafilov


Скачать книгу
qonşular bir yerə toplaşırdılar. Bütün maliyyə resursları ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə yönəldilmişdi. Bu da bir sıra problemlərə yol açırdı. Kütləvi aclıq ölkəni bürümüşdü. İnsanlar çörək növbəsinə durmaq üçün səhər tezdən saat 5-6 arası mağazaların qabağında sıraya düzülürdülər.

      Səhər saat 8-dən bizi “QAZ-51” adlanan üstüaçıq yük maşınlarına mindirib sahələrə, qarğıdalı yığmağa daşıyırdılar. Sevinirdik, ona görə yox ki, məktəbdən, dərs oxumaqdan canımız qurtarırdı, ona görə ki ölkənin ərzaq təchizatında kiçik də olsa, payımız olacaqdı. Qarğıdalı yığımından sonra yenidən məktəbə qayıdır, proqramdan geri qalmamaq üçün əlavə məşğələlərə gedirdik.

      N.S.Xruşşovun BMT-nin qərargahında ayaqqabısını çıxarıb tribunaya döyəcləməsi ABŞ-ı müharibəyə başlamaq fikrindən çəkindirmişdi. Bu, həmin Xruşşov idi ki, hakimiyyətinin ilk illərindən özündə qüvvə, cəsarət taparaq Stalin kimi bir rəhbərin “şəxsiyyətinə pərəstiş”i ölümündən sonra qurultayın müzakirəsinə çıxarmış, ölkənin bütün şəhərlərindən onun çoxsaylı heykəl və büstlərinin yığışdırılmasına nail olmuşdu.

      Bir gün evimizdən bir az kənarda, konserv zavodu yaxınlığındakı açıq sahəyə xeyli hərbi maşınların toplaşdığının şahidi olduq. Uşaq marağı ilə maşınlara yaxınlaşmaq istəsək də, əlisilahlı hərbçilər yaxına buraxmadılar. Səhər yuxudan ayılan kimi həmin əraziyə növbəti tamaşaya gedərkən artıq orada nə zirehli maşınlar, nə də hərbçilər var idi. Məlum oldu ki, zavodun qarşısında və digər bir neçə yerdə olan heykəllər yerli-dibli yığışdırılıb aparılıb. Sonra isə öyrəndik ki, qonşu rayonların sakinləri də eyni vəziyyətin şahidi olublar. Bu durumu da belə atlatdıq. “Qarğıdalı” və “hədə-qorxu siyasəti” qalib gəldi. Tarixi keçmişimizin “Qarğıdalı salnaməsi” bu gün də yaddaşımdan silinməyib.

      Elə xatirələr var ki, danışarkən gözəlliyi itir

      “Tərbiyə uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır.”

      Uzun illər keçməsinə baxmayaraq bugünkü kimi yadımdadır: məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatı yaşayardıq. Sanki dövlət də, elə cəmiyyətin hər üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar.

      Bununla belə, sözün əsl mənasında oxumaq, nəyisə öyrənməyə can atmaq yeganə amalımız idi. Sinfin yarıdan çoxu “əlaçı” və “zərbəçi” olardı. Nisbətən zəif oxuyanlar zərbəçi, zərbəçilər isə əlaçı olmaq uğrunda bir-biri ilə yarışa qoşulardılar. Hər kəs nəsə bir “vəzifə” daşıyardı: kimi “sinifkom”, kimi “təmizkom”, kimi sinif, kimi məktəb divar qəzetinin redaktoru, kimisi də “redkollegiya”nın üzvü olardı. İndiki uşaq və yeniyetmələrə, gənclərə sadə, primitiv görünə bilər, amma bütün bunlar hər birimizdə kollektivçilik, yaradıcılıq vərdişləri, tapşırılan işə görə cavabdehlik, məsuliyyət hissləri formalaşdırırdı.

      Həyatımızı kitabsız təsəvvür edə bilməzdik. Böyük tənəffüs zamanı məktəb bufetindən nəsə almaq üçün evdən verilən beş-on qəpiyə qənaət edib onu kitaba xərcləyərdik. Hər evdə “etajerka” adlanan kitab rəfindən ibarət kiçik, şəxsi kitabxana olardı. Məktəb kitabxanasındakı bütün kitabları oxuduğumuzdan mərkəzi kitabxanalara üzv yazılardıq. 5-ci sinfə qədər Canni Rodarinin, Andersenun, Qrimm qardaşlarının nağıl və hekayələri, 5-8-ci siniflərdə Daniel Defonun, Conatan Sviftin, Mayn Ridin macəra kitabları, 9-10-cu siniflərdə isə artıq Cek Londonun, Fyodor Dostoyevskinin, Teodor Drayzerin roman və povestləri ilə tanış olardıq.

      Aşağı siniflərdə “Göyərçin”, “Azərbaycan pioneri”, yuxarı siniflərdə isə “Azərbaycan gəncləri”, “Elm və həyat” kimi qəzet və jurnallara abunə yazılardıq. Məktəbdən gələndən sonra səbirsizliklə həmin nəşrləri gətirməli olan poçtalyonu gözləyərdik. Qəzet və jurnalları oxuduqdan sonra oradakı ən maraqlı, lazım bildiyimiz hissələri kəsib saxlayardıq. Elə bir zaman gəldi ki, yaşadığımız sistemə, quruluşa acıq edib hərfi mənasına belə varmadan “pioner” sözündən incik düşdük, minlərlə məktəblinin asudə vaxtlarının şən, maraqlı təşkilinə xidmət edən, “pioner düşərgəsi” adlanan, rayonlarımızın füsunkar guşələrində yerləşən yay istirahət məkanlarını balalarımızın üzünə bağladıq.

      Heç kəsə sirr deyil ki, hazırda ümumtəhsil məktəblərində “uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işi bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayisəedilməz dərəcədə fərqlidir. Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədris işləri üzrə müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s.

      Əvvəllər bilik, məlumat əldə etmək üçün yeganə mənbə kitab, qəzet və jurnallar idi. İnsani münasibətlər canlı ünsiyyət vasitəsi ilə həyata keçirilərdi. İndi yüksək sürətli internet, çoxsaylı sosial şəbəkələr əsas informasiya daşıyıcıları hesab edilir, “distant təhsil”, “virtual məktəb” kimi anlayışlar meydana çıxıb, onlayn görüşlər aktuallaşıb. Virtual, vizual, verbal kommunikasiya vasitələri reallığa çevrilib. Skayp telefon zəngini sıxışdırır, canlı ünsiyyət SMS-lərlə, münasibətlər feysbuk, instaqram, messencerlə, sevgi, məhəbbət odnoklassniki ilə, imtahan kompüterlə, kitablar, dərsliklər elektron daşıyıcılar – android telefonlar, planşetlərlə əvəzlənıb. Bir sözlə, cəmiyyət get-gedə elmi-texniki tərəqqinin girovuna çevrilir.

      Məktəb illərimizin, təhsil sahəsindəki fəaliyyətimizin qayğılı-qayğısız, acılı-şirinli keçən illərinə dair bəzi xatirələrimi bölüşməkdə məqsədim odur ki, ölkəmizdə uzun illərdən bəri özünü təsdiq etmiş, nailiyyətlərimizə, elmimizin inkişafına yol açmış təhsil sistemimizin ən yaxşı ənənələrini unutmağımızdan, böyük zəhmət hesabına əldə etdiklərimizə biganəliyimizdən doğan təəssüf hissini oxucularımla bölüşüm. Biz nəzərə almadıq ki, keçmiş ənənələrimizə bağlılıq, onları yaşatmaq gələcəyimizi qurmaqda ən təsirli stimul və sınanmış örnək ola bilərdi, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz izlər buraxmışdı.

      Uşaqların nəsihətdən daha çox yaxşı nümunəyə ehtiyacları var

      Orta məktəbdə oxuduğumuz illərdə təlim və tərbiyə vəzifələrini vəhdətdə həyata keçirmək, hərtərəfli vətəndaş yetişdirmək üçün savadla yanaşı uşaqların əxlaqi tərbiyəsinə də xüsusi önəm verilirdi. İstəsək də, istəməsək də, razılaşmalıyıq ki, müasir dövrdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını, hələ tam itirməsə də, buna meyillidir. Başqa sözlə desək, təlimə ifrat dərəcədə aludəçiliyimiz


Скачать книгу
Яндекс.Метрика