Эротические рассказы

Bir müəllimin xatirələri . Nadir İsrafilovЧитать онлайн книгу.

Bir müəllimin xatirələri  - Nadir İsrafilov


Скачать книгу
“xasiyyətnamə” də verilirdi. Bu xasiyyətnamə ali məktəblərə qəbul zamanı tələb olunan sənədlər içərisində özünə yer tuturdu. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvi aspektli mövzular salınırdı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt sayılır, tərbiyə olunan tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya, yaş fiziologiyasının əsaslarına, didaktikaya xüsusi yer ayrılırdı. Müəllimlərin işə qəbulu zamanı pedaqoji təcrübəyə önəm verilir və bu, formal xarakter daşımırdı. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya elmləri pedaqoji prosesdən ayrı düşüb əsla yanılmarıq.

      XX əsrin 90-cı illərində zamanın tələblərinə əsasən Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, milli ənənələrə və mənəvi dəyərlərə söykənən, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ide-yası yaranmış, hətta layihəsi də hazırlanmışdı. Sonralar naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı.

      Müəyyən biliklərə yiyələnərək müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, öz xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti ən yüksək mənəvi keyfiyyətlərdəndir. Bu gənc seçdiyi ixtisasa ən yüksək səviyyədə yiyələnsə belə, mənəvi dəyərlərə malik deyilsə, vətəninə, xalqına lazımi xidmətlər göstərə biləcəyi o qədər də inandırıcı deyil.

      Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlimlə tərbiyə vəhdət təşkil etməsə, dövlət qarşısında öz məsuliyyətini dərk edən, öz xalqının milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmətlə yanaşan, müstəqil, yaradıcı düşünən, hərtərəfli, ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş, şəxsiyyət yetişdirmək məqsədini həyata keçirməkdə problemlərlə üzləşəcəyik. Məktəblərimizdə, bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz, qeyri-etik təzahürlər belə qənaətə gəlməyə əsas verir.

      Bizmi dəyişmişik, yoxsa zəmanəmi? Dəyərləri bizmi müəyyənləşdiririk, yoxsa dəyərlər bizi özünə tabe edir? Hələ də kimlərə sadə, kimlərəsə mürəkkəb görünən bu suallara konkret cavab axtarışındayıq.

      Nəyisə unutmaq, yaxud unutmamaq insanın iradəsi xaricindədir

      Müasir dövrün nəhəng mütəfəkkirlərindən sayılan Umberto Ekonun bir sözü var: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edin, bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”. U.Ekonun bu kəlamını bir kənara qoysaq belə, Mixail Bulqakovun “Master və Marqarita”sını, yaxud Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”ini ekrandan oxuyan kimsəni nə görmüşəm, nə də bu barədə nəsə eşitmişəm.

      Neçə-neçə kitablar oxuduq, gecəmizi gündüzümüzə qatıb təhsil aldıq, boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə, nüfuza sahib olduq. Bədii əsərlər, dərsliklər, qəzet və jurnallar oxuduq, nə öyrəndiksə, məktəb, ailə tərbiyəsindən, görkəmli yazıçıların əsərlərindən öyrəndik. Bizi məktəb, ailə mühiti yetişdirdi. O zamanlar kompüterin nə olduğunu belə bilmirdik. Orta məktəbi bitirmək ərəfəsində oxuduğum kitabların sayı artıq mini ötmüşdü.

      Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi, çünki bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər. Vahid məktəbli formasının olmasına baxmayaraq buna məcburiyyət yox idi. Amma böyük əksəriyyət vahid məktəbli forması geyinirdi. Bütün yazı işləri “mil-mil” və “dama-dama” adlanan iki qəpiklik dəftərlərdə aparılardı. Dərsliklərdən savayı yeganə əlavə tədris vəsaiti “Hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edirdi.

      8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib, nəfis “otkrıtka” axtarışına çıxardıq. Xətti pis olanlar “otkrıtka”ya öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardılar. İmkan olan yerdə isə xüsusi, kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklik əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmiş. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Krasnaya Moskva” və Polşa istehsalı “Mojet bıt”, “Bıt mojet” ətirləri idi. Bu 3 və 2 rubl qiyməti olan ətir məmulatlarını müəllimin qəbul edib-etməyəcəyini fikirləşməkdən gecəni səhərə qədər yata bilməzdik. Müəllim, sözün əsl mənasında, bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.

      Sonralar, təhsil şöbəsində və paytaxtın baş təhsil idarəsində çalışarkən dəfələrlə 8 Martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq. Hətta müəllimə ucuz hədiyyə aparan şagirdə, “Bunu anana apar” – deyən müəllimlərə də rast gəldik. Bəlkə də, natamam, sadəcə, bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər tapılacaq, çünki artıq dəyərlər dəyişib, lakin dəyərləri dəyişən də, ona qiymət verən də elə biz özümüzük. Son onilliklərdə təhsil sahəsində nələr qazandığımızı isə zaman göstərəcək.

      Təhsil aldığımız illərdə əsas bilik mənbəyimiz dərsliklər idi. Dərsliyə mötəbər mənbə kimi baxardıq. İki nəfər arasında hansısa faktla bağlı mübahisə yarananda ona ilk növbədə dərsliyi açıb baxmaq məsləhət görülərdi. Dərsliklər tərtib edilərkən faktiki materialın seçilməsi ilə yanaşı həm də onun tərbiyəvi aspektlərinə xüsusi diqqət yetirilərdi. Tarix və ədəbiyyat dərsliklərindəki mətnlər qəhrəmanların dözümlülüyünə, mətinliyinə, etibarına, mütəşəkkilliyinə, ən başlıcası, vətənpərvərliyinə heç kəsi biganə qoya bilməzdi.

      Hamımız aldığımız tərbiyənin övladlarıyıq

      Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib, lakin onların hər birindən lazımi dərsi ala bilməmişik. Bəzilərinin, sadəcə tədris etdiyi fənn üzrə proqram materiallarını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, bizə yalnız bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər.

      Uzun illər keçsə də, bəziləri xatirimizdə işıq kimi, bəziləri isə kölgə kimi əks olunur.

      Özündənrazı kimya-biologiya müəllimimiz var idi. İşi-gücü uşaqları ələ salmaqdan, onları bacardığı qədər alçaltmaqdan ibarət idi. Bəşirov soyadlı qaraqabaq uşağa “Mürdəşirov”, nisbətən iri gözləri olan Teymur adlı birinə “Lemur”, Bağır adlı digər birisinə “Sağır” deyə lağ edərdi. Bir gün sinfimizə hansısa ucqar kənddən Dovutov soyadlı uşaq gəldi. Növbəti gün həmin müəllim sinif jurnalını açar-açmaz, “Gəlib dərsimizi danışsın Nöyütov”


Скачать книгу
Яндекс.Метрика