Эротические рассказы

Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.

Dahi - Теодор Драйзер


Скачать книгу
onu təkcə xarici görünüşü ilə deyil (qəşəng olsa belə), temperamentində olan nə isə bir xüsusiyyətlə cəzb edirdi. O bu cazibə qüvvəsini, bəzən ağızda uzun müddət hiss edilən ləzzət kimi daim duyurdu. O bu qızın çox gənc olduğunu qət etmiş və onun məsumluğuna, sadəlövhlüyünə – ona belə gəlirdi – valeh olmuşdu. Əslində Ancela gənc və sadəlövh olmaqdan artıq qeyri-şüuri olaraq özünü sadədil göstərirdi. O, sözün ümumi qəbul edilmiş mənasında yaxşı, möhkəm əxlaq qaydalarına tamamilə sadiq olan namuslu, abırlı qız idi. O, izdivac və analığı hər bir qadının borcu və qisməti hesab edirdi, lakin başqalarının uşaqları ilə kifayət qədər çəkdiyi əzabdan sonra özününkülərin olmasına, xüsusən onların çox olmasına, elə bir arzu hiss etmirdi. Əlbəttə o, çoxları tərəfindən təriflənən ümumi qismətdən yaxasını qurtarmaq ümidində deyildi. Lakin bacıları kimi bəxti gətirən bir işgüzara, yaxud ağayana sənət sahibi olan bir adama ərə getməyi, üç, dörd yaxud beş sağlam uşağı olmasına, orta dərəcədə təmin olunmuş nümunəvi bir evin xanımı və öz ərinin sadiq qulluqçusu olmasını arzulayırdı. Onda şiddətli ehtiras gizlənmişdi – bu ehtiras heç bir zaman tamamilə qane edilməyəcəkdi. Heç bir kişi, hər halda, onun yolunda rast gələ biləcək kişilərdən heç biri, onu anlamağa qadir deyildi, bununla belə o bilirdi ki, böyük sevmək istedadına malikdir. Əgər ona məhəbbət alovlandıracaq bir adam rast gələrsə və buna layiq olarsa, o bu adama nə kimi ehtiras qasırğası ilə cavab verərdi! O necə sevər və özünü necə fəda edərdi! Lakin, görünür, onun arzuları doğrulmayacaqdı: nə qədər vaxt keçdi, onun yoluna bir dəfə də olsun “həqiqi” kişi çıxmadı. Budur, indi, iyirmi beş yaşında ikən, səadət haqqında bu qədər şirin xəyala dalarkən və səadətə doğru cəzb olunarkən gözlənilmədən qarşısında arzularının mücəssəməsi durdu, özü isə bunu heç dərhal anlamadı.

      Kişi ilə qadının qarşılıqlı meyli özünü çox tez büruzə verir. Yucin çox şeylərdə Anceladan yetkin idi. O bəzi məsələlərdən Anceladan daha artıq xəbərdardı və görüş dairəsi ondan daha geniş idi, həm də Yucində olan qüvvə Ancelanın anlayışı xaricində idi. Bununla bərabər Yucin hiss və arzularının aciz oyuncağı idi. Ancelanın – bəlkə daha qüvvətli olan – hisləri isə başqa şeylərlə qidalanırdı. Ulduzlar, gecə, gözəl mənzərə, təbiətdə olan bütün füsunkarlıq Yucini hədsiz dərəcədə həyəcanlandırırdı. Ancelaya gəlincə təbiət özünün ən parlaq təzahürlərində ona əslində yad gəliridi. Musiqi, Yucində olduğu kimi, Ancelada da qızğın əks-səda tapırdı. Yucin ədəbiyyatda realizm istiqamətini qiymətləndirirdi, Ancela üçün isə bütün gözəlliklər hissdə idi. Özünün xalis estetik formalarında incəsənət Ancelanın ruhuna heç bir təsir bağışlamırdı. Yucin üçün isə, bu, incə əyləncələr mənbəyi idi. Tarix, fəlsəfə, məntiq, psixologiya Ancela üçün açılmamış kitab idi, Yucin üçün isə bu, tanış sahələr, bəlkə də onun sevinclə dolaşdığı, çiçəklərlə örtülmüş cığırlar idi. Bütün bunlara baxmayaraq, onlar bir-birinə meyl edirdilər.

      Onların arasında başqa fərqlər də vardı. Yucin üçün şərtiliyin heç bir əhəmiyyəti yox idi. Onun yaxşılıq və pislik haqqında təsəvvürü sıravi adama anlaşılmaz görünə bilərdi. O hər bir insana, xasiyyət və mövqeyindən asılı olmayaraq, yüksək inkişaf etmişə və cahilə, təmiz və natəmizə, şən və qüssəliyə, ağ, sarı yaxud qara dəriliyə rəğbət göstərməyə qadir idi. Ancela isə, əksinə, özünü ədəb qaydalarına müvafiq aparanları açıqcasına üstün tuturdu. Hələ uşaqkən Ancelaya daha səylə işləyənlərə, mümkün olduqca özünü hər şeydən məhrum edənlərə, öz hərəkətini nəyin yaxşı və nəyin pis olması haqqında ümumi qəbul edilmiş məfhuma uyğunlaşdıranlara hörmət təlqin etmişdilər. Müəyyən edilmiş qaydaları tənqid etmək onun ağlına belə gəlmirdi. İctimai və əxlaq kodeksi lövhələrində yazılanlar onun üçün dəyişdirilə bilməzdi. Ola bilsin, onun mühitindən kənarda ən sevimli adamlar vardır, lakin onlarla münasibətdə olmaq mənasızdır və onlara rəğbət bəsləmək olmaz. Yucin üçün isə hər insan hər şeydən əvvəl insan idi. O, səfillər və uğursuzlar içərisində olarkən onlarla birlikdə və onlara qəhqəhə ilə gülməyi bacarırdı. Dünyada olan hər şey onun üçün qəşəng, gözəl və maraqlı idi. Həyatın amansız faciəsi də, Yucin ona laqeyd qalmasa belə, onun gözlərində nə ilə isə bəraət qazanırdı. Onun Ancelaya nə üçün belə şiddətli meyl hiss etməsi də müəmmalı qalırdı. Peyk daha böyük ulduzu tamamladığı kimi, bəlkə bunlar da o zaman bir-birini tamamlayardılar, çünki Yucinin xudbinliyi təriflər, rəğbət, qadın nəvazişi tələb edirdi. Öz növbəsində Ancela da Yucinin atəşli qəlbi və səmimiyyəti qarşısında dayana bilmirdi.

      Onlar ertəsi günü qatarda, demək olar ki, üç saat məstedici söhbətlə məşğul oldular. Söhbət başlanan kimi Yucin iki il bundan qabaq elə bu yolla, bu qatarla, elə bu saatlarda necə getdiyini nağıl etdi. O gecələmək üçün yer axtararaq, bu böyük şəhərin küçələrini necə dolaşdığını, necə işə başladığını, öz yerini tapdığına əmin olmadıqca Aleksandriyaya qayıtmadığını danışdı. İndi o, rəssamlıq təhsili alacaq, sonra isə Nyu-Yorka, yaxud Parisə gedəcək, jurnallarda işləyəcək və bəlkə də şəkillər çəkəcəkdir. Yucin, ona heyran olanlar qarşısında lovğalanmağı sevirdi, burada isə ona heyran olacaqlarına əmin idi. Onun yol yoldaşı ondan başqa heç nəyi görməyən gözlərlə ona baxırdı. Bu adam həqiqətən Ancelanın bu vaxta qədər tanıdığı adamların heç birinə oxşamırdı – o, gənc idi, istedadlı idi, məğrur idi, zəngin təfəkkürə malik idi. O, Ancelanın da can atdığı, lakin görməyə azacıq belə ümidi olmayan aləmə – incəsənət aləminə özü üçün yol açmaq istəyirdi. Budur, gələcək rəssam ona öz planlarını nağıl edirdi, Paris haqqında danışırdı. Bu nə qədər gözəldir!

      Onlar Çikaqoya yaxınlaşdıqları zaman Ancela dedi ki, bilaixtiyar Çikaqodan Sent-Pola gedən və Blekvudda dayanan qatara minməlidir. Doğrusu, onun qəlbində bir qədər qüssə var idi və ürəyi sıxılırdı, çünki yay tətili qurtarmaq üzrə idi və yenidən məktəb məşğələlərinə getməli idi. Onun sabiq məktəb yoldaşı blekvudlu miss Minqgildə keçirdiyi iki həftə gözəl bir yuxu kimi ötüb keçdi. Yoldaşı Ancelanın vaxtını şən keçirməsi üçün bütün səyini göstərdi. Artıq hər şey arxada qalmışdı. Yucinlə tanışlığı da tezliklə kəsiləcəkdi. O yenidən görüşmək haqqında hələ bir söz belə deməmişdi. O, Yucinin belə parlaq boyalarla təsvir etdiyi aləmi yaxından tanımağın yaxşı olacağı haqqında düşünürdü ki, Yucin dedi:

      – Mister Benqs mənə dedi ki, siz hərdənbir Çikaqoya gəlirsiniz?

      – Bəli, doğrudur, – deyə qız cavab verdi. – mən teatra getmək və bəzi şeylər almaq üçün bəzən orda oluram.

      Ancela bu səfərlərin əməli iş mülahizələri ilə izah olunduğunu demədi – o, ailədə şey almaq bacarığı ilə şöhrət qazanmışdı və şey almaq üçün qohum-qardaş onu tez-tez Çikaqoya göndərirdi. O, təcrübəliliyi və təsərrüfatçılığı ilə hamısını ötüb keçmişdi. Bundan başqa hər cür əziyyəti məmnuniyyətlə öz üzərinə götürdüyünə görə, bacıları və dostları onu çox qiymətləndirirdilər. Əməyə olan bu məhəbbəti nəticəsində onun bütün ailə üçün qulluqçuya çevrilməsi təhlükəsi oyanırdı. Bununla belə, hansı işə girişsə, onu vicdanla görürdü, lakin demək olar ki, ancaq xırda təsərrüfat məsələləri ilə məşğul olurdu.

      Yucin


Скачать книгу
Яндекс.Метрика