Эротические рассказы

Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.

Dahi - Теодор Драйзер


Скачать книгу
yəqin ki, çox yaxşı olduğu haqqında düşünür və xəyala dalırdı.

      Yucin elə bir yaşda idi ki, bu yaşda adam öz hislərini ifadə etmək istəyi ilə dolub-daşır. Həmçinin bu elə bir yaşdır ki, insan sevsə və coşqun bir təbiətə malik olsa belə, utancaqlıq onu təmkinli olmağa vadar edir. Stellaya dediyi sözlər ona bayağı görünürdü, o öz hislərini sözdən artıq ah çəkməklə ifadə edirdi. Lakin qız ahlardan usanır və bayağı sözləri ondan üstün tuturdu. Stella hələ o zaman düşünməyə başlamışdı ki, Yucin bir qədər qəribədir, nə isə həyəcanlıdır, əsəbidir. Bununla belə o, Stellanın xoşuna gəlirdi. Şəhərdə belə fikir əmələ gəlmişdi ki, Stella onun sevgilisidir. Kiçik şəhərlərdə və kəndlərdə belə sevişmə məktəblilər arasında adi haldır. Onları hər yerdə birlikdə görürdülər. Atası Yucini lağa qoyurdu. Stellanın ata anası isə bunu qızlarından çox (onlar bilirdilər ki, qızları çox da oğlanlarla maraqlanmır və oğlanların hislərinə çox da əhəmiyyət vermir.) Yucinin uşaqlıq əyləncəsi hesab edirdilər. Onlar düşünürdülər ki, Yucinin sentimentallığı tezliklə Stellanı usandırmağa başlayacaqdır. Bu belə də oldu.

      Bir dəfə yuxarı sinif məktəbliləri tərəfindən düzəldilmiş ziyafətdə “kənd poçtu” oyunu təşkil etdilər. Bu, hər şeyin öpüşlə nəticələndiyi oyunlardan biridir. Oyunda iştirak edənlərə suallar verilir, cavab verməyənlərdən fant alınır. Fantı çıxmış olanlar poçt müdiri olur və poçtu aparmaq üçün bir nəfəri çağırır. Bu isə o deməkdir ki, siz poçt müdirinin sizi gözlədiyi qaranlıq otağa gedirsiniz və orada xoşunuza gələn yaxud sizi xoşlayan oğlan ya da qız sizi öpür. Poçt müdirinə istədiyi adamı çağırmaq üçün hüquq, yaxud hökmranlıq – necə istəyirsinizsə adlandırın – verilir.

      Bu dəfə Yucindən əvvəl poçt müdiri olmaq növbəsi Stellaya düşdü. Stellanın ilk fikrinə gələn o oldu. Lakin bunu açıqca etməkdən çəkindiyindənmi, yaxud Yucinin coşğunluğunun gizlində onu narahat etməsindənmi, o, Xarvi Ratterin adını çəkdi. Xarvi gözəl oğlan idi. Stella onunla bu yaxınlarda, Yucinə rast gəldikdən sonra tanış olmuşdu. Stella ona vurulmamışdı, lakin Xarvi onun xoşuna gəlirdi; gənc, işvəli qız onu yaxından tanımağın əleyhinə deyildi. Indi onun əlinə müvafiq təsadüf düşmüşdü.

      Xarvi onun çağırışına getdi; Yucini quduz bir qısqanclıq bürüdü. O, Stellanın onunla nə üçün belə rəftar etdiyini anlaya bilmirdi. Onun növbəsi çatdığı zaman, o xoşuna gələn, özü də qəşəng qız olan, lakin Yucinin fikrincə Stella ilə müqayisə edilə bilməyən Berta Şumeykeri çağırdı. Əslində başqası haqqında düşündüyü halda bu qızı öpmək onun üçün əzab idi. O, otaqdan çıxdığı zaman Stella onun gözlərində inciklik oxudu, lakin özünü elə göstərdi ki, guya heçnə görmür. Bununla belə süni şənliyinə baxmayaraq, Yucinin süst və kədərli görünüşü hamının gözünə çarpırdı.

      Sonra Stella yenidən cərimələndi və bu dəfə Yucini çağırdı. O getdi, lakin incikliyi hələ sönməmişdi. O, Stellanı cəzalandırmaq istəyirdi. Onlar qaranlıqda görüşdükləri zaman Stella gözləyirdi ki, Yucin onu qucaqlayacaqdır və artıq əllərini onun çiyninə qoymuşdu, lakin Yucin ancaq onun barmaqlarını sıxdı və dodaqlarından soyuq bir öpüş aldı. Əgər Yucin: “Nə üçün sən belə etdin?” desəydi, əgər o Stellanı bağrına basaraq onun hisləri ilə belə sərt oynamamağı xahiş etsəydi, onların dostluğu yenə davam edə bilərdi. Lakin Yucin bunların heç birini etmədi. O zaman qızda kin baş qaldırdı və o, dikbaş bir görünüşlə otaqdan çıxdı. Gənclər şənliyin axrına qədər bir-birindən uzaq durdular, lakin Yucin yenə də onu evə ötürdü.

      Onlar tam sükut işərisində iki məhəllə getdikdən sora Stella dedi:

      – Deyəsən, bu gün sənin kefin yaxşı deyil?

      Küçələr qaranlığa bürünmüşdü və onların kərpic döşənmiş səki üzərindəki addımları gecənin sakitliyində boğuq əks-səda verirdi.

      – Yox, nə üçün? Mən özümü çox yaxşı hiss edirəm, – deyə Yucin qaşqabaqlı cavab verdi.

      – Məncə, Veymergildə çox yaxşı keçdi. Orada yığıncaqlar həmişə çox şən keçir.

      – Bəli, olduqca şən! – deyə Yucin təhqiranə cavab verdi.

      Stella hirsləndi:

      – Sən belə tikanlı olma! Sənin məndən küsməyinin heç bir səbəbi yoxdur!

      – Sən elə düşünürsən?

      – Bəli, heç bir səbəbi yoxdur.

      – Nə deyim, sən özün daha yaxşı bilərsən. Lakin mən buna başqa cür baxıram.

      – Bilirsənmi, sənin buna necə baxmağının mənim üçün heç bir fərqi yoxdur.

      – Eləmi?

      – Bəli, elə!

      Qız acıqla başını qaldırdı.

      – Elə isə mənim üçün də heç bir fərqi yoxdur.

      Yenidən sükut başladı və demək olar ki, Stellagilin evinə qədər davam etdi.

      – Sən cümə axşamı balda olacaqsanmı? – deyə Yucin soruşdu.

      O, metodist kilsəsinin təşkil etdiyi ziyafəti nəzərdə tuturdu. Bu şənlik özlüyündə heç də onu maraqlandırmırdı, lakin bu ona Stella ilə görüşmək və onu evə ötürmək imkanı verirdi. Yucin bu sualı onların başı üstünü alan ayrılıqdan qorxduğu üçün vermişdi.

      Stella:

      – Yox, – dedi. – Çətin.

      – Nə üçün?

      – Həvəsim yoxdur.

      – Sən nə kinlisən! – deyə Yucin onu məzəmmətlədi.

      – Çox əcəb! – deyə Stella cavab verdi. – Məncə, sən ağalıq etməyi çox sevirsən. Doğrusunu desək, sən çox da mənim xoşuma gəlmirsən.

      Məşum bir hiss Yucinin ürəyini sıxdı. O inadla:

      – Bildiyin kimi et, – dedi.

      Onlar Stellagilin həyət qapısına çatdılar. Burada onlar adətən uzun müddət kölgədə durar və Yucin, Stellanın etirazına baxmayaraq, bərk-bərk onu qucaqlayardı. O, indi də səbrsizliklə bu dəqiqəni gözləyirdi, lakin qız onu qabaqladı. Qapıya çatan kimi cəld onu açıb bağçaya daxil oldu və oradan:

      – Gecən xeyrə qalsın! – deyə səsləndi.

      Yucin:

      – Gecən xeyrə qalsın, – dedi və Stella ev qapısına çatdığı zaman, – Stella! – deyə çağırdı.

      Evin qapısı açıq idi, qız tez evə keçdi. Yucin özünü itirmiş, kədərlənmiş, acıqlı və hərəkətsiz halda qaranlıqda dayanmışdı. İndi o nə etsin? O asta addımlarla evə yollandı və yolda necə rəftar edəcəyi barədə düşünməyə başladı: ona fikir verməsinmi, qız onun yanına qayıdana qədər ondan qaçsınmı, yaxud görüşməyə və qəti izahat almağa çalışsınmı? Stella haqlı deyildi – Yucin elə bu fikirlə yuxuya getdi və ertəsi gün də bu fikir onu tərk etmədi.

      Yucin mürəttiblik işində xeyli sürətlə irəliləyirdi. O repartyorluq sənətində də öz qüvvəsini sınayaraq, onun üçün nəzərdə tutulmuş bu sənətdə səy və maraqla


Скачать книгу
Яндекс.Метрика