Amerika faciəsi . Теодор ДрайзерЧитать онлайн книгу.
artıq kasıb idilər.
Lakin eyni zamanda ailəsinin keçirdiyi bütün çətinliklə-rə baxmayaraq, indi o ürəkdən bağlandığı adamların, xüsu-silə anasının ta uşaqlıqdan bəri vərdiş etdiyi doğma ev həya-tının, – qardaşının, bacılarının, hətta Estanın həsrətini çəkir-di; indi Klayd yaxşı başa düşürdü ki, Esta da eynilə onun ki-mi öz iradəsindən asılı olmayan təsadüflərə qurban getmiş-dir. Tez-tez o əzab dolu ağrılar içərisində keçmişini xatırla-yırdı: anası ilə rəftarı, Kanzas-Sitidə başladığı müstəqil həya-tının necə birdən-birə alt-üst olduğunu, Qortenziya Briqsi əlindən alan taleyin ona necə amansız bir zərbə endirdiyini xəyalından keçirirdi… O zamandan bəri o nə qədər əzab və işgəncə çəkmiş və yəqin ki, anasına, həmçinin Estaya daima bir ürək dərdi olmuşdur.
Kanzas-Sitidən qaçandan iki gün sonra o Sent-Luisə gə-lib çıxmışdır; lakin yolun yarısında iki konduktor onu giz-ləndiyi yük vaqonundan atıb çıxartmışdı. Dumanlı bir qış səhərində o döyülmüş və qulaqları tutulmuş bir halda Kan-zas-Sitidən yüz mil uzaqda qar üzərində sərilib qalmışdı; konduktorlar onu döyüb bayıra atarkən, eyni zamanda qo-lundan saatını açmış, əynindən isti paltosunu çıxartmışdılar. Sent-Luisə şəhərində o, Kanzasda çıxan “Star” qəzetini alıb oxumuş və ən pis, ən qorxulu fikirlərinin bir həqarətə çev-rildiyini görmüşdü. Qəzet, birinci səhifədə böyük sərlövhə altında baş verən hadisənin müfəssəl təsvirinə sütun yarım həsr etmişdi: Kanzasda məşhur olan çox zəngin bir ailənin on bir yaşlı qızı maşın altında qalıb öldürülmüşdü (qız yıxı-lıb maşının çarxları altında əzilmiş və bir saat sonra ölmüş-dü); Sparser ilə miss Sayp isə həbs edilmişlər və indi xəstə-xanada yatırdılar, onların sağalmasını gözləyən bir polis yanlarında oturub növbə çəkirdi. Gözəl və bahalı avtomobil çox bərk xəsarətə uğramışdı, maşın sahibinin yanında xid-mət edən Sparserin atası, səfil oğlunun bu cinayətkar hərə-kətindən son dərəcə qəzəblənmiş və başını itirmişdi.
Məsələnin ən pis cəhəti o idi ki, artıq oğurluqda və adam öldürməkdə ittiham edilən bədbəxt Sparser, şübhəsiz ki, bu fəlakətdə öz günahını azaltmaq məqsədilə, nəinki bu səfərin bütün iştirakçılarının adını çəkmiş və onların hansı oteldə işlədiklərini açıb söyləmiş, eyni zamanda belə ifadə vermişdi ki, onlar hamısı baş verən hadisə üçün onunla bə-rabər eyni dərəcədə müqəssirdilər, çünki onun iradəsinin əleyhinə olaraq onlar Sparseri maşını bərkdən sürməyə məc-bur etmişlər. Klayd bu sözlərin tamamilə ədalətli olduğunu öz-özünə etiraf etdi. Oteldə isə mister Skuayrs polisə və qə-zetlərə onun əli altında xidmət edən gənclərin ata-analarının adlarını və onların ev adreslərini xəbər vermişdi.
Bu ən ağır bir zərbə idi. Sonra qəzetdə, öz oğullarının hərəkətlərindən xəbər tutan ataların necə sarsıldıqları təsvir olunmuşdu.
Tomun anası missis Reterer ağlamış və demişdi ki, onun oğlu yaxşı uşaqdır və yəqin ki, o heç bir pis şey etmək fikrində olmamışdır, – anası buna tamamilə əmindir. Öz oğ-lu Oskarı ürəkdən sevən, artıq yaşı ötmüş bir qadın olan missis Xeqland demişdi ki, onun oğlu – dünyanın ən namus-lu, ən nəcib gənclərindən biridir və yəqin ki, onu içirdib kef-ləndiriblər.
Qrifitslərin evində isə, “Star” qəzetinin yazdığına görə ananın bu xəbərdən rəngi qaçmış, o bir qorxu və pərişanlıq içərisində əllərini ovuşduraraq, yerində donub qalmış və sanki bütün bunların nə demək olduğunu ağlına sığışdıra bilməmişdi: ana oğlunun belə bir gəzintidə iştirak etdiyinə inana bilməmiş, ortalıqda nə isə bir anlaşmazlıq baş verdiyi-ni və oğlunun tezliklə evə qayıdıb, hər bir şeyi izah edəcəyi-ni söyləmişdi.
Lakin Klayd evə qayıtmamışdı. Bundan sonra o artıq bu əhvalat haqqında heç bir şey eşitmədi, çünki həm polis, həm də anası qarşısında duyduğu qorxu hissi o qədər qüvvətli idi ki, (o anasının sonsuz məyusluq dolu kədərli gözlərindən qorxurdu) o bir neçə ay evə məktub belə yazmadı. Çox sonra o bir dəfə evə məktub yazaraq, sağ-salamat olduğunu bildir-di və anasının ondan nigaran qalmamasını xahiş etdi, lakin bu məktubunda o nə öz yeni adını yazmış, nə də adresini göstərmişdi.
O, iş tapmaq üçün şəhərbəşəhər gəzirdi: Sent-Luisdə, Teoriyada Çikaqoda, Miluokidə olmuşdu. O, restoronlarda qab-qacaq yuyur, kiçik vecsiz bir aptekdə soda suyu satır, ayaqqabı mağazasında və baqqal dükanında xidmətçi və-zifəsində çalışır, bir sözlə – qabağına çıxan hər bir işdən ya-pışırdı, lakin heç bir yerdə bəxti gətirmirdi: çünki ya ona haqq hesab verib işdən çıxarırlar, yaxud özü işi xoşlamayıb çıxıb gedirdi. Bir dəfə o öz qazancından qənaət edərək, bir qədər pul yığıb, anasına on dollar – daha sonra isə beş dollar göndərdi. İl yarım keçəndən sonra o bu qərara gəldi ki, eh-timal ki, artıq onu axtarmırlar və baş verən cinayətdə onun iştirakı ya unudulmuş, yaxud da çox əhəmiyyətsiz hesab edildiyi üçün, artıq təqiblərə və axtarışlara son qoyulmuş-dur. Sonra Çikaqo şəhərində özünə iş tapıb, bir qədər yaxşı qazanmağa başladıqda, (o, evlərə mal daşıyan furqonda sü-rücü vəzifəsində çalışır və həftədə on beş dollar alırdı) o ana-sına məktub yazmağı qərara aldı: indi o yaxşı bir iş yeri tap-mağını və öz həqiqi adını gizlətsə də, artıq çoxdan özünü yaxşı apardığını anasına xəbər verə bilərdi. O, şəhərin qərb hissəsində, Polina-Strit küçəsində bir evdə çarpayı kirayə edib yaşayırdı. Klayd məhz bu zaman anasına aşağıdakı məktubu yazıb göndərdi.
“Əziz ana!
Bilmirəm, siz hələ də Kanzas-Siti şəhərində yaşayırsı-nızmı? Xahiş edirəm, indi harda və necə yaşadığınız barədə mənə məktub yazasınız. Mən sizin haqqınızda hər şeyi bil-mək və öz başıma gələnləri sizə nağıl etmək istəyirəm. And içirəm ki, ana əgər sən istəsən, mən böyük bir sevinclə həmi-şə sənə məktub yazacağam. Mən burada tamamilə tək yaşa-yıram. Lakin sən hər halda ehtiyatlı ol və mənim harada olduğumu heç kəsə açıb demə. Bunun çox pis nəticələri ola bilər, halbuki mən çoxdan bəri yeni bir həyat sürmək arzusu ilə yaşayıram və indi, təzəcə yaxşı bir işə düzəlmişəm. İnan ki, ana, mən heç bir pis iş etməmişəm, orada qəzetlər nə ya-zırsa yazsın, mən heç bir pis hərəkət etməmişəm – mən an-caq yoldaşlarıma qoşulub şəhər kənarına seyrə getmişdim. Lakin mən müqəssir olmadığım bir iş üçün cəza alacağım-dan qorxdum. O zaman mən sadəcə evə qayıda bilmədim. Mən heç müqəssir deyiləm, ancaq sənin və atamın bu barədə nə fikirləşdiyinizdən qorxdum. Məni gəzintiyə dəvət etmiş-dilər, mən də onlara qoşulub getmişdim, ancaq Sparser de-mişdir ki, guya mən ondan maşın gətirməsini xahiş etmişəm və geriyə qayıdarkən maşını bərkdən sürməyə məcbur etmi-şəm, bunlar hamısı yalandır o özü maşını gətirib bizim ha-mımızı gəzməyə dəvət etmişdi. Bəlkə də o qızı maşın altında qoyduğumuz üçün hamımız müqəssirik, lakin biz axı bunu qəsdən etməmişik. Bu hadisə birdən-birə, qəfildən baş ver-mişdi. Mən buna ürəkdən yanır, təəssüf edirəm. Mənim uc-batımdan sən nə qədər dərd çəkdin: özüdə mənim köməyi-mə möhtac olduğun bir zamanda! Bunu düşündükcə məni dəhşət alır! Lakin buna baxmayaraq, mən yenə də ümid edi-rəm ki, sən məni bağışlayacaqsan,