Amerika faciəsi . Теодор ДрайзерЧитать онлайн книгу.
– İşə bax! Gör necə görüşdük. Bağlamanı buraya qoy! Sən hardan gəlib buraya çıxdın?
Yoldaşından az həyəcanlanmamış Klayd dedi:
– Gör kimi görürəm! Tom, sənsənmi? İşlərin necədir? Sən burada işləyirsən?
Bu dəqiqə Klayd kimi Reterer də, onları bir-birinə bağ-layan o ələmli sirri unudaraq əlavə etdi:
– Elədir, burada işləyirəm. Demək olar ki, bir ildir, bur-dayam. – Sonra o, dərhal Klaydın qolundan dartaraq, ona susmasını işarə etdi və bir az əvvəl Klayd içəri girərkən söh-bət etdiyi oğlanın bu danışığı eşitməməsi üçün tələsik dostu-nu kənara çəkdi.
– Şş… Yavaş! – deyə o, sözünə davam etdi. Mən bura-da öz familiyamla işləyirəm, lakin heç kəs mənim Kanzas-Sitidən olduğumu bilməməlidi, başa düşürsənmi? Hamı elə bilir ki, mən Klivlenddən gəlmişəm.
Reterer bir daha səmimiyyətlə Klaydın əlini sıxdı və dostunu başdan-ayağa gözdən keçirdi. Hələ də həyəcan ke-çirən Klayd dedi:
– Bəli, əlbəttə. Başa düşürəm belə yaxşıdır. Mən çox şa-dam ki, sən məni tanıdın.
Mənim adım isə indi Tenetdir. Harri Tenet, yadında saxla! – İndi onlar keçmişi xatırlayaraq sevinc içində gülüm-səyirdilər. Bu zaman Reterer Klaydın əynində evlərə mal da-şıyan xidmətçi paltarını gördü.
– Evlərə mal daşıyırsan? – deyə o soruşdu. – Çox məzə-lidir. Klayd – o furqon sürücüsü! İşə bir bax! Yox, bu məni lap birtəhər elədi. Nə üçün sən belə bir işdən yapışmısan? – Lakin o dərhal Klaydın üzünə baxıb, hazırkı vəziyyəti haq-qında bu söhbətin dostu üçün nə qədər ağır olduğunuanla-dı.
Klayd qısaca cavab verdi: “Mənim özümün bu işə ürə-yim yatmır”. Reterer əlavə etdi:
– Qulaq as, Klayd, biz görüşməli və hər barədə ətraflı danışmalıyıq. Sən harada işləyirsən? (Klayd öz adresini ver-di). Çox yaxşı. Mən saat altıda işdən azad oluram, sən işini qurtarandan sonra gələrəm yanına. İstəyirsən gəl belə edək… Yaxşısı budur Rendolf-Strit küçəsindəki “Enriçi” kafesində görüşək. Yaxşımı? Saat yeddidə gələ bilərsənmi? Mən saat altıda işdən azad oluram, istəsən saat yeddidə oraya gələ bi-lərəm.
Klayd razılıq işarəsi olaraq şad bir halda başını tərpət-di: o Retererə rast gəldiyi üçün böyük bir sevinc içində idi.
Sonra o, furqonun qozlasında oturaraq yenə malları da-şımağa başladı, lakin günün axırınadək yalnız axşamkı gö-rüşü düşündü. Saat altının yarısında o furqonu gətirib töv-lədə açdı, sonra şəhərin qərb hissəsindəki pansionlu, ucuz qiymətli mebelli otağına gəldi, istirahət günlərinə məxsus kostyumunu geyinib cəld “Enriçi” kafesinə doğru yönəldi. O, tində dayanıb bir dəqiqə gözləməli idi, Reterer gəlib çıxdı; çox şad və mehriban görünürdü və əvvəlkinə nisbətən daha yaxşı geyinmişdi.
– Bilsən səni gördüyüm üçün nə qədər şadam, dos-tum, – deyə Reterer sözə başladı. – Bilirsənmi, Kanzas-Si-tidən qaçdığım o gündən bəri bizim dəstədən rast gəldiyim ilk adam sənsən. Gör iş necə gətirdi. Bacın mənə kağız yaz-mışdı ki, heç kəs, nə Xiqbi nə Xeqland və nə də sənin barən-də heç bir şey bilmir. Sparserə isə bir il həbs kəsmişlər, eşit-misənmi? Çox pis əhvalatdır. Özü də qızı maşın altında qo-yub öldürdüyündən çox o biri məsələyə görə, – özgənin ma-şınını götürüb sürücü hüququ olmadan maşını sürdüyünə və polisin fitini eşidib maşını saxlamadığına görə ona belə bir cəza veriblər. Bilirsənmi, (burada Reterer çox mənalı bir halda səsini aşağı saldı), əgər ələ keçsəydik, bizim hamımı-zın başına belə bir iş gələcəkdi. Amma o vaxt mən yaman qorxuya düşmüşdüm. O saat oradan çıxıb getdim. Lap da-banıma tüpürüb qaçdım! – Reterer yenə də gülürdü, lakin bu dəfə o artıq bir qədər əsəbi bir gülüşlə gülürdü. – Yadın-dadırmı, biz Sparseri öz qızı ilə bərabər maşında qoyub qaç-dıq, çox pis əhvalat idi! Ancaq biz nə edə bilərdik? Gözümüz görə-görə özümüzü polisin çəngəlinə verə bilməzdik ki? Hə, o qızın adı nə idi?… yadıma düşdü, Lora Sayp. Sən elə tez aradan əkilmişdin ki, mən heç xəbər tutmadım. Sənin gəz-diyin o qız, Briqs də, çox tez yox olmuşdu. Yoxsa sən onu evlərinə ötürməyə getmişdin?
Klayd başını buladı.
– Yox, mən onu ötürmədim, – deyə o etiraf etdi.
– Bəs sən hara yox olmuşdun? – deyə Reterer soruş-du. Klayd izahat verdi. O, başına gələnlərin hamısını bütün təfsilatı ilə nağıl etdikdən sonra Reterer yenidən danışmağa başladı.
– Demək sən bilmirsən ki, həmən Qortenziya Briqs, o hadisədən sonra bir oğlana qoşulub Nyu-Yorka əkilmişdir? Luizanın dediyinə görə onun qoşulub qaçdığı oğlan tütün mağazasında satıcı vəzifəsində işləyirmiş. Qortenziya yola düşməmişdən əvvəl Luiza onu təzə xəz jaketində və başqa bəzək-düzək içərisində görmüşdür. (Klayd sanki bir ağrı duyaraq üz-gözünü turşutdu). Ancaq sən yaman axmaq idin. O qızın dalından əl çəkmirdin. O sənin haqqında heç düşünmürdü, ümumiyyətlə o heç kim haqqında düşünmür-dü. Sən isə, məncə ona, yaman bənd olmuşdun, elədirmi? – Reterer məzəli bir şəkildə üz-gözünü qırışdıraraq köhnə vər-dişi üzrə Klayda sataşıb, dirsəyilə onu dürtmələdi.
Sonra Reterer dostuna öz başına gələnləri danışdı. Onun başına gələnlər, Klaydın gördüklərindən fərqli ola-raq, macəralarla dolu deyildi; o keçirdiyi həyəcan və tale-yindən artıq, göstərdyi inad və cəsarətdən, öz səadət və ba-carığına bəslədiyi inam hissindən danışırdı. Nəhayət, Rete-rer indiki işini “çəngəlinə keçirmişdi”, çünki onun işlətdiyi ibarəyə görə, Çikaqo şəhərində həmişə bir şey ələ keçirmək mümkündür.
Beləliklə, o indi burada “quzu kimi sakit” yaşayır və heç kəs onu heç bir şeydə günahlandırıb məzəmmət edə bilməz.
Reterer dərhal izah etməyə başladı ki, indi bu saat “Yu-nion-Liq”də işləməyə yer yoxdur, lakin Klayd istəyirsə, o, klubun işlər müdiri mister Xeyli ilə danışa bilər, bəlkə mister Xeyli harada boş yer olduğunu öyrənə bildi, o zaman Klayd daha yaxşı bir yer tapıb işə düzələ bilər.
– Özü də bu qədər məyus olmaq lazım deyil.
Reterer söhbətin axırında Klayda ürək-dirək verdi.
– Bundan heç bir şey çıxmaz.
Klaydı ruhlandıran bu söhbətdən sonra, Klayd hələ öz qulluğundan çıxıb əsl familiyası ilə buradakı otellərin birin-də işə girmək barəsində fikirləşərkən “Yunion Liq” klubun-da işləyən xidmətçilərdən biri ona evə kiçik bir məktub gətirdi. Məktubda yazılmışdı: “Sabah səhər “Böyük Şimal” otelinə gedib, orada mister Laytol ilə danışarsan. Orada boş yer var. Hərçənd ki, çox da yaxşı bir yer deyil, amma sonra daha yaxşı bir yer tapmaq asan olacaqdır”.
Klayd məktubu oxuyan kimi telefon edib öz rəisinə xə-bər verdi ki, xəstələnmişdir,