Эротические рассказы

Hekayələr. Ömər SeyfəddinЧитать онлайн книгу.

Hekayələr - Ömər Seyfəddin


Скачать книгу
vığğ… – deyə bir səda gəlmədimi?!

      – Bu nədir? – dedim. Arvadım tövrünü pozmadan təbii bir şey söyləyirmiş kimi:

      – Uşaq! – dedi, – bu gün doğdum…

      Gözlərim bərələ qaldı. Mən hələ bir alman qadınının nə olduğunu tam anlaya bilməmişdim.

      – Nə deyirsən? – deyə hayqırdım. – Mamaçanı hardan tapdın?

      – Onsuz doğdum, – dedi, – mamaça həkim deməkdir. Mən xəstəyəmmi? Mamaçaya nə lüzum var?

      – Nə vaxt doğdun? – deyə təkrar qışqırdım. Arvadım halını pozmadan cavab verdi:

      – Sənin yeməyini vağzala aparıb geri dönərkən ağrı duydum. Evə gəldim. Döşəməni silirdim. Ağrım artdı. Hamamda, camaşır ləyənini hazırladım. Doğdum. Çağamı çimizdirdim, bələdim, yatırtdım. Özüm də çimdim. Sonra yeməyi hazırladım. Gəzmək üçün gəldim, səni qarşıladım. İndi gəlincə beş dəqiqəliyə əmizdirdim…

      Yerimdən dik qalxdım. Otağa doğru, bu öz-özünə doğulan körpəmi görməyə can atırdım. Məni tutdu:

      – Otur, rica edirəm. Yeməyin intizamını pozma. Bitirəndə gedib görərsən… – dedi.

      Yeməkdən sonra kiçik bir səbətin içində yatırdılmış övladımı gördüm. Açıq-mavi gözləri eynilə anasınınkına bənzəyirdi. İndi altıaylıqdır. Hələlik artıq xərc eləmirik. Arvadım dörd-beş yaşına çatmadan bir uşağın heç bir məsrəfə ehtiyacı olmadığını deyir… Bir həftə keçmədən uşağın da uyuması, ağlaması, yeməsi nizam-intizama daxil edildi…

      Oh, əzizim, nə tez… Tarabyaya gəlib çatdıq. Mən burada düşürəm. Verin əlinizi sıxım. İndi anladınızmı, mən nə səbəbə doxsan beş kilo oldum. Alman qadını… Alman həyatı… İntizamla istirahət! Budur səadətin sirri! Allaha əmanət! Hər bazar ayaqyalın Çamlıca təpəsinə çıxarıq. Siz də gəlin, orada görüşərik.

      – Madama məndən ehtiramlar! – dedim.

      Əlimi sıxıb qalxdı, cəld yeridi. Dəniz körpüsündən enib digər yolçuların arasında gözdən itincəyə qədər arxasınca baxdım. Vapur körpüdən ayrıldı. Köksümdən əsəbi bir ağırlığın yüksəldiyini, nəfəs aldırmayacaq kimi boğazıma tıxandığını duyurdum.

      Görünməz bir kabusun önündən qaçar kimi gözlərimi ovuşdurdum. Üzərində təmiz qağayıların uçuşduqları tünd Prussiya mavisi10 rəngində dənizə baxdım. Qarşı sahil bənövşəyi təpələri, bəyaz sahil zolağı, tünd-yaşıl ağaclıqlarıyla sanki əbədi bir həzz yuxusuna dalmış kimiydi. Fon Sədriştaynın istirahətindən, hər anına məntiqlə hesab qarışan səadətindən, camaşır yuyan, yemək bişirən, döşəmə silən, ayaqqabı boyayan eşqindən diksinirdim. Ta orada… Bu kiçik imarətdə israfçı, hesab bilməz, sarışın bənizli, incə, zərif bir qadınla borc içində, mənəvi, maddi iztirablar içində təbiətin uyuşuq sükutu qarşısında səssiz, xumar yaşamaq daha gözəl deyilmiydi?

      Açıq-mavi, əbədiyyətdən qopmuş canlı köpük parçaları halında, göyərtənin üzərindən sürü-sürü keçən qağayılar:

      – Bəli, bəli… – deyə hüznlü səsləriylə bağırışır, sanki mənim ruhumun məyus sualına göylərdən ilahi bir cavab verirdilər.

      FON SƏDRİŞTAYNIN OĞLU

– İyirmi beş il sonra –

      Qoca fon Sədriştayn bir həftədir binadakı mənzilindən bayıra çıxa bilməmişdi. "Qarınqululuğun qaçılmaz nəticəsi" olan podaqra sızıltıları onu geniş pəncərəyə söykədilmiş dərin kreslosunda ölümdən əvvəl işgəncə verilən, ümidsiz bir əsir əzabıyla qıvrıldırdı. Gecələrdən yuxu üzü görməyən qanlı gözləri yorğun bir baxışla Fındıqlının üstündən keçir, mavi Boğazı aşaraq uzaqlara, ta Çamlıca təpəsinə dikilib qalırdı. Hava bir gənc qız qəhqəhəsi qədər şəffafdı, safdı, aydınlıqdı. Şux mayın sabah günəşi bütün İstanbulu bəyaz altundan bir işıq tufanı içində parladırdı. Sonu görünməyən təyyarə uçuşları müqəddəs Kəbəni ziyarət edən şəffaf cənnət quşları kimi Çamlıca təpəsinin üstündə dönür, dolaşırdı. Bu gün İstanbulun, yalnız İstanbulun deyil, bütün Türkiyənin milli bayramıydı! Fon Sədriştayn gözlərini şəffaf quşlardan çəkdi. Üsküdar körpüsünə baxdı. Avtomobillər, tramvaylar, alaylar bir qarışqa seli halında axır; asma qüllələrdə, parıltılı tanklarda böyük bayraqlar yellənirdi. Limanın sahilləri, ən böyük vapurlardan ən kiçik qayıqlara qədər nə varsa hamısı bəzədilmişdi. Millət gənc dahisinin doğulduğu günü qeyd edirdi! Fon Sədriştayn, gözlərindən ruhuna dolan şirin, aydın bir sevincin əsəblərinə süzüldüyünü, yavaş-yavaş bütün vücuduna yayıldığını hiss edirdi. Ayaqlarının ağrılarını bir an unutdu. Gülümsədi. Titrəyən barmaqlarıyla dən düşmüş çal saqqalını sığallarkən qəlbində indiyə qədər heç fərqinə varmadığı, incə bir həyəcanın sürətlə gücləndiyini duydu. Dikəlib təkrar bayıra baxdı. Hər yer, hətta Dolmabağça sarayı belə başdan-aşağı dəfnə budaqları ilə bəzədilmiş, tanklarla əhatələnmişdi. Ayazpaşadan Kabataşa enən dik ana yoxuş iynə atılsa yerə düşməyəcək dərəcədə qələbəlikdi. Orkestrlərin, marşların, şərqilərin əks-sədaları yüksəlir, ruzigar cərəyanı kimi pəncərədən evə dolurdu. Bütün İstanbul sevincdən aşıb-daşır, qabına sığmırdı. Fon Sədriştayn qeyri-ixtiyari:

      – Lida! – deyə arvadına səsləndi. Üç otaqdan ibarət olan bu balaca mənzil bir ovuc qədər dardı. Mətbəxdən arvadı soruşdu:

      – Nə var?

      – Cəld geyin, rica edirəm.

      – Nə olub?

      – Gəzməyə çıxırıq.

      Qapıdan madam Sədriştayn göründü. Qalın gözlükləri altında iri mavi gözləri süzülürdü. Altmışı haqlamış kök, yaşlı qadın təsiri bağışlayırdı. Halbuki bu zavallı qadıncığaz hələ qırx beşində belə deyildi. İyirmi beş il mütəmadi, ağır, nəhayətsiz bir qənaət səbriylə dişi-dırnağı ilə artıraraq quruş-quruş yığdığı sərvətin dünyada valideyn üçün ən sevimli bir vücud tərəfindən oğurlanması onu birdən-birə çökdürmüş, bir neçə ayın içində saçlarını ağartmışdı. Qocalığa görə təminat təqaüdündən məhrum xəstə bir ərlə tək-tənha, ümidsiz qalınca yenə cəsarəti qırılmamışdı. Şimen-difer şirkətindən aldıqları təqaüd maaşıyla intizam, qənaət içində yenə soyuqqanlılıqla, rahat-rahat yaşayırdılar.

      – Bayırda nə edəcəyik? Bir işimizmi var?

      – Yox.

      – Eh?..

      – Orxan bəyin doğulduğu gündür də…

      – Orxan bəy kimdi?

      – Bilmirsənmi?

      – Xeyr.

      – Çox pis!

      Madam Sədriştayn otuz ilə yaxındır əri türk olduğu, Türkiyədə yaşadığı halda bu məmləkətin heç bir şeyini bilmirdi.

      – Kimdir bu?

      – Bizim milli şairimiz! Gənc dahimiz!..

      – Nə


Скачать книгу

<p>10</p>

Prussiya mavisi – qarayaçalan mavi rəng; tünd-göy

Яндекс.Метрика