Ögedey. Əkbər N. NəcəfЧитать онлайн книгу.
olan İdil-Bolqar xanlığı eyni zamanda Orta Asiya, Şimali və Şərqi Avropa bölgələri arasında ən böyük ticarət mərkəzi idi. Monqollar İdil-Bolqarın paytaxtı Bolqar şəhərini hədəf seçmişdilər. Bunda məqsəd Orta Asiya, Rusiya, Dəşti-Qıpçaq və Avropa ölkələri arasındakı ticari-strateji bağı qoparmaq idi.
1236-cı ilin payızında İdil-Bolqar xanlığı monqolların əlinə keçdi. Bolqar şəhəri30 isə xarabazara çevrildi. İşğal edilən ərazilərin əhalisinin bir hissəsi monqol hakimiyyətini qəbul edərək indiki tatarların formalaşmasında mühüm rol oynadılar. Qalanları isə qaçıb canlarını qurtardılar. Onların çoxu rus knyazlıqlarına sığınaraq Rusiyanın mələzləşmə31 (metisləşmə) prosesinə səbəb oldular.
Eyni tarixdə Məngü ilə Arıq-Boğa isə Volqanın cənubunda yerləşən türk tayfalarını məğlub etdilər. Qıpçaqlar ilə müharibədə monqollar bir o qədər də çətinlik çəkmədilər. Qıpçaqların xaqanı Baçman canını birtəhər qurtarıb Volqa çayında bir adaya qaçdı. Lakin monqollar bu çayı da rahatca keçərək həmin adanı tutdular. Məngünün əmri ilə Baçman öldürüldü. Bundan sonra qıpçaqların bir hissəsi qərbə, digərləri isə Azərbaycana, Gürcüstana, oradan da Suriya və Misirə qaçdılar. Ancaq onu da vurğulamaq lazımdır ki, qıpçaqların əsas hissəsi monqol hakimiyyətini qəbul elədilər, bununla da sonrakı dövrdə monqolların türkləşməsinə səbəb oldular. Belə ki, 1240-cı ildə Batı xan Qızıl Orda dövlətinin əsasını qoymuş, lakin həmin dövlət daha çox «Qıpçaq xanlığı» adlandırılmağa başlanmışdı.
1237-ci ilin dekabr ayında Subutayın planı üzrə hərəkət edən monqol ordusu buz bağlamış Volqa çayını keçərək rus knyazlıqlarına məxsus torpaqlara soxuldular. Həmin dövrdə rus knyazlıqları arasında ən güclüsü Suzdal ilə Kiyev hesab edilirdi. Suzdalın başında knyaz Yuri, Kiyevin başında isə knyaz Mixail dayanırdı. Monqolların planı iki knyazlıq arasında mövqe tutaraq Suzdal ilə Novqorodu, Kiyev ilə Çerniqovu bir-birindən ayırmaq idi. Bunun üçün isə slavyanlara qabaqcadan yaxşıca dərs vermək lazım idi. Odur ki ilk hədəf olaraq Ryazan knyazlığı seçildi. Monqollar bu knyazlığa təklif göndərdilər ki, onların hakimiyyətini qəbul etsin və ildə ümumi gəlirin 10 faizi həcmində vergi ödəsin. Lakin Ryazan knyazı nəinki bu təklifi qəbul etmədi, üstəlik, monqollara olduqca kobud cavab verdi. Bu isə sözün həqiqi mənasında fəlakətlə nəticələndi. Monqollar təhqiramiz davranışına görə knyazı çox ağır cəzalandırdılar. Dekabrın 21-də knyazlığın mərkəzi mühasirəyə alındı. Monqollar şəhər ətrafındakı meşələri kəsib tonlarla odun yığdılar. Sonra çinli və müsəlman mühəndislərin hazırladığı mancanaqlarla32 beş gün boyunca şəhər divarlarına zərbə endirməyə başladılar. Nəhayət, mühasirənin beşinci günü şəhərə soxulmağı bacaran monqollar nəinki insanları, itlər daxil olmaqla şəhərdəki bütün canlıları qılıncdan keçirdilər. Üstəlik, canlarını qurtaranları təqib etmədilər ki, onlar şəhərdə şahid olduqları vəhşəti başqa yerlərdə danışsınlar, beləliklə, digər knyazlıqlar da baş verənlərdən məlumat tutub dərs çıxarsınlar, qorxuya düşsünlər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.