Bir sevgi tarixçəsi. Erik SiqalЧитать онлайн книгу.
məxsus deyil, – qızın səhvini düzəltdim. – Mənim babamın böyük babası onu çoxdan Harvarda bağışlayıb…
– …ki, uzun illər sonra onun nəvəsinin kiçik nəvəsini həmin universitetə bəh-bəhlə qəbul etsinlər.
Bu yerdə artıq mənim səbrim tükəndi, o, bütün sədləri aşmışdı!
– Cenni, əgər sən mənim ağılsız, daxilimin boş olduğuna belə əminsənsə, nə üçün məni özünə qəhvə almağa məcbur edirdin, dalıma düşüb buraya gəlirdin?
O, düz gözlərimin içinə baxıb güldü:
– Çünki zahirin xoşuma gəlib.
Qalib gəlmək üçün uduzmağı da bacarmaq lazımdır. Burada heç bir ziddiyyət yoxdur. Məğlubiyyəti qələbəyə çevirmək bacarığı əsl Harvard tələbələrini başqalarından fərqləndirən mühüm keyfiyyətdir.
«Çox ağır qələbə oldu, Barrett. Amma siz fısqırıq oynadınız!»
«Çox şadam ki, uşaqlar, axırda istədiyinizə nail ola bildiniz. Sizə bu qələbə hava-su kimi lazım idi!»
Azarkeşlərdən dəfələrlə eşitdiyim bu sözləri xatırlaya-xatırlaya düşünürdüm ki, əlbəttə, tam və qəti qələbə yaxşı şeydir. Bununla belə, son anda vurulmuş qolla oyunu udmaq şansı varsa, mən ikincisini seçərdim. Odur ki Cennini evə ötürəndə bu özündənrazı Redkliff gözəlçəsi üzərində axırıncı zərbə ilə qələbə çalmaq ümidimi itirməmişdim.
– Bura bax, Redkliff gözəlçəsi, cümə günü axşam Dartmutda hokkey oyunu olacaq.
– Nə olsun?
– O olsun ki, istəyirəm, sən də gələsən.
Cenninin cavabı Redkliff qızlarının idmana münasibətini tam dolğunluğu ilə əks etdirirdi:
– Niyə avara bir oyuna görə durub buradan Dartmuta yol ölçməliyəm?
Guya saymazyana dedim:
– Çünki mən oynayacağam.
Araya sükut çökdü. Nəfəsimi qısıb cavab gözləyirdim. Mənə elə gəlirdi ki, yerə düşən qarın da səsini eşidirəm.
– Hansı komandada? – nəhayət, Cenni dilləndi.
2
IV Oliver Barrett
İpsviç, Massaçusets ştatı.
Yaşı – 20.
İxtisası – ictimai elmlər.
Dekan siyahısı8: 1961, 1962, 1963-cü illər.
«Sarmaşıq Liqası»9 çempionatının qalibi: 1962, 1963-cü illər.
Gələcək peşəsi – hüquqşünas.
Sonuncu kurs tələbəsidir.
Ekseterdə Filips Akademiyasının10 məzunudur.
Boyu – 5 fut 11 düym11.
Çəkisi – 185 funt12.
Əlbəttə, Cenni artıq mənim haqqımda bu məlumatları proqramdan oxuyub. Vik Kleman, bizim menecer onun pulsuz paylanan proqramlardan birini götürdüyünü öz gözləri ilə görüb. Üç dəfə soruşmuşam.
– Sən Allah, Barrett, nədir, olmaya, ilk dəfədir görüşə qız çağırırsan?
– Yum ağzını, Vik, yoxsa dişlərini döşəmədən yığmalı olacaqsan.
Biz oyundan qabaq əzələlərimizi açmaq üçün buz üstünə çıxanda mən nəinki Cenniyə əl etmədim, heç o oturan tərəfə də baxmadım (gör necə pis oğlanam!). Bununla belə, əmin idim ki, Cenni gözaltı onu izlədiyimi düşünür. Birləşmiş Ştatların himni səslənəndə eynəyini bayrağa sonsuz məhəbbət əlaməti olaraq çıxarmamışdı ki?!.
İkinci hissənin ortalarına kimi hesab açılmasa da, artıq biz Dartmutu üstələyirdik. Devi Constonla mənim rəqib qapısının torunu deşməyimizə az qalırdı. Bunu hiss edən «Yaşıl əclaflar» kobud oynamağa başladılar. Yəqin, biz hesabı açmamış onlar bir-ikimizin qabırğasını sındırmaq istəyirdilər. Artıq qan iyi hiss edən tamaşaçılar vəcdə gəlmişdilər, bar-bar bağırırdılar. Hokkey oyununda «qan» deyəndə, həqiqətən, buz üstündə qan, yaxud, heç olmasa, qol nəzərdə tutulur. Azarkeşlərin tələbinə həmişə hörmətlə yanaşan bir oyunçu kimi mən həmişə çalışmışam ki, onların nə qan, nə qol arzularını gözlərində qoyum.
Dartmutun mərkəz hücumçusu Ol Reddinq bizim göy müdafiə xəttimizə yaxınlaşanda mən onun qarşısına çıxdım. Biz az qala əlbəyaxa olduq, mən güclü çıxıb şaybanı aldım və əks-hücuma keçdim. Azarkeşlər boğazlarını cırırdılar. Sol tərəfimdə Devi Constonu görürdüm, amma işi özüm axıra çatdırmaq istəyirdim. Rəqibin yastı-yapalaq, bir az da qorxaq qapıçısının gözünün odunu hələ o, Deerfild komandasında oynayanda almışdım. Amma məni haqlamış iki dartmutlu müdafiəçini caşdırmaq, zərbə anında şaybanı itirməmək üçün qapının arxasına keçib dövrə vurmalı oldum. Onlar fəndimi anladılar və üçümüz də qapı arxasında bir-birimizə qarışdıq. Adətən, belə vəziyyətdə mən rəqib formasında kimi görsəm, vururam. Şayba ayaqlarımızın arasında ilişib qalmışdı, bizsə oyunu yaddan çıxarıb var qüvvəmizlə bir-birimizə yumruq atırdıq.
Qəfildən hakimin fiti eşidildi.
– Sən! İki dəqiqə cərimə!
Başımı qaldıranda hakimin mənə tuşlanmış barmağını gördüm. Mən niyə? Hansı qaydanı pozdum ki?
– Bəsdir, hakim, mən axı nə elədim?
Amma hakim dialoqun davamına azacıq da olsa həvəs göstərmədi. Üzünü oyuna nəzarət edən rəsmi nümayəndələrin əyləşdiyi masaya tərəf çevirib: «Yeddi nömrəli oyunçu, iki dəqiqə», – deyə qərarını təsdiqlədi.
Mən etiraz etdim, hərçənd bu heç nəyi dəyişmirdi. Azarkeşlər istəyirlər ki, sevdikləri oyunçular ən kobud qayda pozuntusuna yol verdikləri hallarda belə cəza qərarına öz etirazlarını bildirsinlər, mən də onlar xoşladıqları kimi etdim. Hakim əlini yellədi və mən birtəhər hirsimi boğub könülsüz-könülsüz cərimə skamyasına tərəf getdim. Qapını açmadan bortun üstündən aşdım. Konkilərimin ülgücləri taxta döşəməni xırçıldatdı, ardınca diktorun əsəblərimi bir az da cırmaqlayan səsi eşidildi:
– Cərimə. Harvad komandasından Barrett. İki dəqiqə.
Tribunalar hakimi fitə basdı. Harvard tələbələrindən bəziləri onun görmə qabiliyyəti, şərəf və ləyaqəti ilə bağlı dərin şübhələrini qışqırıqla ifadə etdilər. Mənsə oturub nəfəsimi dərməyə, nə yuxarıya, nə aşağıya – bu dəqiqələrdə dartmutluların sayca bizdən üstün olduqları buz meydançasına baxmamağa çalışırdım.
– Dostların orda, meydançada çarpışırlar, bəs sən niyə burda oturmusan?
Cenninin səsi idi.
Ona cavab verməkdənsə, komanda yoldaşlarımı ruhlandırmağa
8
9
«
10
Ekseter şəhərində (Nyu-Hempşir ştatı, ABŞ) tam orta təhsil verən qədim, nüfuzlu özəl məktəb
11
12