Эротические рассказы

Keçmişdən gələn səslər. Болеслав ПрусЧитать онлайн книгу.

Keçmişdən gələn səslər - Болеслав Прус


Скачать книгу
axtarmağa başladım.

      –Bəs, eyni zamanda, bu yerin başqasına çatacağı yuxunuza girməyib ki? – mürəbbiyə istehzalı təbəssümlə soruşdu.

      – Bitirməyə imkan verin… Beləliklə, deməli, pan Saturninə yuxu gördüyümə görə bu gün-sabah köçüb gedəcəyimi dedim, o isə – sizin kimi, az inamlıdır, məni lağa qoydu: “Yuxu aldada bilər, doğruluq üçün sizə fal açılmasın?” Mən isə ona belə dedim: “Gülün, gülün, mən isə həqiqətən fal açacağam…” Bir qarıdan xahiş etdim: o, üç dəfə dalbadal kart açdı və hamısı bir çıxdı: sarışından xoş xəbər gözləməli və qaraşından ehtiyatlanmalı…

      – Ağbəniz kimdir ki?

      – Hörmətli ksöndz belibağlı quşu kimi çaldır…

      – Bəs qarabuğdayı? – deyə panna Valentinə gülməyini dayandırmadan öcəşdi

      – Aydındır ki, sizin yaramaz anbardar – deyə xala cavab verdi.

      – O?… Qarabuğdayı?.. O daha çox şabalıdı saçlıdır!

      Xala başını silkələdi.

      – Oy-oy! Siz pan Saturninin tayısınız, sanki bir-biriniz üçün yaranmısınız!

      – O necədir? –deyə mürəbbiyə qızararaq, soruşdu.

      – Sağ-salamatdır və pis yaşamır. Hey sizi xatırlayır.

      – O?.. Məni?.. – deyə pani Valentina çiyinlərini çəkərək, səsləndi.

      Xala səsini endirdi:

      – E, belə iddiasız olmayın! O, gəncdir, xoşagələndir, artıq dörd yüz manat maaş alır… Hələ hamı ona necə hörmət eləyir! Axı o, sadəcə, dahidir! Filosof kimi ağıllıdır və üstəlik də əla rəqs edir… Bir dəfə mən onunla vals oynayanda…

      – Siz hələ də rəqs edirsiniz?

      – Mən? – deyə xala barmağını sinəsinə döyərək, soruşdu. – Mənim heç qırx yaşım da yoxdur, məni illər deyil, iş qocaldıb… Bax, hansısa hörmətli ksöndzün yanında yaşasaydım…

      – Necə bəyəm, pan Saturnin əvvəlki kimi çox oxuyurmu? – deyə mürəbbiyə onun sözünü kəsdi.

      – Kitabları bütöv arabalarla udur, inanırsınızmı, pani? Tez-tez çay içmək və ucadan mütaliə etməkdən ötrü yanıma gəlir, hələ necə, tutulmadan, ifadə ilə oxuyur! Ona tez-tez deyirəm: “Dincələydiniz – axı artıq xırıldayırsınız!” O isə: “Razı olardım (bu yerdə həmişə ucadan ah çəkir) , ancaq…məni əvəz etməyə heç kəs yoxdur, panna Valentina da yoxdur…”

      – Ah, əl çəkin! Komplimentlərə, üstəlik də yerindəcə quraşdırılanlarına dözə bilmirəm! – deyə mürəbbiyə hiddətləndi.

      Xala incik şəkildə ona baxdı.

      – Vicdanım haqqı, – o, sinəsinə döydü, – heç nə quraşdırmıram! Hər dəfə mənimlə rastlaşanda sizin barənizdə soruşur…

      – Yəqin mənim heç də gözəl olmadığımı unudub…

      – Gözəllik nəyinizə gərəkdir?.. O sizin ağlınız qarşısında diz çökür! Dinləyin, sizə daha nə deyəcəyəm: bir dəfə öz xatirələri ilə mənim lap zəhləmi tökəndə ona birbaşa dedim: “Onunla evlənəydiniz və iş bitəydi, yoxsa boş sözlərinizlə qulaqlarımızı aparmısınız”. O isə cavabında: “Məgər o mənə gələr?” Sifəti elə yazıq oldu ki, inanırsız, pani, az qala, ağlayacaqdım. Bu yerdə sanki ayıldım: indi sizinkilərə baxdığım kimi onun gözlərinə baxdım, çiyninə vurdum və dedim: “Əzizim, siz öncədən duymaya inanmasanız da, sözlərimi xatırlayın: mən hələ hansısa hörmətli ksöndzün yanında yeri gözləyib ona çatacağam, siz isə onunla evlənəcəksiniz…” Ona elə belə də dedim, əzizim…

      – Bəs o? – deyə panna Valentina soruşdu.

      – O?.. Onun eynilə indi sizdə olan sifəti vardı…

      Panna Valentina masa arxasından sıçradı.

      – Görürəm, yalnız ksöndzün yanına yerləşmək və adamlara elçilik etmək barəsində fikirləşirsiniz…

      Xala mürəbbiyəni qucaqladı və onun aşağı dikilmiş gözlərinə baxaraq soruşdu:

      – Məgər pis elçilik edirəm?.. Məgər əlim yüngül deyil?.. Siz hiyləgərsiniz, panna Valentina!

      Bu anda xalaya atların verildiyini və şeylərinin artıq bağlandığını bildirdilər.

      – Bəs cənablar hanı? – deyə xala soruşdu. – Onları görmək və təşəkkür etmək istərdim…

      – Cənab pan yatır, pani isə nasazdır, – lakey belə cavab verdi.

      Belə saymazlıq kasıb qohumu dərindən incitdi. Onun dodaqları əsdi.

      – Deyiləcək kimi deyil, doğmalar sizi yaxşı qəbul edir… – deyə panna Valentina qeyd etdi.

      – E, mən onlardan incimirəm! Onlar ağalardır, mən isə adi dərziyəm. Indi öz işlərilərində qanları qaradır, başqalarına kömək etməyə nə vaxtları, nə də vəsaitləri var, o hayda deyillər!

      O, qumaş kimi qırmızı panna Valentinanı öpdü və arxa qapıdan həyətə keçərək, arabaya istiqamətləndi.

      Birdən küncdən Anelka onun qarşısına sıçradı və onun əlindən yapışaraq, pıçıldamaqla, isti-isti öpdü:

      –Xala, mən sizi həmişə sevəcəyəm!..

      Gözlənilməzlikdən yana xala göz yaşlarına boğuldu.

      – Allah sənə xeyir-dua versin, bala! – dedi. –Sən əsl mələksən!..

      Ancaq qız onu görmələrindən qorxaraq, artıq qaçıb getmişdi.

      Həmin axşam panna Valentina sərçələrə ikiqat çörək payı doğradı. Yaxınlıqda heç kəsin olmadığına əmin olaraq, pəncərə altlığına dirsəkləndi və qüsurla oxudu:

      Ey çiçəklərim, sevgidən necə

      Əzab çəkdiyimi ona danışın.

      Bu, elmli qarımış qızı pan Saturninə elçilik edənəmi aid idi? Eləcə naməlum qaldı.

      Sevən qəlbin izharından daha çox öskürməni xatırladan oxuma ətrafdakıların əhval-ruhiyyəsi ilə heyrətləndirici dərəcədə həmahəng deyildi. Əvvəllər belə şən ev sahibi kədərli idi; ev adamlarından ən həyat eşqlisi Anelka da qəmlənirdi: əvəzində dodaqları indiyə kimi yalnız kəskin xəbərdarlıq və nəsihətlər üçün açılan qadın oxuyurdu. Bundan da dünyada sevincin heç vaxt ölmədiyi görünürdü. O bir ürəkdə sönərək, digərində parlayır.

      ALTINCI FƏSİL

ŞMULUN MEYXANASI

      Bazar günü idi. Adətən, demək olar, adamsız olan yolun üzərində xeyli arabanın və kosteldən evə gedən mömin icma üzvlərinin qaldırdığı toz burulurdu. Zaman-zaman boz səmadan və yanğın tüstüsü kimi yuxarı qalxan ağımtıl dumandan başqa heç nəyi fərqləndirmək olmurdu. Toz külək tərəfindən kənara aparılanda isə yolda uzun araba və piyada sırası görünürdü. Bəzən yaşıl tarlaların fonunda ağ at sayrışırdı, ya da kiminsə plaxtası (əldə toxunma zolaqlı qalın qadın paltarı – tərc.) tünd-mixəyi


Скачать книгу
Яндекс.Метрика