Эротические рассказы

Keçmişdən gələn səslər. Болеслав ПрусЧитать онлайн книгу.

Keçmişdən gələn səslər - Болеслав Прус


Скачать книгу
toxunur və birilərinin dişlələri dugərlərinin çəpərlərinə girirdi. Sifətlərinə yarma torbaları asılmış atlar boyunlarını əyir və səbrsizliklə dodaqlarını tərpədir, yemə toxunmağa və aclıqlarını söndürməyə boşuna güc verirdilər. Bəxti daha çox gətirənlər sifətlərini qarşılarında dayanmış arabalara dürtür və özgə otunu həzzlə çeynəyirdilər. Tülək kürəkli bir kəhər axta at onlardan nümunə götürmək istədi və otun ətrilə yoldan çıxaraq, daim başını yanda dayanmış arabaya doğru döndərməyə çalışdı. Ancaq bu sol gözü çəp axta at ota deyil, incik bir atın sifətinə soxuldu və o, qulaqlarını yatıraraq, ciyilti ilə kişnədi və yazıq əlili dişlədi.

      Hamısının yekununda milçək topası ac və qıcıqlanmış atlara hücum etdi. Zəhlətökən həşəratlar onların göz qapaqlarına, sifətlərinə, burun deşiklərinə yapışır və bədbəxt qurbanlar daim səslərini əsdirir, dırnaqlarını torpağa çırpır və quyruqları ilə milçəkləri qovurdular və bu onlara çətin başa gəlirdi. Yalnız qocalıqdan gözlərinin altında dərin çökəklər yaranmış, ağır zəhmətdən isə böyürləri sürtülmüş və qabaq ayaqları qövsvari əyilmiş, hamıdan qabaqda bağlanmış axta at, sanki mürgüləyən kimi, farağat dayanmışdı. Bəlkə qocanın yuxusuna təmiz yulaf dolu axur, yaxud da, dayça olaraq, örüşün şirəli otunun üstü ilə azadlıqda qaçdığı və gənc dişi atlara mehribanlıq etdiyi və – təəssüf! – ahıl yaşında hər cür marağını itirdiyi xoşbəxt, tez uçub getmiş zaman gəlirdi.

      Dəhliz və meyxana adamla dolu idi. Bir neçə qız qapıdan baxaraq gülüşür və çöldə dayanmış oğlanlarla oynaşırdılar, oğlanlar isə onların əllərindən yapışır və meyxanadan, analarının sayıq gözlərindən uzağa çıxarmağa çalışırdılar. Sağda, sobanın yanında qadınlar skamyada yerləşmiş və ətrafda dayanmışdılar. Solda və giriş qapısının qarşısında uzun masaların arxasında skamyalarda kişilər əyləşmişdilər. Onların arasına isə qalanlarının dostcasına hiddətini doğuran yalnız bir qadın – sırtıq qışqırıqçı əsgər arvadı soxulmuşdu.

      Adamlar oturmağa yer olmayan otağın ortasında da basabas salmışdılar, sağ küncdə, baryerin arxasında isə bufet piştaxtası vardı. Burda polyak qız araq süzür, Şmulun arvadı isə qara, ancaq möhkəm sürtülmüş atlas paltarda kimdən nə qədər pul alınacağını hesablayırdı.

      Burda hər şey, əşyalar da, adamlar da özündə keçid mərhələsinin izini daşıyırdı. Burda bütünlüklə adətlərə və böyüklərin iradəsinə müti gənclərə və bununla yanaşı, yayılaraq, hansısa hörmətli sahibin düz burnuna tüstü buraxmaqla, bir quruşluq papiros çəkən gəncə də rast glmək olardı. Enli yanları olan saman şlyapalar arasında artıq kartuzlar 9qabağı günlüklü furajkalar – tərc.) da sayrışırdı. Yaşıl araq qədəhciyi ilə yanaşı, masaların üzərində şirin nalivka (meyvə şirəsindən hazırlanan spirtli içki – tərc.) və araq üçün hündür ayaqlı yonma qədəhlər də rast gəlirdi. Pivə çəlləkləri və araq butılkaları arasında çoxdan təmizlənməmiş samovar, üstündə isə burnu əzilmiş böyük çaydan durmuşdu.

      Kişilər enli qayışla qurşaqlanmış ənənəvi “sukman”da, ya da buynuz düyməli qurşaqsız uzun qaftanlarda, bəziləri isə hətta tünd göy mahuddan gödəkçə və şalvarda idilər. Qadınlar yaylıq, yaxud kiseyi ləçək, mis düyməli göy sukmanlar, ya da şəhər koftaları geymişdilər. Biri, qədimdəki kimi, indiyə qədər, kostyoldən çıxaraq, başmaqlarını əlində aparır, digərləri dərhal geyinir və evə qədər soyunmurdular.

      Bu basabasda nə müdirin paltosu, nə də təsərrüfat müdirinin burkası 9yapıncısı – tərc.) heç bir təəssürat doğurmurdu. Mülkədardan az danışırdılar, – daha çox voytdan (kəndxudadan – tərc.), soltıslardan (~kəndxudalardan – tərc), yaxud öz işlərindən danışırdılar. Bəzi yerlərdə sərxoşlar qarışdırılmış bərbad araqla gözlərindən sıxılmış göz yaşları ilə öpüşür, ya da kənd ağalarından kimsə dirsəklənərək, kirvəsinə oxuyurdu:

      Kaska sobanın arxasına, Matsek onun ardınca…

      Ən çox isə hamıdan ucadan eşidilirdi:

      – Sizin sağlığınıza, kirvə!

      – Allahla için!

      Meyxanadan kandara kəskin tənbəki, tər və araq buxarı qoxusu gəlirdi. Toz uçurdu. Şandakı arıların vızıltısını xatırladan səs-küydə zaman-zaman skamya və bufet piştaxtası arasındakı tüpürcəkli döşəmədə uzanmış şən sərxoşun qışqırığı seçilirdi:

      – Oy, da dana!

      Sobanın yanında əyləşmiş kənd qadınlarından biri onu bu, insan ləyaqəti üçün aşağılayıcı halda görərək, şəhərlisayaq geyinmiş qonşusuna dedi:

      – Belə ağnamaqdan ötrü kişi deyil, donuz olmaq lazımdır!

      – Kişilər ilk dəfə deyil ki, döşəmədə sürünürlər, – deyə hansısa boz kaftanlı qırmızıburun kəndli müdaxilə etdi.

      – Yox bir! Mənim Yuzikim heç bir halda etməzdi! – şəhərlisayağı geyinmiş qadın onun sözünü kəsdi.

      – Sizin Yuzik kimdir ki! – deyə qırmızısifət donquldandı və əlini yellədi. Sonra bulanıq gözlərini piştaxtaya zillədi.

      – Yox, gözləyin, kirvə, dinləyin, – qadın, görünür. “şəhərlilər”ə oxşamağa çalışaraq, dil boğaza qoymadı. –Mənim Yuzikim hələ məktəbdə oxuyanda bir dəfə evə gəlir, kandarda dayanan kimi, mən qablardan düz ona sarı atılıram. Qucaqlamaq istəyirəm, o isə, mənim qızılım, necə də məndən kənara sıçrayır! “Görmürsünüzmü, ana, əynimdə təmiz mundir var?” – “Görürəm, oğul” – “Ona görə də çirkli əllə ondan yapışmaq olmaz, yoxsa heç nəyə yaramayacaq!” Mən ona deyirəm: “Oğul, səni qucaqlaya bilməyimdən ötrü mundiri çıxar”. O isə: “Anacan, mənim köynəyim də yaxşıdır, onu çirkləndirərsiniz…”

      – Oh, belə bir şey toqquşdursaydı, mən özümkünə bildirərdim! Mundiri ona göstərərdim! Qanla yuyunardı! – deyə əlində qədəh olan qadın səsləndi.

      – Bəs siz nə etdiniz, kirvə? – digər, çəpgöz qadın maraqlandı.

      – Dinləyin, indi sizə danışaram. Deməli, Yuzikə deyirəm: “Yaxşı, oğul, indi yuyunaram”. O isə çiynindən asılmış çantasından gümüşü kağızdakı sabun çıxarır və mənə verir. Inanırsınızmı, bu sabunla yuyunanda məndən elə bir iy gəlirdi ki, hətta insanların qarşısında da ayıb idi…

      Qadınlar başlarını yelləyərək, dinləyirdilər və biri cavab verdi:

      – Görünür, oğlanı nahaq yerə məktəbə göndərmisən! Sənin Yuzikinin anasına söylədiyini bəzi pan uşağı, muzdura belə, həmişə deməz.

      – Düz olan doğrudur! Onları məktəbə göndərməyə dəyməz! – digər arvadlar da onu müdafiə etdilər.

      – Siz hələ durun, kirvə, dinləyin! – deyə nağılçı etiraz etdi. – Başqa oğlum olsaydı, onu göndərməzdim, ancaq Yuzik… Oho! Necə olmuşdusa, onunla plebaniyaya getmişdik və keşiş ona latınca yazılmış kitab verdi, – o, səhvsiz oxuyurdu və orda nəyin necə yazıldığının hamısını keşişə izah etdi. Ksöndz hətta heyrətləndi və dedi: “Əgər gənclik illərimdə


Скачать книгу
Яндекс.Метрика