Kopenhagen trilogiyası. Тове ДитлевсенЧитать онлайн книгу.
soyduğumuz şeyləri bölürük. Bəzən mağazalara gedib limitsiz şəkildə ayaqqabıları, paltarları geyinib yoxlayırıq. Ən baha şeyləri seçirik, sonra da nəzakətlə xahiş edirik ki, bunu hələlik qırağa qoysunlar, anamız gəlib götürəcək. Hələ qapıdan çıxmamış məmnun gülüşümüz eşidilir.
Bütün uzun dostluğumuz ərzində hər zaman özümü Ruta aşkar etməkdən çəkinmişəm. Qorxuram ki, birdən əslində kim olduğumu bilər. Onun əsl əks-sədası etmişəm özümü, çünki həm onu sevirəm, həm də ən güclü odur. Amma daxilimdə hələ də mən özüməm. Gələcək haqda bu küçədən kənarda xəyallarım var. Amma Rut məhrəmliklə bu küçəyə bağlıdır, o, bu küçədən başqa heç yerə getmək istəmir. Deyir məni heç nə buradan qopara bilməz. Mənə elə gəlir, özümü sanki bir qandanıq kimi aparmağımla ona xəyanət etmiş oluram. Hansısa sehrli bir tərəfdən özümü ona borclu hesab edirəm. Bu durum ürəyimi yüklü edir və bizim münasibətləri həyatımın sonrakı dövrlərindəki münasibətlərdə olduğu kimi rövnəqləndirir.
Dükan oğurluğuna qəfil son verilir. Bir dəfə Rut oğurladığı marmelad bankasının ağzını paltosunun içində açdı. Biz qarnımız cırılana kimi yedik. Daha yerimiz olmayanda qalan marmeladığ ağzına kimi dolu olduğu üçün bağlanmayan zibil yeşiklərindən birinə atdıq. Sonra biz hoppanıb qapağın üzərində oturduq. Qəfildən Rut dilləndi: Xeyir ola, niyə elə həmişə mən olmalıyam? Qəbul edən özü elə oğru qədər pis adamdır. Mən qorxu içində deyirəm: – “Hə, elədir. Amma yenə də…” Rut cavab verir ki, hərdən mən də bunu etməliyəm. – “Mən sənin tələbinin məntiqli olduğunu görürəm”, – ona təlaş içində gələn dəfə sınayacağıma söz verirəm. Amma hadisə yerinin çox uzaqda olmasına təkid etdim. Beləliklə Söndre Bulvarında kifayət qədər tərk edilmiş görünən bir süd məmulatları satan dükanı seçirəm. Rut ehtiyatla qapını açır, sivişib içəri girir. Arxasınca isə onun yəqin ki, yatmış olan vicdanının kölgəsi dürtülür. Dükan boşdur və qapıda arxa otağa baxan pəncərə yoxdur. Piştaxtanın üzərində içi 25 örelik şokolad çubuqları ilə dolu banka var. Həyəcandan və qorxudan rəngi ağarmış halda gözlərimi bankaya dikmişəm. Əlimi qaldırıram, amma görünməz qüvvələr onu geri çəkir. Ayaqlarıma kimi əsirəm. Tələs bir az, gözü arxa otaqda olan Rut deyir. Və “oğurlaya bilməyən” əl bankaya uzanır, şokolad topasından yapışır və bütün topanı piştaxtanın üzərinə dağıdır. “Axmaq” Rut fışıldayır və arxa otağın qapısının çırpılmağı ilə onun yox olmağı bir olur. Rəngi avazımış bir qadın tələsik özünü hadisə yerinə yetirir, məni yuxarı qalxmış əlində şokolad, duz sütunu kimi gördüyündə təəccüblənir. “Bunun mənası nədir?” – o deyir, – “Sən burada nə edirsən? Of, bax, banka sınıb.” Və o əyilib qırıqları yığır. Mən nə edəcəyimi bilmirəm, çünki hələ məni əhatə edən dünya darmadağın olmamışdı. Kaş orada, o dəqiqə dünya dağılardı. Yalnız nəhayətsiz utanc hiss edirdim. Həyəcan, macəra çıxıb getmişdi. Mən sadəcə olaraq suç üstündə tutulan adi bir oğru idim. “Heç olmasa üzr istəyə bilərdin,” – o, eynəyinin altından mənə baxıb dilləndi, – “Boyuna-buxununa bax, utanmırsan?”
Şenqhavevayın aşağısında dayanan Rut elə möhkəmdən, ürəkdən gülür ki, gözləri yaşarıb: – “Sən necə də axmaq adamsan!” – birtəhəry deyə bilir, – “O, nəsə dedi? Niyə oradan çıxmadın? Şokaladın hələ də var? Gəl gedək parka və bunu yeyək.” – “Doğrudan bunu yemək istəyirsən?” – mən inamsızlıqla soruşdum, – məncə biz bunu ağacın altına atmalıyıq. – “Sən dəlisən?”, – Rut soruşdu, – “Yaxşı şokoladı hara atırsan?” – “Amma Rut, biz bunu bir daha etməyəcəyik, eləmi?”
Bu dəmdə kiçik dostum məndən qorxudan sarımı udub-udmadığımı soruşdu. Parkda o, şokaladı düz gözümün önündə əli ilə ağzına dürtdü. Bu hadisədən sonra oğurlama təcrübəsi dayandı. Rut bunu tərk etməAk istəmirdi. Və anam hər dəfə məni bazarlığa göndərəndə mən zəruri olmayan səs-küylə mağazaya daxil oluram. Hələ bundan sonra da məmurun gəlməyi vaxt alırsa, mən gözlərim tavanda piştaxtadan uzaqda dayanıram. Amma qadın orada peyda olanda yanaqlarım yenə qızarır. Ümidsizliklə ciblərimi çölə çıxardıb göstərirəm ki, yəni onlar oğurlanmış şeylərlə dolu deyil. Bu epizod məni məcbur edir ki, özümü Rutun qarşısında günahkar hiss edim, eyni zamanda onunla dəyərli dostluğumuzun sona yetməsindən də nigaran idim. Beləliklə mən bizim qadağan edilmiş digər oyunlarımızda daha böyük cəsarət nümayiş etdirdim. Misal üçün Enqhavevaydakı asma körpünün altındakı dəmiryolu ilə gedən qatarın qarşısından ən son qaçan mən oluram. Elə olur lokomotivin küləyinin təzyiqi məni vurub yıxır, uzun müddət otla örtülü torpağın üzərində nəfəs almaq üçün ağzımı geniş açıb-yumaraq uzanıb qalıram. Amma nəticədə Rutdan mükafat olaraq eşitdiyim: “ Yaxşı, yaxşı!” sözləri nəyə desən dəyər.
VIII BÖLÜM
Payızdır və qəssabxananın önündəki lövhə nişanları külək cır-cır cırıldadır. Enqahavey küçəsindəki ağaclar yarpaqlarını demək olar ki, tamamilə itirib və tökülən yarpaqlar torpaq üzərində sarı, qırmızı-qəhvəyi xalı əmələ gətirib. Bu xalı günəş anamın saçları ilə oynayanda onun saçlarının rənginə bənzəyir. Qəfildən kəşf edirsən ki, anamın saçları sən demə tamamilə qara deyilmiş. İşsizlər donur, amma bununla belə əlləri ciblərində, damaqlarından tənbəki ayaqüstə dayanıblar. Küçə işıqları yenicə yandırılıb və aradabir ay bir-biri ilə ötüşən, dəyişkən buludların arasından boylanır. Hər zaman ay ilə küçə arasında hansısa mistik bir anlaşma olması düşüncəsində olmuşam. Bir yerdə qocalan işarələrlə bir-birini başa düşən, danışmağa ehtiyacı olmayan bacılar kimi. Biz Rutla alatoran küçə boyu gəzirik, tezliklə küçəni tərk etməliyik və tam qaranlıq düşmədən, gün sona çatmadan istəyirik nə isə baş versin. Qaskersvay küçəsinə yetişdiyimizdə – çox zaman buradan dönüb geri qayıdırıq- Rut dedi: – “Gəl belə aşağı gedək qəhbələrə baxaq. Yəqin ki, bir-ikisi artıq işə başlayıb”. Qəhbə bu işi pul müqabilində görəndir, mənim üçün onlar bu işi pulsuz görənlərdən daha anlaşılandır. Rut mənə bu haqda danışdı, bu sözün çirkin olduğunu düşündüyüm üçün kitabda tapdığım başqa bir sözlə – “Bir gecəlik xanım” – əvəz etdim. Bu birləşmə daha gözəl, daha romantik səslənir. Rut mənə belə şeylər haqqında hər şeyi danışır. Onun üçün böyüklərin heç bir sirri yoxdur. O, mənə həmçinin Şabi Hans və Rapunzel haqqında danışıb, mənsə bunu başa düşmürəm. Mənim üçün Şabi Hans çox yaşlı kişidir. Bundan əlavə, onun Gözəl Lilisi də var. Mənə maraqlıdır görəsən bir kişi eyni zamanda iki qadını sevə bilərmi? Mənim üçün böyüklərin dünyası çox sirlidir. Mənim üçün İstedqada küçəsi arxası üstə uzanan gözəl bir qadındır, onun saçları isə Enqahavey meydanına sərilib. Hər şeydən məhrum olanlarla tərbiyəli insanlar arasında sərhəd rolunu oynayan Qasverksvayi küçəsində onun ayaqları ayrılır və bir ayağı gözəl otellərə, bahalı dükanlara, o birisi isə daim ehtiyac və problemlər, dava-dalaş içində çabalayan insanlara tərəf yönəlir. Bunları məndən dörd yaş böyük olan və gecə saat 10-a kimi çöldə qalmasına icazə verilən Edvindən öyrənmişəm. O, öz “Danimarka gəncləri” köynəyində evə dönüb atamla siyasətdən danışarkən mən ona