Эротические рассказы

Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. АдорноЧитать онлайн книгу.

Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно


Скачать книгу
nə isə olsa yəhudilər əvvəlcədən bir tədbir görəcəklər. Qərar xüsusən azlıqlara aid olduqda tərbiyədən ibarət olur”.

      Görünür, mənəvi pozğunluğun bu tipi ənənəvi liberal müdrikliyin fondundakı ideyadan istifadə edir: özü-özünə kömək et, onda Allah da sənə kömək edəcək. Yəhudilər təhlükədədirlər və özləri öz qayğılarına qalmalıdırlar. Mədəni atmosferdə, müvəffəqiyyət bütün dəyərlərin əsas miqyası olduğu yerdə, yəhudilərin kritik vəziyyəti özləri onlara qarşı arqumentə çevrildi. Bunun PEC haqqında “kasıblara yazığı gəlmək olmaz” ideyasına yaxın olmasına əhəmiyyət verməmək olmaz.

      5044 bütün şkalalarda yuxarı göstəricilər nümayiş etdirib, 55 yaşı var, Avstraliyada doğulub və oğlan ekskursiya qrupunun rəhbəridir. Onun düşüncə tərzi buna yaxındır: yalnız yəhudilər, nə isə təşəbbüs etməlidirlər. Axı kiməsə deyil, onların özlərini ciddi çətinliklər hədələyir. Onlar başqalarının dabanlarına basmalıdır. Nə qədər ki, yəhudilər özünə olan münasibəti təhrik edirlər, onların məhvetməsinə yönəldilmiş milli sosialistlərin siyasəti ya bəraət qazanacaq ya da qarşı tərəfin bütün sübutlarına baxmayaraq, yəhudilərin özləri tərəfindən şişirdilmiş kimi nəzərdən keçiriləcək.

      Daha bir nümunə göstərək.

      M359 yuxarı bal yığmış dəri məmulatlarının fabriki emalatxanasının müdiri, “yəhudilər arasında çoxlu xeyirxah dostu” olanlardan biridir. E və PEC şkalalarında yuxarı, hərçənd F şkalasında nisbətən aşağı bal yığmasına baxmayaraq, müsahibədə o deyir:

      –Faşistlər tərəfindən yəhudilərə qarşı tədbirlər haqqında nə düşünürsünüz?

      –Məni bu ölçülərin yalnız yəhudilərə yönəldilməsinə inandırmaq mümkün deyil. Mənə belə hesab edirəm ki, bu yəhudilərin öz əzablarını şişirdərək, şəfqət doğurmaq və dəstəyi al maq üçün olan təbliğatıdır; hərçənd nasistlərin başqa xalqlarla bağlı siyasətini bəyənmirəm.

      Onun Fələstin haqqında saxta rasional fikirlərində millətçilərə olan yarım apologetik21 münasibəti ilə yanaşı mövcud olan bir qəddarlıq görünür. Zahirən o “yəhudilərə şans vermək” istəyir, ancaq eyni zamanda onların guya daimi olan pis meylliliyini göstərərək onların arxasında gələcəkdə müvəffəqiyyət hüquqlarını tanımır.

      – Problemin həlli nədir?

      – Onları Fələstinə göndərmək axmaqlıq olardı, çünki bu irrasionaldır. Yaxşı olardı ki, onların öz şəxsi ölkəsi olsun, ancaq kifayət qədər böyük olsun ki, bizneslə məşğul olmağa davam etmək mümkün olsun, lakin bu onlara xoşbəxtlik gətirməyəcək. Yəhudilər yalnız başqalarını özlərinə işləməyə məcbur edə biləndə xoşbəxt olurlar.

      Başqa cür Mən senzurasının buraxmadığı yəhudilərin hər şeydə günahkar özləri olmağı barədə izahatlar dağıdıcı arzuların rasional əsaslandırılması üçün cəlb edilir.

      Dindirilənlərdən bəziləri bu iddianı fakt kimi təqdim edirlər. Məsələn, 5012a, 21 yaşlı bütün şkalalarda yuxarı bal yığmış, hərbi dəniz donanmasının keçmiş unter-zabitidir. O belə deyir,

      “Onlarla ümumi heç nəyim yoxdur. Onlar qıcıqlanmaya səbəb olurlar, amma təhlükələr yaratmırlar. Onlar öz davranışları ilə layiq olduqlarını alacaqlar”.

      F103 (yuxarı bal yığanlar qrupuna aid olan və interyer üzrə memarlıq sferasına ictimai təminat sahəsində təhsil sferasından keçmiş) kisədən pişiyi buraxır:

      “Mən nasistləri yəhudilərlə rəftarlarına görə qınamıram. Bilirəm, bu qorxunc səslənir, amma əgər yəhudilər orada özlərini buradakı kimi aparırdılarsa, onda mən nasistləri ittiham etmirəm. Yəhudilər mənə pis heç nə etməyiblər, amma özlərini necə aparırlar. Heç vaxt yaxınlarına kömək etmirlər – bu onların əqidəsidir”.

      Burada həlak etmə arzusu və səmərəli-öyüd-nəsihət izahatı arasındakı əlaqə dəhşətli formalar alır. Dindirilən öz münasibətinin irrasionallığını vurğulasa da, onun fikrinə görə, bu ona yəhudilərin anadangəlmə qüsurluluğunu səmərələliləşdirməyə mane olmur. Onun yəhudilərlə ünsiyyətində mənfi təcrübəsinin olmamasını boynuna alması, bu antisemitin gözündə və elan edilən hökmlə müşahidə olunsa belə, antisemit ekstremizminin vacib aspektini – yəhudilərin “günahı” arasında fantastik nisbətsizliyi üzə çıxarır. Biz artıq qərəzli fərdlərin intiqam hissinin hansı rolu oynamasını qeyd etdik. İnsanlar tez-tez şikayət edirlər ki, heç vaxt layiq olduqlarını almırlar, hər kəs onları istismar edir. Aldanma hissi güclü olmaq və mənimsəmək kimi şiddətli arzuları ilə birləşir. Buna görə, nə vaxt ki, dindirilənlər yəhudilərlə bağlı “ədalət” haqqında fikir söyləyir, həqiqətdə onlar ekvivalentlərin mübadiləsinin gözlənilməz və irrasional güc əlaqələrinin əsasında bölgü ilə əvəz olunduğu həmin haqsızlıq barədə öz arzularını ifadə edirlər. Neqativ mənada bu, yəhudilərə qarşı çıxmaqdır: onların “layiq olduqlarından” daha sərt cəza almaları yaxşı olardı. Adətən hətta çox təcavüzkar fikirli insanın ağlına kiminsə pis davranışına görə və ya hətta yalana görə ölümə məhkum etmək gəlməz. Ancaq, görünür, əgər söhbət yəhudilərdən gedirsə, onda təkcə əsassız deyil, həm də sübuta malik olmayan əhəmiyyətsiz ittihamlardan ciddi cəzaya keçid əngəlsiz baş verir. Burada potensial faşist xarakterinin qorxunc xüsusiyyətlərindən biri görünür.

      Stereotipin məntiqi xüsusiyyəti – tərəfindən hər şeyin yekunlaşdırıldığı və heç bir kənara çıxma qəbul etməyən şəraitdir, o, təkcə qərəzli fikirləri olan şəxslər üçün müəyyən tələblərə şərait yaratmır, həmçinin psixi meylin bilavasitə ifadəsidir. Bütövlükdə, bunu, çox güman ki, daim bütün informasiyanı canına çəkmə və subyektin formulu altında gizlənməyən hər şeyə qarşı səbirli olmama kimi özünəməxsus tendensiyaya malik paranoyyanın və paranoik “sistemin” nəzəriyyəsi ilə əlaqədar anlamaq olar.

      Qərəzli fikirlərin hədsiz tendensiyalarına malik fərd can atdığı özünəməxsus mikroskopik formada totalitar dövlət olan “psixi totalitarlığa” meyllidir. Heç nə hərəkətsiz qala bilməz, hər şey öz donmuş və sabit qrupunda ideal-eqoya tabe edilmiş olmalıdır. Yadlar qrupu, yəni seçilmiş düşmən, əbədi çağırış təşkil edir. Nə qədər ki, nə isə qaydasında deyil, faşist xarakteri digərinin gücündən asılı olmayaraq, təhlükə hiss edir. Deyəsən, antisemit ideyaları ilə o qazanacağı paranoik sistemin parametrlərinə bütün dünyanı transformasiya etmədən rahat yata bilmir. Milli sosialistlər öz antisemit proqramının çərçivələrindən çox kənara çıxıblar. Bu “günahın” və “cəzanın” arasında tam uyğunsuzluğun mexanizmidir: ekstremist antisemit sadəcə dayana bilmir. Ona məxsus arxaik məntiqə arxalanaraq, o diskursiv nəticələrdən çox assosiativ keçidlərə meylli olur. Sonda o, sözün əsl mənasında “dözə bilmədiyi” insanları ölüm hökmünün bəyannaməsinə daxil edərək, nisbətən ehtiyatlı ittihamlardan ən vəhşi nəticələrə qədər çatır. Bu mexanizmə başqa tədqiqatlardakı müsahibənin materiallarında rast gəlinir, burada dindirilənlər tez-tez antisemitizm haqqında “danışığa daxil olurdular”. Müsahibəmizin sxemi bu fenomeni anlamaq üçün çox standart idi. Ancaq bəzi hallarda biz günahın və cəzanın arasında ekstremal


Скачать книгу

<p>21</p>

Üzr istəyən, peşman

Яндекс.Метрика