Эротические рассказы

Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. АдорноЧитать онлайн книгу.

Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно


Скачать книгу
fəsildə danışılan antisemit ekstremizminin strukturuna aid olan xülasə kimi tək aydın surətdə soyqırımın ideyasını tanıyan yeganə dindirilənin fikirlərini kifayət qədər ətraflı çatdıraq. 5006 —tələbə, həkim-stomatoloq, bütün şkalalarda yuxarı ballarla, müxbirin fikrincə, güclü inkişaf etmiş Edip kompleksi səbəbindən daltonizmlə və psixogen impotensiyadan əzab çəkir. Onun yəhudiləri kökünü kəsmək kimi qızğın arzusunun olmağı erkən uşaqlıqda aldığı ağır travmaların nəticəsi (axtalama qorxusunun təsəvvürləri səbəbindən) hesab edilir. Dərk edilməmiş zəiflik hissi, görünür, onun şişirdilmiş eyniləşdirməsini öz qrupu ilə müşayiət edir: o başqa heç nə bilmək istəmir, çox güman ona görə ki, bunu təhlükəli hesab edir.

      O – əsl amerikalıdır, onun babası bura dörd yaşında gəlib. Heç vaxt ölkə xaricində olmayıb və bir yerə getmək arzusunda deyil. Bir dəfə Tiksanada olub və “bu kifayətdir”: o, amerikalı olmağı ilə çox fəxr edir.

      Onun fikrincə, potensial güc azlıqların tipik əlamətidir: “Yəhudilərlə çətinliklər onların çox güclü olmasından irəli gəlir”. Onun fikrincə, Qrupların gücü, potensiyanın simvollarında, yəni, məhsuldarlıqda və sərvətdə ifadə edilir:

      “Əlbəttə, problem burada var. Qaradərililər elə sürətlə çoxalırlar ki, tezliklə bütün dünyanı məskun edəcəklər, yəhudilər isə bütün pullara sahib olacaqlar”.

      Öz antisemitizminin səbəbi haqqında o aşağıdakını deyir:

      “Məndə heç vaxt yəhudilərlə ünsiyyətin müsbət təcrübəsi olmayıb”. (Ancaq ikinci müsahibədə o bu fikri yumşaldır – o xatırladı ki, bir dəfə kollecdə “çox xoş yəhudilər” onu Katalinaya idmançı kimi öz şəxsi yaxtalarında aparmışdılar.) Onlar daim onu və onun ailəsini aldatmağa çalışırdılar, hər şeydə prinsipsizdirlər. O, öz anasının Miladına almaq istədiyi xəz palto haqqında tam olaraq, yaza bilmədiyimiz uzun bir əhvalat danışdı. Yəhudi-satıcı qəbzi yanlış oxumuş və qiyməti əsl dəyərindən 100 dollar aşağı demişdi. Onlar alışı rəsmiləşdirmişdilər, ancaq satıcı səhv etdiyini bildikdən sonra, paltonu götürməyi təkid etmişdi. O, məmnunluqla bildirdi: “Bu halda mən yəhudini tam olaraq yəhudi dilində aldatdım”.

      Onun o “yəhudi dilində” yəhudini aldatması hadisəni çıxmaqla, yəhudilərlə ünsiyyətinin mənfi təcrübəsinə istinadları kifayət qədər yayğındır və “hiylə” mövzusunun əks etdirmə xarakterinin sonrakı sübutudur. İstisna olan yaxta sahibini, zəngin yəhudi ilə hadisəni təşkil edir, o tələbənin onun sinfi şüurunun formalaşmasına səbəb olan antisemit baxışlarında qarışıqlığı sübut edir. Həmçinin milli sosialistlərə də özlərini, tərəfdarlarını və yəhudilərin ən varlı qruplarını onların (sonuncuların) Şərqdən kasıb mal-qara tacirlərinin və immiqrantların taleyini bölməli olmalarına inandırmaq üçün müəyyən vaxt tələb olunurdu. Fərdiyyətçilik prinsiplərini o özü aşağıdakı qaydada izah edir:

      “Onlara fərdlər kimi münasibət bəsləmək lazımdır, ancaq nəticədə hamısı eynidir”.

      Əlbəttə, “hər kəs yəhudini müəyyən edə bilər”. Özününkü və özgə qrupları arasında fərqlər demək olar ki, metafizik məna alırlar: bu dixotomiyanın yox olmasının təsəvvür edilən imkanı istisna edilir: “Mən yəhudi ola bilməzdim”.

      Günahın, cəzanın və onların nəticələrinin nisbəti probleminə o bərabəri olmayan qısa fikir tapır:

      “Mən düşünürəm ki, Hitlerin yəhudilərə etdiyi hər şey, tamamilə normal idi. Mənim rəqiblərlə çətinliklərim olanda mən tez-tez düşünürdüm: “bura Hitlerin əsl yeridir”. Xeyr, mən diskriminasiya olunmuş ölçülərin qanuniləşməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, bizim bu əclafları məhv etməli olacağımız vaxt gələcək”.

      H.

      ÖZ YERİNƏ OTURMAJA BURJUA

      Analiz bizi antisemitizm barəsində ekstremal nəticəyə gətirib çıxardı – yəhudilərin məhv edilməsi barədə açıq arzuya. Eqo ekstremist coşqun, təcavüzkar nümunəyə çevrilir. Biz bu nəticələrin seçilmiş qurbanın “günahı” və cəzası arasında mütləq nisbətsizliyi quraraq antisemitə məxsus irrasionallığı bitirdiyini görürük. Ancaq antisemitizm “Müdrik Natanda” Lessinq tərəfindən xülasə edilmiş köhnə düsturla tükənmir: “heç nə etməyin, yəhudi odla məhv ediləcək”. Yəhudi şəraitdən və onun xeyrinə danışılanlardan asılı olmayaraq hər bir halda odla məhv ediləcək. İrrasional və amansız zamanla məhdudlaşmayan hökm yəhudilərinə təqdim edilən az saylı stereotip ittihamlarının köməyi ilə dəstəklənir, çünki, onlar dərin irrasionaldır, ölüm hökmünün çıxarılması üçün bəraət pərdəsini yaradırlar. Yəhudilərin mahiyyəti hədsiz iyrənc, doğulandan korlanmış təsvir edilməsi səbəbindən heç nə dəyişə bilməyəcək və barışıqlar olmayacaq. Yəhudilərin neqativ xüsusiyyətləri nə qədər dəyişməz qalırsa, problemin yeganə “həlli” yolu da o qədər daha aydın olur: düzəlmək istəməyənlərin məhv edilməsi. Antisemit üçün guya təbii xarab olma sxemi onun nifrət etdiklərinə qarşı çox vaxt kifayət qədər zərərsiz olan və nəticələrlə əlaqəsi olmayan standart qınaqlardan daha əhəmiyyətlidir. Bu qınaqlar elə çox məşhur və elə geniş yayılıb ki, onların tezlik göstəricisinin və intensivliyinə aid əlavə sübutların gətirilməsi gərəksizdir, ancaq müsahibənin materialında üzə çıxan və bu fenomeni işıqlandıran bəzi aspektləri araşdırmağa dəyər.

      Sosioloji nöqteyi-nəzərdən qınaqların tədqiq edilməsi faydalı hesab edilir. Dindirilənlər qrupu24 əsasən orta sinfin nümayəndələrindən ibarət idi, San Kventin qrupu yeganə diqqətəlayiq istisna idi. Onun nümayəndələrinin Lümpen-proletariata mənsub olması, həmçinin onun özünəməxsus “rəsmi” mənəvi kodeksi olan həbsxanalardakı təcrübələri bu qrupun fəhlə sinfi ilə eyniləşdirməsi aspektində başqa qrupların dindirilənləri ilə müqayisə etməyə imkan vermir. Bizdə burada belə eyniləşdirmə bütövlükdə hətta işçilərin arasında belə çox tipik deyil. Dindirilənlərimizin orta sinfə məxsusluğunun ümumi xarakteri yəhudilərə qarşı əsas ittihamlara xüsusi rəng verdi. Əgər bizim antisemitizmin dərin əks etdirmə xarakteri haqqında əsas fərziyyəmiz düzgün olarsa, o vaxt sosial aspektdə yəhudiləri sosioloji nöqteyi-nəzərdən antiyəhudi fikirlərə malik müxtəlif qrupların sinfi eyniləşdirilməsi vaxtı baş verən zəif anlara aid xüsusiyyətlər üçün qınamaq lazımdır. Həqiqi proletar üçün yəhudi ilk növbədə burjuadır.

      Görünür, işçi yəhudilərin simasında hər şeydən əvvəl müraciət sferasından olan vasitəçini, kapitalist tendensiyalarının icraçısı görür. Onların fikrincə, yəhudi, – “maliyyə sferasını” təqdim edəndir.

      Orta sinfə aid olan antisemitlərdə bir qədər başqa təsəvvür yaranır. Müəyyən dərəcəyə qədər bu sinif öz iqtisadi mövcudluğu üçün yəhudilər kimi eyni təhdidə məruz qalır. Orta sinfin nümayəndələri öz statuslarının saxlanılması üçün müdafiə olunmağa məcburdurlar və var qüvvələr ilə mübarizə aparırlar. Buna görə onların mövqeyi işçilərin dediklərinə tam ziddir, yəni yəhudilər həqiqi burjua deyillər, onlar əslində bu sinfə aid deyillər.

      Orta sinfin nümayəndələri yəhudini bu təbəqəyə baş tutmayan eyniləşdirmənin


Скачать книгу

<p>24</p>

Tədqiqat ərzində San Kventin həbsxanasında məhkumluq yaşayan bir qrup dustaq nümunə kimi seçilib (tərc.)

Яндекс.Метрика