Эротические рассказы

Üzeyir Hacıbəyli xatirələrdə. Коллектив авторовЧитать онлайн книгу.

Üzeyir Hacıbəyli xatirələrdə - Коллектив авторов


Скачать книгу
və yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir!”

      Üzeyirin bu sözləri indiyə qədər mənim qulaqlarımda səslənir, yaradıcılıqda belə bir yol götürməyi başqalarına da tövsiyə etməliyik. Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım.

      Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi. Üzeyir başladığı işi yarımçıq qoymaq və vəzifəsi başından ayrılmaq istəmədiyindən, yay zamanları belə, istirahət üçün bir tərəfə getməzdi. “Koroğlu” operasını yayın ən isti günlərində yazırdı.

      Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir. Bunun üçün librettonun sadəliyinə diqqət verməyi tapşırardı. Onun fikrincə, XVII əsrə məxsus bir əsəri (xüsusən musiqili əsəri) bugünkü ədəbi dilin istilahları ilə yazmaq səhvdir. Bu məqsədlə də “Koroğlu”da “müharibə” sözünü “cəng”, “qoşun” kəlməsini “leşgər” və s. əsrə müvafiq kəlmələrlə əvəz etməyə çalışardı. O, hətta şeirlərin ölçülərində də həmin fikri həyata keçirməyi lazım bilirdi.

      Üzeyir çox doğru olaraq təkrar edirdi ki: “Koroğlu” operasının səhnəsində görəcəyimiz şəxsiyyətlər libas və qiyafə cəhətcə bu günün adamlarından fərqli olduqları kimi, dil və şivə e'tibarı ilə də fərqli olmalıdırlar.

      “Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür – demək olar.

      Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir”.

      Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: “Mən bu cür tələbəni görmək istəmərəm” – deyirdi.

      MİKAYIL ABDULLAYEV

      Xalq rəssamı, professor

      Unudulmaz obraz

      1943-cü ildə C.Cabbarlı adına Azərbaycan teatr muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırılmışdı.

      Mən portreti naturadan çəkmək qərarına gəlmişdim. Lakin məlum oldu ki, Üzeyir bu barədə heç nə eşitmək istəmir. Hansı rəssam ondan şəklini çəkməyə razılıq verməsini xahiş edirdisə, rədd cavabı alırdı.

      Beləliklə, məsələ böyüdü və gedib çatdı incəsənət işləri idarəsinə. Xeyli danışıq və təbliğdən sonra Üzeyirin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. Azərbaycan musiqi fondunun direktoru Ramazan Xəlilovla əlaqə saxlayıb, təyin edilmiş vaxtdan da bir qədər əvvəl konservatoriyanın köhnə binasına gəldim. Üzeyirin kabinetində pəncərə qabağında yerimi rahatlayaraq, molberti qurub, rəngləri sahmanladım.

      Üzeyir kabinetə daxil olanda biz ehtiramla salamlaşdıq. Günahkar adamlar kimi məndən səs çıxmırdı. Ramazan isə iş ləvazimatımla Üzeyiri tanış etməyə başladı. O, sağ əlinin baş və şəhadət barmağı ilə bığlarını sığallayaraq dodaqaltı dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir”. Sonra kresloya əyləşdi, əllərini yana açdı, başını bir az qaldırıb soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab verdim: “Elə bu cür sərbəst”.

      Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü. Yalnız kömürün kətan parçası cızmasının səsi gəlirdi. Otaqdakı sakitliyi Üzeyir özü pozdu: “Deyəsən, iş pis getmir. Mən öz surətimi görməyə başlayıram”.

      Düzü, əvvəlcə təəccübləndim, sonra birdən yadıma düşdü ki, kətan çox nazik olduğuna görə şəffaflıqdan işığı arxaya buraxır və orada çəkdiyim cizgilər əks olunur. Həcm etibarı ilə çox da böyük olmayan bu portreti üç günə qurtardım və muzeyin tələsdirməsinə baxmayaraq, bəstəkara bağışladım. Mən hiss edirdim ki, Üzeyir Hacıbəyov portreti çox bəyənib… Tezliklə muzey üçün ikinci, həcm etibarı ilə böyük portreti başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd qırmızı xalçanın fonunda o, əllərinin barmaqlarını bir-birinə keçirib əyləşdi və yavaşca dedi: “İndi də belə oturaq”. Poza mənim çox xoşuma gəldi. Lakin bu portretin də maraqlı bir macərası olub. İşimizi təzə qurtarmışdıq. Üzeyirə bir balaca soyuq dəydi. O, iki-üç gün işə çıxmadı. Həmin günlər kabinet bağlı qalmışdı. Arada mən gəlib öz iş ləvazimatımı aparırdım. Elə oldu ki, gedəndə portreti iş masasının arxasındakı stulun üstündə, həmin divar xalçasına söykəyib getdim. Vaxtdan istifadə edərək rənglərin qurumasını gözləyirdim. Ertəsi gün Üzeyir evdən konservatoriyanın dəftərxanasına zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq kabinetin açarını xidmətçi qadına verirlər ki, gedib nəyi isə gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və cəld geri dönüb dəftərxanaya qayıdır, Üzeyirin özünün gəldiyi xəbərini verir. Təəccüblənirlər ki, elə şey olmaz. Əvvəla, Üzeyir xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə keçməyib, bu tezliklə də gəlib çatmaq olar? Kimsə tez gedib kabinetə yaxınlaşır. Qapının açar yerindən baxıb görür ki, “doğrudan da, Üzeyir öz yerindədir”. Bu dəfə tədris hissə müdiri özü gedir və kabineti açıb içəri girəndə, öz etirafına görə, əvvəl çaşır, sonra masa arxasındakının Üzeyirin özü yox, onun portreti olduğunu görüb gülməyə başlayır… Bu əhvalatı xeyli vaxt deyib gülərdilər. Üzeyir isə deyərdi ki, bax, ikinci portret özü müəllifsiz imtahandan çıxdı.

      1944-cü ildə incəsənət muzeyi üçün üçüncü portreti yenicə başlamışdıq ki, Üzeyiri Moskvaya çağırdılar. Hesablayıb gördük ki, onun Moskvadan qayıtması və mənim Moskvaya dərsimə davam etmək üçün yola düşməyim bir vaxta düşür. Onda Üzeyir özünün ən çox xoşuna gəldiyi fotoşəklindən birini mənə bağışladı. O fotoşəklin köməyi ilə üçüncü portreti işləyib qurtardım. Amma sonra həmin portret teatr muzeyinə, ikincisi isə incəsənət muzeyinə verildi. Üzeyirin mənə verdiyi fotonu göz bəbəyi kimi qoruyuram. Mənim bağışladığım birinci portret indiyədək onun evində asılıb. Bu yaxında həmin portret müvəqqəti olaraq Moskvadakı M.Qlinka muzeyinə göndərilib. Böyük bəstəkarımızın yeni portretini qurtarıb muzeyə göndərən kimi, birinci portret yenə


Скачать книгу
Яндекс.Метрика