Üzeyir Hacıbəyli xatirələrdə. Коллектив авторовЧитать онлайн книгу.
ifasını mən də dinləyərdim. Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov və bir çox bəstəkar dostlarımla yaxınlığımız elə o günlərdən başlanıb.
Üzeyir öz tələbələrini ata məhəbbəti ilə, diqqətlə dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər verirdi. Gənc bəstəkar qızları–Ağabacını, Ədiləni, Şəfiqəni öz doğma qızları kimi mehribanlıqla dinləyirdi.
Bir gün növbəti tənəffüslərin birini yarıda kəsməli olduq. Üzeyir dedi ki, bu gün Mikayılı operaya aparırıq, məşhur italyan bəstəkarı Rossininin “Seviliya bərbəri” ilk dəfə ana dilimizdə Azərbaycan səhnəsində göstərilir, gedək baxışa. Gündüz saat 12-də operaya gəldik. Fiqaro partiyasını Ağababa Bünyadzadə məharətlə ifa edirdi. Onun ifasında Fiqaronun kavatinası elə bu gündən dinləyicilərin qəlbinə iz saldı. Üzeyir gənc Ağababanın nadir səsinə və səhnə istedadına böyük qiymət verirdi. Yadımdadır, bəstəkar Koroğlunun partiyasına ikinci bir variant, yəni Bünyadzadənin bariton səsinə uyğun yeni bir variant hazırlamaq fikrinə də düşmüşdü.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.