Эротические рассказы

Hər kəs üçün yaxşı. Arif ƏmrahoğluЧитать онлайн книгу.

Hər kəs üçün yaxşı - Arif Əmrahoğlu


Скачать книгу
Universitetin filologiya fakültəsinin birinci kursunda oxuyanda Arif sonuncu kursdaydı. Çox keçmədən dostluğa çevrilən tanışlığımız da elə o zaman – 1977-1978-ci illərdə başladı. Demək olar ki, həmyerli olmağımız, ondan da daha çox ədəbiyyata sonsuz marağımız, milli hisslərimiz, emosiyalarımız bizi tezliklə məsləkdaş etdi.

      Universiteti bitirdikdən sonra Arif Elmlər Akademiyasının Ədəbiyyat institutunda elmi fəaliyyətə başladı. Və 80-ci illərin sonlarına qədər əsasən XIX əsr nəsrinin öyrənilməsi ilə məşğul oldu.

      Elə həmin illərdə onun müasir ədəbi prosesin müxtəlif problemlərinə həsr olunmuş məqalələri geniş ictimai maraq doğuraraq müəllifini peşəkar bir tənqidçi-ədəbiyyatşünas kimi tanıtdı. Yüksək intellektlə təmkinli zəhmətkeşliyin məhsulu olan araşdırmaları öz dəqiqliyi, sistemliliyi və müasirliyilə seçilirdi. Hamı görürdü ki, Arifin dünyagörüşü, təfəkkürü, məntiqinin miqyası nə qədər genişdir… Və bu miqyas genişliyi yalnız onun intellekti ilə əlaqədar deyildi, həm də ruhunun, mənəviyyatının, ürəyinin genişliyindən (və mütəvaze təmənnasızlığından!) irəli gəlirdi.

      Yaxşı təşkilatçı idi. Hətta komsomol məktəbi də keçmişdi. Ancaq Arifin komsomolçuluğu siyasi məzmundan daha çox ictimai-intellektual, yaxud ədəbi-mədəni məzmun daşıyırdı. Və indiyə qədər məmnunluqla xatırlayıram ki, Ədəbiyyat institutunda çalışdığı ilk illərdən (elə bir geniş səlahiyyəti də yox idi) bizi – gənc məsləkdaşlarını bəzən məcburən bir yerə yığıb elmi konfranslar keçirərdi ki, həmin konfransların çap olunmuş materialları bu gün də bir çoxlarımızın biblioqrafiyamızın (və bioqrafiyamızın!) ilk əsərləridir.

      Arifin rəhbərliyi ilə keçirilən gənc tədqiqatçıların bu elmi konfranslarında gənclik enerjisindən gələn həm milli, həm də intellektual coşqunluğun intonasiyasını, yəqin ki, heç zaman unutmayacağıq. Onu da unutmayacağıq ki, həmin coşqunluğun müəllifi zahirən təmkinli görünən, ancaq daxilində, ruhunda tufanlar oynayan Arif idi.

      Təşkilatçılıq istedadını nəzərə alaraq onu EA Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini təyin etdilər. Sonra isə bir neçə il Prezident Aparatında milli siyasət məsələləri üzrə Dövlət Müşavirliyində məsul vəzifədə çalışdı. İstər bu vəzifələrdə, istərsə də Azərbaycan Yazıçılar Birliyinin katibi olduğu illərdə Arif Əmrahoğlu xalqa, Vətənə istedadla, məsuliyyətlə (və şərəflə!) xidmət etdi.

      Məzunu olduğu Universitetə müəllim kimi qayıtması da onun yaradıcılıq tərcümeyi-halının tamamilə təbii hadisəsi sayılmalıdır. Türk xalqları ədəbiyyatının həm tədqiqinə, həm də tədrisinə Arif yeni üslub gətirdi. Ancaq çox heyf ki, bu yeni üslubu zənginləşdirib özünəməxsus məktəbə çevirə bilmədi. Halbuki bunun üçün hər cür imkanları var idi.

      Arifin bu dünyanı vaxtsız tərk etməyi onun doğmalarını, yaxınlarını nə qədər yandırırsa, elmimizi, ədəbiyyatımızı da o qədər təəssüfləndirir. Və ona (onun intellektinə, istedadına, fəaliyyət meydanına) aid olan hər yerdə gəncliyindən müdrikləşmiş bu insanın yeri görünür.

Nizami Cəfərov,AMEA-nın Müxbir üzvü, filologiya elmləri doktoru, professor.

      Asif Hacılı

      Saflıq və bütövlük örnəyi

      Arif Əmrahoğlunu itirdik! Böyük, əvəzolunmaz itkidir. Ancaq Arifin haqqında keçmişdə, xatirələrlə danışmaq çətindir. Arifin dünyamızdan getdiyinə inanmaq çətindir. Otuz illik dostluğumuz dövründə Arifi həmişə şux, məğrur, sanballı, nikbin görmüşdüm. Həmişə çöhrəsində təbəssüm, sözündə qətiyyət vardı. Arif cavanlığından bir səbat və dəyanət nümunəsi idi. Əqidəsi, sözü və əməli bir olan insanlardan idi. Elmində də, fəaliyyətində də, vətəndaşlığında da, dostluğunda da.

      Ariflə tanışlığım 1977-ci ildən başlayıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuduğumuz dövrdən – Arif beşinci, mən birinci kursda oxuyurdum. Fakültəmizdə filologiyamızın klassikləri dərs deyirdi, tələbə çevrəmizin də əsas söhbəti ədəbiyyatşünaslıq, dilçilik, folklor, türkologiya idi. Arif sonuncu kursda oxumasına və artıq elmi nüfuz sahibi olmasına baxmayaraq, hamımızla dost, simsar, təvazökar idi. Hər bir fikrimizə, yaşımızdan gələn fantastik ideyalara maraq və hörmətlə yanaşırdı. Heç kimi birbaşa tənqid etmirdi, ehmalca, həvəsdən salmadan, həssaslıqla düz səmtə yönəldirdi. Bildiklərini, oxuduqlarını, fikirlərini səxavətlə paylaşırdı.

      Arif ədəbiyyatşünaslığın aktual, milli filologiyamız üçün yeni sahələri ilə maraqlanır və dostlarını da buna istiqamətləndirirdi. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası və "Nəsrin poetikası (XIX əsrin II yarısı)" adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda yeni bir söz oldu – təhkiyə problemi, mifopoetik elementlər, arxetiplər, müəllif məsələsi klassik nəsr materialında ilk dəfə ciddi elmi təhlilini tapdı. Bu anlayışların nəzəri aspektləri ümumiləşdirildi və sonrakı bir çox təhlillərə zəmin yaratdı. Arifin "Sözə inam sabahımızdır", "Epik sözün bədii gücü" kimi kitabları da fikir, müşahidə, qənaət baxımından yeniliyi, dəyəri ilə seçilir. İndiki elmi-ədəbi reallıqlarla müqayisədə sayca elə də çox kitabı dərc olunmayıb. Ancaq çap olunmuş kitabları tarixdə qalacaq, istifadə olunacaq dəyərli və ciddi əsərlərdir.

      Arif Əmrahoğlu ədəbi tənqid, tərcümə, ədəbi əlaqələr sahəsində də mahir mütəxəssis, söz sahibi idi. Bakıda və Moskvada çıxan bir sıra kitabların tərtibatçısı, tərcüməçisi kimi böyük zəhməti olub. Ədəbi-tənqidi məqalələrindən başqa, bir sıra tədbirlərin təşkilatçısı, aparıcısı kimi də müasir ədəbi prosesə sanballı xidmətləri var.

      Yazıçılar Birliyinin katibi işlədiyi dövrdə qayğısını heç kimdən əsirgəmirdi. Maraqlıdır ki, onu ədəbi prosesimizin bütün nəsilləri, fərqli məktəblərin və cərəyanların nümayəndələri qəbul edib sözünə güvənirdi. Çünki prinsipiallığına və obyektivliyinə, səmimiyyətinə inanırdılar. Arif sözə böyük dəyər verən təmənnasız adam idi və əsl söz sahiblərini də ürək genişliyi ilə qiymətləndirirdi.

      Arif həm də ustad müəllim idi, müəllimliyə vaxtı az qalsa da peşəkarlığı, humanizmi, qədirbilənliyi ilə tələbələrinin dərin məhəbbət və hörmətini qazanmışdı. Eləcə də həmkarlarının, qələm yoldaşlarının, dostlarının. Sənətə sədaqəti qədər də dostluğa, yurduna, xalqına, dövlətinə sadiq idi. Əqidə və məslək sahibi idi. Saflıq və bütövlük örnəyi idi.

      Məşğul olduğu bütün sahələrdə – elm, təşkilatçılıq, müəllimlik – məsuliyyəti ilə seçilirdi. Arif bütün işlərinə köklü, dərindən yanaşırdı, yükü çiyinlərinə alırdı. Arifin bir mühüm xüsusiyyəti də, daim ədəbi mühitin içində, katib kimi isə mərkəzində olmasına baxmayaraq, bütün dövrlərdə ədəbi intriqalardan uzaqlığı, bunların fövqündə durması idi. Xarakterinə bir ağayanalıq və bütövlük, təmkin və alicənablıq xas idi. Bu onun həm insani münasibətlərində, həm fəaliyyətində aşkarlanırdı. Çünki saf və təmənnasız idi. Arif mənliyinə, davranışına, xarakterinə görə, əslində, maarifçilik dövrünə xas klassik Azərbaycan ziyalısı idi. Şəxsiyyəti,


Скачать книгу
Яндекс.Метрика