Эротические рассказы

Hər kəs üçün yaxşı. Arif ƏmrahoğluЧитать онлайн книгу.

Hər kəs üçün yaxşı - Arif Əmrahoğlu


Скачать книгу
əsərlər yaza bilərdi və yazacaqdı da – ömür vəfa etmədi. Biz bu yazılacaq əsərləri itirdik! İstedadlı ədibimiz bir çox fikir və mülahizələrini, yazacağı sətirləri özü ilə apardı. Təsəllimiz budur ki, Arifin vəfalı tələbələri, məsləkdaşları, onun əsərlərindən, söhbətlərindən bəhrələnmiş qələm yoldaşları var. Gözəl ailəsi, vəfalı dostları var. Nəhayət, ömrünü həsr etdiyi ədəbiyyatımız var – Arifi əbədiyyətə qovuşduran amillər bunlardır.

      Allah əziz dostumuza rəhmət eləsin, ruhu şad olsun.

Asif Hacılı,Bakı Slavyan Universitetinin rektoru, ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor.

      Buludxan Xəlilov

      Ona sözünü rahat deyə bilirdin

      Doğma bildiklərimi itirdikdən sonra onların barəsində düşünmək, onlardan yazmaq mənim üçün o qədər də asan deyildir. Ona görə ki, doğmalaşmaq tez bir zamanda baş vermir. Bu, uzun bir müddətin, uzun bir yolun nəticəsi kimi insanın qarşısına çıxır. Bir də ayılıb görürsən ki, yüzlərin, minlərin içərisində kimlərsə sənə daha əzizdir, kimlərsə səninlə daha mehribandır, kimlərsə səninlə daha yaxındır. Üst-üstə yığılan mehribanlıq, yaxınlıq səni hara apardığını bilmirsən. Birdən-birə görürsən ki, doğma hesab etdiklərinin sırasında sənə mehriban, yaxın olanların sayı artır. Hər bir insanın həyatında belə doğmalar olub və olacaqdır. Bu mənada Arif Əmrahoğlu mənə doğma olan, mənə yaxın olan, mənə mehriban olan adamlardan biri idi. O, adi bir adam deyildi. Ziyalılığı, abır-həyası, xeyirxahlığı, qayğıkeşliyi çoxlarından fərqlənən və nümunə ola bilən adam idi. İş elə gətirmişdi ki, ilk dəfə mənim Azərbaycan Yazıçılar Birliyində tanış olduğum qələm sahiblərindən biri də Arif Əmrahoğlu olmuşdu. Azərbaycan Yazıçılar Birliyinin binasına daxil olanda, daha doğrusu, rəhbərliyin oturduğu mərtəbəyə daxil olanda Arif Əmrahoğlunun otağı ilə görüşməli olurdum. Onun otağı elə yerdə idi ki, onu görmədən, ona salam vermədən, onunla söhbət etmədən digərlərinin otağına keçmək mümkün deyildi. Arif Əmrahoğlunun otağı sədrin, digər katiblərin və rəhbərlikdə təmsil olunanların otağına, yanına getmək üçün sərhəd rolunu oynayırdı. Bu sərhəddən keçməmək mümkün deyildi. Bu sərhəd mənim üçün Azərbaycan Yazıçılar Birliyinin siması idi. Xeyirxahlığı, qayğıkeşliyi, insanpərvərliyi ilə seçilən bir sima idi. Onunla yaxın olduqdan sonra bu keyfiyyətləri hər dəfə ondan görmüşəm, hiss etmişəm. Fikirləşmişəm ki, nə yaxşı ki, belə bir insanı tanımışam, onunla isti münasibətim olub. Hər bir insan kimi mənim də yaxşılara, xeyirxahlara həmişə ehtiyacım olub. Bu mənada Azərbaycan Yazıçılar Birliyinə qəbul olunanda mənə zəmanət verən xeyirxahlarımdan biri o olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olanda məni ilk təbrik edən və bu təşkilatın üzvlük biletini təqdim edən də o olub. Azərbaycan Yazıçılar Birliyinin tərkibindəki "İrs" komissiyasının üzvü olmağım barədə ilk təbriki də o edib. Adətən, insanın kimliyini biləndə, xislətini biləndə, xarakterini biləndə onunla münasibət qurmaq mənim üçün daha rahat olur. Bu mənada mən Arif Əmrahoğlu ilə daha rahat və sərbəst davranırdım. Onun rahat və sərbəstliyi imkan verirdi ki, Arif Əmrahoğlu ilə istənilən mövzuda söhbət edə biləsən. İstənilən mövzuda söhbət edərkən o, fikrini rahat və sərbəst söyləyirdi. Həm də imkan verirdi ki, sən də fikrini rahat və sərbəst söyləyə biləsən. Bir sözlə, Arif Əmrahoğlu o qəbildən olan insan idi ki, ona sözünü rahat deyə bilirdin. Bunun səbəbi vardı. Bu səbəb barədə vaxtilə Şəms Təbrizi deyirdi:

      Sözü özümə deyə bilərəm,

      Ya da o kəsə deyərəm ki,

      Onda özümü görürəm!

      Arif Əmrahoğlu ədəbiyyat, onun müxtəlif dövrləri, problemləri barədə kifayət qədər məlumatlı idi. O, təkcə Azərbaycan ədəbiyyatından deyil, türk, şərq və dünya ədəbiyyatından da geniş bilgiyə malik idi. Bunun da müəyyən səbəbləri var idi. Arif Əmrahoğlu təkcə ədəbi prosesdən yazmırdı, həm də ədəbi prosesi tədris edirdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsində türk ədəbiyyatından mühazirə və seminar dərsləri aparırdı. Oxuduqları, öyrəndikləri tədris prosesində köməyinə çatırdı. Tədris prosesində qarşılaşdığı ədəbiyyat problemlərini isə araşdırmalarında, tədqiqatlarında oxuculara çatdırırdı.

      Arif Əmrahoğlu erməni ədəbiyyatını və dilini yaxşı bilirdi. Bu sahədə yeganə ədəbiyyatşünas alimlərdən idi. Yadımdadır ki, dünyasını dəyişməmişdən bir neçə müddət əvvəl Azərbaycan Yazıçılar Birliyində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi, o cümlədən bunun ədəbiyyatda əksi məsələsi ilə bağlı tədbiri aparırdı. Və yüksək səviyyədə aparırdı. Ona görə ki, problemin ictimai-siyasi, ədəbi-mədəni tərəflərini yaxşı bilirdi. O, Ermənistan adlanan bölgəni yaxşı tanıyırdı, erməni millətinin xislətini yaxşı bilirdi.

      Əbdürrəhman Caminin hikmətlərinin birində deyilir: "Ölümlə birlikdə zavala uğrayan neməti ağıllı adamlar nemət hesab etməmişlər. Ömür nə qədər uzun olur olsun, elə ki, sona çatdı, o uzunluqdan nə fayda?! Nuh Əleyhissəlam min il ömür sürmüşdür və indi də beş min ildir ki, ölmüşdür.

      O nemət qiymətlidir ki, əbədi olsun, zavalın pozucu əli ona çatmasın". Bu hikməti olduğu kimi qəbul etmək olarmı? Axı, ömrün mənası boyunda deyil, ömrün mənası dərinliyindədir. Əgər dünyasını dəyişmiş insanlardan danışırlarsa, deməli, həyat davam edir, deməli, haqqında danışılan adam yaşayır. Bu mənada Arif Əmrahoğludan həmişə onu tanıyanlar yaxşı danışacaqlar. Deməli, o, mənən bizimlədir, yaşayır.

      Hərdən fikirləşirəm ki, bəlkə də torpaq öz dəyərini daha da artırmaq üçün ən dəyərli insanları öz qoynuna alır. Bəlkə də buna görə ən dəyərli insanlar dünyasını tez dəyişir. Bəlkə, həm də torpaq bu dəyərli insanları öz qoynunda qorumaqla Vətən məfhumunu, anlayışını müqəddəsləşdirir. Bu hissləri keçirərkən onu da fikirləşirəm ki, dəyərli insanlar heç vaxt ölmür. Onlar torpağın qoynunda Vətənin müqəddəsliyini yaşadırlar. Bu mənada Arif Əmrahoğlu torpağın qoynunda Vətənin müqəddəsliyini yaşadanlardandır. Allah ona qəni-qəni rəhmət eləsin! Qəbri nurla dolsun!

Buludxan Xəlilov,filologiya üzrə elmlər doktoru, professor.

      Muxtar Kazımoğlu

      Yorğunluq

      Tanınmış tənqidçi-ədəbiyyatşünas, mənim tələbə yoldaşım və dostum Arif Əmrahoğlu barədə düşünəndə, onunla birgə keçirdiyimiz ilk günlərin yaddaqalan məqamlarını xatırlayanda fikir-xəyal məni Universitet yataqxanasına götürüb aparır: Qışın oğlan çağıdır. Arif pəncərənin nəfəsliyini açıq qoyub kitab oxuyur. Otaq yoldaşları "soyuqdan qırıldıq" deyib yalvarsalar da, Arif nəfəsliyi örtmək istəmir və bığaltı qımışıb öz işi ilə məşğul olur, yəni kitab oxumağını davam etdirir… Ailəvi oturduğumuz məclislərdə arabir yada salıb tələbəliyin məzəli olaylarından biri kimi danışdığım, Ariflə, Arifin ailəsi ilə birlikdə ürəkdən güldüyüm bu əhvalatın məndən ötrü həm üzdə olan, həm də alt qatda gizlənən mənaları var.


Скачать книгу
Яндекс.Метрика