Эротические рассказы

Dahi. Теодор ДрайзерЧитать онлайн книгу.

Dahi - Теодор Драйзер


Скачать книгу
yaman bəhanə axtarırlar; – deyə Yucin rəğbətlə səsləndi.

      Stella qalxdı və rəfdə olan kitablara baxmağa başladı. Yucin tələsmədən onun ardınca getdi.

      – Siz Dikkensi sevirsinizmi? – deyə Stella soruşdu.

      – Çox, – deyə o ciddi cavab verdi.

      – Mənim isə o, xoşuma gəlmir. O çox uzun yazır. Mən Valter Skottu daha çox sevirəm.

      Yucin:

      – Mən də Valter Skottu sevirəm.

      – İndi mənim çox xoşuma gələn bir kitabın adını sizə deyərəm.

      Stella susdu, onun dodaqları yarı açılmışdı. O kitabın adını xatırlamağa çalışırdı və bu adı havada tutmaq istəyirmiş kimi əlini qaldırdı.

      Nəhayət o:

      – “Sarışın ilahə”, – deyə səsləndi.

      – Hə, gözəl kitabdır, – deyə Yucin təsdiq etdi. – Xatırlayırsınızmı, Avaxanı qurban gətirməyə necə hazırlaşırlar?

      – Bəli, bu mənim xoşuma gəldi.

      Stella rəfdən “Ben-Hura”nı götürdü və onu tələsmədən vərəqləməyə başladı.

      – Bu da çox yaxşı romandır.

      – Bəli, gözəl kitabdır!

      Onlar susdular. Stella pəncərəyə yanaşdı və ucuz tül pərdənin altında dayandı. Aylı gecə idi. İki cərgə ilə küçəni haşiyələyən ağaclar çılpaq, otlar sarı və cansız idi. Onlar gümüş şəbəkə kimi hörülmüş nazik budaqlar arasında pərdələri salınmış başqa evlərdə də lampa işıqlarını görürdülər. Yanlarından bir adam keçdi – onun qara kölgəsi alaqaranlıqda yox oldu.

      Stella:

      – Gözəldir, eləmi? –dedi.

      Yucin yaxına gəldi.

      – Çox gözəldir, – deyə cavab verdi.

      – Bircə tez şaxtalar başlayaydı ki, konkidə sürüşmək mümkün olaydı. Siz konki sürə bilirsiniz?

      Stella ona tərəf döndü.

      – Hələ soruşursunuz! – deyə Yucin cavab verdi.

      – Ah, aylı gecədə buz üzərində sürüşmək nə yaxşıdır! Molində mən buz üzərində çox sürüşərdim.

      – Biz də burada tez-tez sürüşürdük. Burada bizim iki gölümüz vardır.

      O, yaşıl göldə boğuq gurultu ilə buzların çatladığı aydın, şəffaf gecələri xatırladı. Konki ilə qaçanların səs-küylü izdihamı, uzun kölgələr, ulduzlar onun yadına düşdü. O bu vaxta qədər sürüşmələrdə xoşagələn bir qıza təsadüf etməmişdi. Onlardan heç biri ilə özünü yaxşı hiss etməmişdi. O bir dəfə sürüşdüyü qızla bir yerdə yıxılmışdı, bu, az qala onun buz meydançasına olan marağını qırmışdı. Stella ilə sürüşmək ona xoş gələcəkdi. O, hiss edirdi ki, Stella da onunla məmnuniyyətlə sürüşər.

      O, cəsarətini toplayıb:

      – Göl donduğu zaman hamımız bir yerdə gedə bilərik, – dedi. – Mirtl də sürüşür.

      – Əla olar! – deyə Stella əlini əlinə vurdu.

      O, uzun müddət – tərpənmədən pəncərədən baxdı, sonra buxarının yanına qayıtdı, fikirlər içərisində başını aşağı salaraq Yucinin qarşısında durdu.

      – Siz necə düşünürsünüz, atanız buradan getməyəcək ki? – deyə Yucin soruşdu.

      – O deyir ki, getməyəcək. Bura onun xoşuna gəlir.

      – Bəs sizin necə?

      – Hə… indi mənim də xoşuma gəlir.

      – Nə üçün indi?

      – Çünki əvvəl bura mənə xoş gəlmirdi.

      – Nə üçün?

      – Elə onun üçün ki, əvvəllər burada heç kəsi tanımırdım. Lakin indi xoşuma gəlir.

      Qız gözlərini qaldırdı.

      Yucin azacıq yaxına gəldi və:

      – Bizim şəhərimiz çox yaxşıdır, – dedi. – Amma burada mənim edəcəyim bir şey yoxdur. Gələn il buradan getmək fikrindəyəm.

      – Hara gedəcəksiniz?

      – Çikaqoya. Mən heç bir vəchlə burada qalmaram.

      Stella ona tərəf döndü, Yucin isə onun stuluna yanaşaraq, arxasına söykəndi. Stella onun lap yaxında durduğunu hiss etdi, lakin tərpənmədi.

      – Siz qayıdaqcaqsınız, deyilmi? – deyə o soruşdu.

      – Bəlkə. Bu, həyatımın necə qurulacağından asılıdır. Çox güman ki, qayıdacağam.

      – Mən düşünməzdim ki, siz belə tezliklə getmək fikrində olacaqsınız.

      – Nə üçün?

      – Axı siz dediniz ki, bura yaxşıdır.

      Yucin cavab vermədi. Stella çiyni üstündən ona bir nəzər saldı. O lap qıza tərəf əyildi.

      – Deməli, siz qışda mənimlə sürüşəcəksiniz? – deyə o çox mənalı sürətdə soruşdu.

      Stella başı ilə təsdiq etdi.

      Mirtl otağa daxil oldu.

      – Siz burada nə barədə söhbət edirsiniz? – deyə soruşdu.

      – Bizim yerlərdə konki gəzintiləri barəsində, – deyə Yucin cavab verdi.

      Mirtl səsləndi:

      – Mən konkidə sürüşməyi yaman sevirəm.

      Stella:

      – Mən də, – dedi. – Bundan yaxşı nə ola bilər!

      İKİNCİ FƏSİL

      Bu hadisələrdən sonra gələn aşiqlik dövrünün – o nə qədər ötəri olsa belə – bəzi epizodları Yucinin xəyalında dərin iz buraxdı. Çox keçmədən qar yağdı. Yaşıl göl dondu və onlar Stella ilə birlikdə buz meydançasına getməyə başladılar. Havalar yaxşı keçirdi. Şaxtalar o qədər davam etdi ki, buz ehtiyatı toplanan Miller-Poynta arabalarla gəlir və xüsusi mişarla bir fut qalınlığında buz parçaları kəsirdilər. Sitayiş günündən sonra demək olar ki, hər axşam məktəblilər – oğlanlar və qızlar dəstə ilə su böcəkləri kimi buzun üzərinə qaçışırdılar. Yucinin həmişə boş vaxtı olmurdu, bəzi axşamlar və şənbə günü o, dükanda atasına kömək etməli olurdu. Lakin hər dəfə axşam boş vaxtı olan Mirtl onun xahişi ilə Stellanı çağırır və onlar bir yerdə sürüşməyə gedirdilər. Bəzən o, qızı ikilikdə getməyə dəvət edir və qız da çox vaxt razı olurdu.

      Bir dəfə onlar gölün üzərində sürüşərkən, yamacına bir yığın kiçik evlər sığınan yüksək sahilə gəlib çıxdılar. Ay doğmuşdu, onun sehrli şüaları buz səthinin aynasında əks olunurdu. Sahili haşiyələyən ağacların qara cəngəlliyi arasından pəncərələrin sarı, mehriban işıqları sayrışırdı. Başqalarını çoxdan ötüb keçən Yucin və Stella geri dönmək qərarına gəldilər. Qızın qızılı saçlarını toxunma papaq örtürdü, papağın altından bir neçə teli


Скачать книгу
Яндекс.Метрика