Эротические рассказы

Kopenhagen trilogiyası. Тове ДитлевсенЧитать онлайн книгу.

Kopenhagen trilogiyası - Тове Дитлевсен


Скачать книгу
– mən ayaqlarımı gücsüz şəkildə yerə çırparaq qışqırdım, – “sənə nifrət edirəm! İstəyirəm sən öləsən!” – bu sözlərimi deyib qapını çırpıb çıxmaq istəyirdim ki, Edvinin vəhşi gülüşü yenidən eşidildi. Səs daha narahatedici, yeni tonda idi. Çevrilib gördüm anamın zolaqlı pijamasının yanında qarnıüstə uzanıb, üzünü əli ilə gizlədib ağlayır. Qiymətli kitabım yerə atılmışdı. Özünə nəzarət edə bilmir, dayanmadan hönkürüb ağlayır, qorxu və dəhşət hissi məni bürüyüb. Tərəddüd içində yatağına yaxınlaşıram, amma ona toxunmağa cəsarət etmirəm. Biz bunu daha öncə heç zaman etməmişik. Öz göz yaşlarımı paltarımın qolu ilə silib deyirəm: – “Həmin sözü ciddi demədim, Edvin. Sənin ölməyini istəməyimi deyirəm.” Mənə baxmadan, cavab vermədən ağlamağına davam edir, sonra qəfildən mənə tərəf çevrilir və ümidsiz baxışla mənə baxır. – “Mən onlara nifrət edirəm”, – o deyir, – “müdirə də, asistentə də. Onlar məni hər gün döyür və… mən heç zaman maşın boyamağı öyrənə bilmirəm. Məni sadəcə göndərirlər ki, hamısı üçün pivə alım. Atama nifrət edirəm, çünki mən iş yerimi dəyişə bilmirəm. Və evə gəldiyində heç zaman yalnız ola bilmirsən. Bir dənə lənətə gəlmiş künc yoxdur ki, orada öz başına, özünlə ola biləsən.” Mən başımı aşağı əyib şeir albomuma baxıram və deyirəm: – “Sən bilirsən ki, mən də özümlə tək-başıma qala bilmirəm, heç anamla atam da bilmir. Onlar heç, onlar heç… tək qala bilmirlər.” O, təəccüb dolu baxışlarla mənə baxır, sonra nəhayət ağlamağını saxlayır. “Yox”, – o kədərlə dillənir. “Müqəddəs İsa! Mən heç zaman bu barədə düşünməmişdim”. Ayağa qalxır, əlbəttə ki, bacısının onu zəif anında görməsinə görə peşmanlıq duyur. “Həə”, – cod səslə deyir, – “yəqin ki, hər şey sən evdən köçəndən sonra düzələcək.” Bu barədə onunla razıyam. Sonra mən çıxıram və hindəki yumurtaları sayıram. İkisini götürürəm, qalanını qırağa çəkirəm ki, sayı çox görünsün. Yumurta sarısını viski ilə qatacağam! Qonaq otağına doğru qışqırıb hazırlıqlara başlayıram. Həmin anlarda mən Edvini gözəl, möhtəşəm, məndən uzaq, şənləndirən olduğu illərdə istədiyimdən daha çox istəyirdim. Bu heç zaman heç nəyi bəyənməyən həmin adam deyildi.

      XI BÖLÜM

      Qerda uşaq doğmağa hazırlaşır və Tin Snout yox olub. Rut deyir ki, onun arvadı, uşaqları var, sonra deyir ki, gərək heç vaxt evli kişilərlə mənim alış-verişim olmasın. Mən heç evli olmayan kişilərlə alış-verişimin olduğunu təsəvvür edə bilmirəm. Amma bu düşüncəmi özümə saxlayıram. Anam deyir ki, nə zamansa evə körpə ilə dönsəm, məni evdən atacaqlar. Qerdanısa evdən atmayıblar. O, sadəcə olaraq fabrikdə işləməyini saxlayıb – orada həftədə 25 kron qazanırdı – indi evdə olur, bütün gün mahnı oxuyur, zümzümə edir. Görürsən ki, yaxşı əhval-ruhiyyəsindən zərrə qədər də itirməyib. Onun qızılı kəkili artıq çoxdan kəsilib və mən onu artıq ürəyimdə Rapunzel çağırmıram. Hərçənd nağıldakı qızı kor edilmiş şəhzadə səhranın ortasında tapdığı anda onun artıq əkiz tayı vardı. O qədər gözəl, o qədər uzaq səslənir ki, əhvalatı rahatlıqla nəzərdən qaçırda bilərsən və uşaq olanda mənə maraqlı gəlirdi ki, bu necə baş verə bilər? Keçən il kəndçi Olqanın izsiz-tozsuz yoxa çıxan qızının bir əsgərdən uşağı olmuşdu. Amma sonradan o, uşağın kimdən olduğu ilə maraqlanmayan, heç nəyi vecinə almayan bir polis nəfəri ilə ailə qurdu. Nə vaxt ki, böyük qarınlı qadın görürəm, çalışıram yalnız onların sifətlərinə baxım və orada Yohannes V. Yensenin şeirindəki kimi keçici xoşbəxtliyin işartılarını görüm: Mən öz qabarmış sinəmdə şirin və narahat yazı daşıyıram. Onların gözündə işıldayan ifadə yoxdur, düşünürəm ki, mən bir gün uşaq gözləyəndə gözlərimdə məhz bu ifadə olacaq. Bundan əminəm. Nəsr əsərlərində gərək şeir tapam, çünki evə kitabxanadan kitab yüklənib gətirəndə atam bunu bəyənmir. “Havadakı qəsrlər” o, nifrətlə deyir. Onların gerçəkliklə heç bir alış-verişi yoxdur. Gerçəklik heç vaxt mənim vecimə olmayıb və mən heç vaxt gerçəklikdən yazmamışam. Herman Banqın “Yolüstü” kitabını oxuduğumda atam kitabı iki barmağı arasına götürür və nifrət dolu baxışlarla deyir: – “Onun yazdığı heç nəyi oxumağa icazən yoxdur! O, normal biri olmayıb.”

      Bilirəm, normal olmamaq dəhşətlidir, mənim özümün yalandan normal görünməyə cəhdlərimlə bağlı problemlərim var. Belədə Herman Banqın da normal olmaması məni sakitləşdirir və mən onun kitabını kitabxanada oxuyub bitirirəm. Sona yetişdiyimdə ağlayıram. Mariana qəbir torfunun altında yatır. Gəlin qızlar, gəlin yazıq Mariana üçün hönkürüb ağlayın. Mən də elə şeiriyyat yazmaq istəyirəm, istəyirəm yazdığımı hər kəs və hamı başa düşsün. Atam heç Aqnes Henninqsendən də nəsə oxumağımı istəmir, çünki o, ictimai qadındır. Atam belə deyir, amma zəhmət çəkib davamını izah etmir. Əgər mənim şerlər yazdığım kitabımı görsəydi, ehtimal ki, həmin kitabı yandırardı. Edvin kitabı tapıb ona güləndən sonra mən kitabı hər zaman üstümdə saxlayıram-gündüzlə məktəb çantamda, qalan vaxtlar isə tumanımın içinə salıram. Orada elastik rezin qoymur onu düşsün. Gecələr yorğanımın altında qoyuram. Yeri gəlmişkən, sonradan Edvin dedi ki, şerlərimi bəyənibmiş, kaş onları mən yox, başqa kimsə yazardı. –Hər şeyin yalan olduğunu bildiyində, o dedi, sən gülməkdən ölmə dərəcəsinə kimi gülürsən. Onun tərifindən məmnun qalıram, çünki şerlərimin yalan-palan olması ilə bağlı dedikləri məni narahat etmir. Çünki bilirəm, bəzən həqiqəti ortaya çıxartmaq üçün yalan danışmağa məcbursan.

      Ketti və anası bayıra atıldıqdan sonra yeni qonşularımız var. Yaşlı bir cütlük köçüb-qızlarının adı Cittidir. O, şokalad dükanında işləyir və axşamlar atam qəbirstanlıqda növbədə olduğunda o, tez-tez gəlib bizə baş çəkir. Anamla onunku yaxşı “tutur”. Çünki anam ən yaxşı ondan bir neçə yaş qadınlarla yola gedir. Citti Edvinlə mənə sevə-sevə şokalad gətirir və biz onu xoşbəxtliklə yeyirik. Hərçənd atam deyir, çox güman bu şokalad oğurlanıb. Cittinin səxavəti nəticəsində başıma dəhşətli bir iş gəlir. Bir gün məktəbdən evə döndüyümdə anam deyir: Hə, qəşəng lanç idi hə bu gün özünlə apardığın lanç? Mən qızarıram və deyirəm ki, nədən danışdığından xəbərim yoxdur. Hər zaman lançıma toxunmadan onu atıram çünki o, qəzetə bükülü olur. Başqaları gümüşü kağıza bükür evdən gətirdikləri yeməyi, anam ömr boyu belə şey etməz. –Hə, yadıma, düşdü. Hə, mən deyirəm. Əntiqə idi. Mənə maraqlıdır, görəsən doğrudan da o, bunu oğurlayırmı? Anam söhbətcil əda ilə dedi. Yəqin ki, dükanın sahibi ona göz qoyur. Hə, yüngüllük duyuram. Yəqin ki, anam onun verdiyi şokaladdan bir parça bu gün məktəb üçün qoymuşdu. Və mən özümü çox xoşbəxt hiss edirəm, çünki bu sevgi əlamətidir. Çox qəribədir, anam heç zaman ona danışdığım yalanları aşkar etməyib. Əksinə, heç zaman doğru danışdığım şeylərə inanmır. Mənə elə gəlir, uşaqlığımın çox hissəsi onun şəxsiyyətini müəyyənləşdirməklə keçib. Çünki bəzən hədsiz sirli, hədsiz narahatedici olub. Praktiki cəhətdən ən pis şey onun bəzən günlərlə deyinməsidir, davamlı olaraq səninlə danışmaqdan, sənə qulaq asmaqdan imtina edir. Və sən onun harada, necə xətrinə dəydiyini heç zaman müəyyənləşdirə bilmirsən. Eyniylə atam kimidir. Bir dəfə qızlarla oynadığı üçün Edvini lağa qoyanda atam dedi: Hə, elədir. qızlar da bir növ insandır


Скачать книгу
Яндекс.Метрика