Kopenhagen trilogiyası. Тове ДитлевсенЧитать онлайн книгу.
tikiş ustasıdır və qardaşımı da, məni də sanki öz uşaqlarıymışıq kimi sevir. Ancaq özünün uşağı yoxdur.
Bizə tamamilə boş görünən binaya daxil olduğumuzda burnuma kəskin qoxu dəyir. Həmin an tanıyıram və qəlbim daralır, çünki bu artıq mənə yaxşı tanış olan qorxunun qoxusu idi. Anam da bu iyi duyduğu üçün biz pilləkənlərlə yuxarı qalxdıqda əlimi buraxır. Bura direktorun otağıdır. Bizi küpəgirən qarıya oxşar bir qadın qarşılayır. Yaşılsov saçları quş yuvasına bənzəyir. Yalnız bir gözü üçün eynəyi var, yəqin o biri şüşəsi sınıb. Mənə elə gəlir dodaqları yoxdur, onlar bir-birinə o qədər sıxılıb. Onların üzərində isə böyük donqar, ucu qırmızı burun var. – “Hmm…”, – o girişsiz deyir, – “Belə, sənin adın Tovedir?” – “Hə”, – mənim anam deyir. Anama tərəf heç baxmır, oturmağa yer təklif etməkdən heç danışmıram belə. – “Və, o, səhv etmədən oxuyub-yaza bilər.” Qadın mənə elə baxır, elə bil mən onun qaya altında tapdığı bir şeyəm. – “Bu çox pisdir”, – qadın soyuq-soyuq dilləndi, – “Bilirsiniz, bunları uşaqlara öyrətmək üçün bizim öz metodlarımız var.” Utanıram, yanaqlarım qızarır. Anam mənə görə alçalanda hər zaman belə oluram. Fəxarətim yox olub, məxsusi olmağım haqda qısasürən sevincim uçub getdi. Anam yanımdan bir qədər kənara çəkilir və zəif səslə deyir: – “Özü öyrənib, bizim günahımız deyil.” Başımı qaldırıb ona baxıram və çox şeyi dərhal başa düşürəm. Başqa yaşlı qadınlardan balaca görünür, başqa analardan cavan görünür. Mənim küçəmdən kənarda qorxduğum bir dünya var. Və biz ikimiz də bu qorxunu birlikdə yaşayanda, arxadan mənə bıçaqla zərbə endirir. Həmin küpəgirən qarının qarşısında dayanarkən həmçinin anamın əllərindən qabyuyan sabunun iyininin gəldiyini duyuram. Bu iyə nifrət edirəm və biz məktəbi tam bir səssizlik içində tərk edərkən ürəyim pərakəndə əsəblə, qəm-qüssə ilə və mərhəmət hissi ilə dolub daşır. Həmin andan etibarən ömrümün sonuna kimi bu mərhəmət hissi içimdə hər zaman oyaq olacaqdı.
IV BÖLÜM
Eyni zamanda bəzi faktlar da mövcuddur. Onlar küçədəki işıq dirəkləri kimi möhkəm, hərəkətsizdir. Amma ən azından dirəklər axşamlar işıqçının sehrli toxunuşu ilə dəyişirlər. Sonra isə gündüz və gecə arasındakı dar sərhəddə, bütün insanların yaşıl okeanın dibində sakit gəzişi misalı, böyük, yumşaq günəbaxanlar kimi işıqlanırlar. Faktlar isə heç zaman işıqlanmır və onlar mənim ilk oxuduğum kitablardan sayılan “Ditte menneskebarn” kitabındakı kimi insanların qəlbini yumşalda bilmir. Bu “sosial romandır” atam laqeydliklə deyir. Ola bilər, bu həqiqətən də belədir, amma bu fakt deyil və mənim ona ehtiyacım yoxdur. “Cəfəngiyyatdır!” faktlara önəm verməyən amma eyni zamanda onları məndən daha yaxşı görməzdən gələn anam deyir. Atam nadir hallarda onun əlindən çox acıqlı olanda yalanlarla dolu insan olduğundan şikayətlənir. Amma mən bunun belə olmadığını bilirəm. Mən hər uşağın öz uşaqlıq dövrü olduğu kimi hər böyüyün də öz həqiqəti olduğunu anlayıram. Anamın həqiqəti atamınkından tamamilə fərqlidir. Bu atamın qəhvəyi, anamın isə mavi gözlərinin olması qədər açıq-aşkardır. Xoşbəxtlikdən işlər elə qurulur ki, sən həqiqəti ürəyində sakitcə saxlaya bilirsən. Yaxşı ki, həqiqi faktlar məktəb kitablarında, dünya tarixində, kilsə külliyatında və qanun məcmuələrində əks olunur. Heç kim onları dəyişə bilmir, heç kim buna cəhdə cəsarət də etmir. Heç Allahın özü də – mən onun görkəmini baş nazir Stauninqin görkəmindən ayıra bilmirdim. Hərçənd atam deyir ki, kapitalistlər hər zaman ondan kasıblara qarşı istifadə ediblər, odur ki, bu səbəbdən də ona inanma.
Mən 1918-ci ilin 14 dekabrında Kopenhagenin Vesterbro bölgəsində iki otaqlı balaca bina evində doğulmuşam. Biz Hedebiyqade küçəsi 30A-da yaşayırdıq. “A” o deməkdir ki, bu arxa binadır. Pəncərələrindən küçəyə mənzərə açılan ön binada isə daha “yaxşı” insanlar yaşayırdı. Hərçənd onların evləri dəqiqliklə bizimkilərin oxşarı idi, onlar kirayə haqqı kimi hər ay bizdən iki kron daha artıq ödəyirdilər. Bu həmin il idi ki, I Dünya müharibəsi bitmişdi və 8 saatlıq iş vaxtı tətbiq edilmişdi. Qardaşım Edvin dünya müharibəsi başlayanda, atamın gündə 12 saat işlədiyi vaxtlarda doğulmuşdu. Atam soba ustası idi və sobanın qığılcımlarının təsirindən gözləri hər zaman qızarardı. Mən doğulanda atamın 37 yaşı vardı. Anam isə ondan 10 yaş kiçik idi. Atam Niyşöbinq Morsda doğulmuşdu. O, nigahdankənar doğulduğundan heç zaman atasının kim olduğunu öyrənə bilməmişdi. 6 yaşı olanda onu çoban kimi heyvanların üstündə göndərirdilər, elə həmin vaxtlarda da anası Floutrup adlı dulusçu ilə evlənmişdi. Anası bu kişidən 9 uşaq dünyaya gətirmişdi, amma mən bu ögey qardaş-bacılar haqqında heç nə bilmirdim, çünki onları heç zaman görməmişdim və atam onlar barədə heç bir kəlmə də danışmırdı.
O, 16 yaşında Kopenhagenə köçəndə ailəsi ilə bütün əlaqəni kəsibmiş. Hər zaman yazmaq haqqında xəyalları vardı və bu xəyallar onu heç zaman tərk etmirdi. Bir-iki qəzetdə müvəqqəti müxbir kimi işə düzəlsə də bilinməyən səbəblərdən hər dəfə işi ilə vidalaşmalı olmuşdu. 26 yaşında Tordensoldsqadedəki çörəkçidə anamla tanış olana kimi isə on ilini Kopenhagendə necə keçirdiyi haqqında heç bir fikrim yoxdur. Atam həmin çörəkçidə köməkçi işləyirmiş. Bu qeyri-adi dərəcədə uzun müddət davam edən və atamın anamın onu aldatdığı düşüncəsi ilə bir neçə dəfə yarımçıq buraxdığı bir sevgi macərası idi. Məncə bu halların əksərində anam tamam günahsız olub. Bu iki insan bir-birindən o qədər fərqlidir ki, sanki hər ikisi ayrı-ayrı planetlərdən gəlib. Atam melanxolik, ciddi, qeyri-adi dərəcədə mənəviyyatçı, anam isə ən azından cavan qız olduğu vaxtlarda, həyat dolu, axmaq, məsuliyyətsiz və bihudə biri idi. O, bir çox yerlərdə qulluqçu kimi çalışıb və harada ona uyğun gəlməyən bir şey baş verirdisə oranı tərk edirmiş. Sonra atam gedib . Sonradan anam mənə etiraf etmişdi ki, heç bir işdə bir yumurtanı qaynatmağa yetəcək qədər zaman keçirtməmişdir.
Bədbəxtlik baş verdiyində mənim 7 yaşım vardı. Anam yenicə mənə yaşıl sviter toxumuşdu. Əynimə geyinmişdim, çox gözəl olduğu düşüncəsində idim. Günün axırına doğru atamı işdən götürməyə yollandıq. O, Kinqosqadedə Riedel və Lindeqaard şirkətində çalışırdı. O, orada uzun müddətdir işləyirdi, belə deyək, mən özümü biləndən orada idi. Ora bir qədər erkən yetişdik, mən səki boyu əriməkdə olan qarı təpikləyirdim, anam isə yaşıl məhəccərə söykənib gözləyirdi. Atam alaqapıdan çıxdığında ürəyim şiddətlə çırpınmağa başladı. Onun üzü boz, gülməli və fərqli idi. Anam tez ona yaxınlaşdı: – “Ditlev”, – o dedi, – “nə baş verib?”
Atam yerə baxaraq dedi: – “Məni işdən qovdular.” Mən bu sözün özünü olmasa belə, onun ishalolunmaz acıya səbəb olduğunu başa düşmüşdüm. Atam işini itirmişdi. Yalnız başqalarını vura biləcəyini düşündüyümüz bəla bizi də vurmuşdu. İndiyə kimi yalnız yaxşı şeylərin gəldiyi Riedel və Lindeqaard şirkəti mənim atamı çənəsinə alıb sıxan, əzən, çeynəyən qəddar, daşqəlbli əjdahaya çevrilmişdi. Nə atam, nə biz, nə də hələ görmədiyi təzə yaşıl sviterim bu əjdahanın vecinə deyildik. Evə gedərkən heç birimiz dinib-danışmadıq. Əlimi anamın əlinin içinə salmaq istədim, amma sərt bir hərəkətlə əlini əlimdən kənarlaşdırdı. Biz yataq otağına girdiyimizdə