Kopenhagen trilogiyası. Тове ДитлевсенЧитать онлайн книгу.
aşağı uçurdum. Küçə qapısını açıb hər istiqamətə baxandan sonra ön binadakı pəncərələrə mübhəm bir nəzər salırdım, çünki heç kim mənim bu iyrənc tapşırığı həyata keçirdiyimi görməməli idi. Karlsberqvay məktəbinin bufetində yemək yemək heç də yaxşı şey hesab edilmirdi. Ora isə 1930-cu illərdə Vesterbroda yerləşən yeganə sosial institut idi. Sonuncuya, Edvin və mənə bunu etməyə icazə vermədilər. Bu baxımdan işləməyən ataya sahib olmaq da heç ürəkaçıcı deyildi, hərçənd birzlərdən çoxu məhz işsiz idik. Belədə biz bu utanc gətirən durumu dəlisov yalanlarla ört-basdır edirdik. Daha çox atamızın iş başında yıxılıb indi də sağlamlığına görə icazəli olduğu yalanını uydururduq. Tönderqada küçəsindəki çörəkçinin qarşısında uşaqlar ilan kimi burulan növbələr düzəltmişdilər. Hamısının çantası vardı və hamısı hansı çörəkçidə hansı çörəyin necə ləzzətli olması haqqında üyüdüb-tökürdülər. Xüsusən də çörək təzə bişmiş olanda. Növbə mənə çatanda mən çantamı piştaxtaya dürtdüm, tapşırığımı pıçıltı ilə deyib bərkdən əlavə etdim: “Varsa, kremli kökə verin. Anam dönə-dönə ağ çörək istəməyimi tapşırmışdı. Evə qayıdarkən 4-5 kremli kökəni birdəfəyə ağzıma basdım, sonra paltomun qolu ilə ağzımı sildim və anam çantanın dibində eşələnəndə belə ifşa olunmadım. Çox nadir hallarda, demək olar heç vaxt etdiyim cinayətlərə görə cəzalanmırdım. Anam məni tez-tez, özü də möhkəm vurardı, amma adətən bu lüzumsuz, ədalətsiz cəzalar idi. Və mən bu cəza müddətində gizli utanc, yaxud dərin kədər hiss edirdim. Çünki gözlərimdə yaranan yaş gilələri bizim aramızdakı məsafəni daha da böyüdürdü. Atam heç zaman məni vurmayıb. Əksinə, o, mənə qarşı mülayim olub. Bütün uşaq vaxtı sahib olduğum kitablar onunku idi və beş yaşım tamam olanda o, mənə “Qrim qardaşları nağılları”-nın möhtəşəm nüsxəsini hədiyyə etdi. Bu kitab olmasaydı uşaqlığım saya, mənasız, darıxdırıcı olardı. Bununla belə ona qarşı xüsusi güclü hissim yox idi. Atam divanda oturub sakit, nəsə axtaran nəzərlərini üzərimə zilləyəndə buna görə özümü tez-tez qınayırdım. Sanki mənə tərəf baxıb nəsə etmək, heç zaman demədiyi, ifadə edə bilmədiyi nəyi isə demək istəyir. Mən anamın qızı idim, Edvin də atamın oğlu – təbiətin qanunu dəyişdirilə bilməzdi. Bir dəfə atamdan soruşdum: – Sısqamaq nə deməkdir? Mən bu ifadəyə Qorkinin yaradıcılığında rast gəlmiş və bunu sevmişdim. Bığları ilə oynaya-oynaya atam uzun müddət bu söz üzərində götür-qoy etdi. Sonra dedi ki, “bu rus məfhumudur”. Ağrı, miskinlik və kədər deməkdir. Qorki böyük şair olub. Mən xoşbəxtliklə dedim: – “Mən də şair olmaq istəyirəm”. Dərhal sifəti dəyişdi, qaş-qabaq sallayıb dedi: – “Axmaq olma, qızdan şair ola bilməz”. İncidim, yenidən özümə qapandım, həmin ərəfədə isə anamla Edvin bu axmaq ideyaya dəli kimi gülməyə başladılar. Özümə and içdim ki, bir də heç vaxt xəyallarımı kimsəyə açıqlamayacağam və bütün uşaqlığım boyu bu anda əməl etdim.
V BÖLÜM
Axşamdır və mən adətim üzrə yataq otağındakı soyuq pəncərə kənarlığında oturub aşağı baxıram. Bu mənim günümün ən xoşbəxt saatıdır. Qorxunun ilk dalğası sakitləşmişdi. Atam “gecən xeyrə qalsın” deyib isti qonaq otağına geri dönmüşdü və qapımın arxasındakı paltarlar artıq məni qorxutmurdu. Axşam ulduzuna Allahın lütfkar gözü kimi baxdım. İndi bu ulduz ayıq-sayıqlıqla məni izləyir və gün ərzində olduğundan daha yaxındır. Bir gün mən içimdən keçən bütün sözləri yazacağam. Bir gün başqa insanlar onları kitabdan oxuyacaq və elə zövq alıb düşünəcəklər ki, qadın da şair ola bilərmiş. Anamla atam Edvinlə fəxr etdiklərindən daha çox mənimlə fəxr edəcəklər və məktəbdəki gözüaqndən heç nə qaçmayan müəllim (hələ yoxdur, gələcəkdə) deyəcək: bundakı istedadı hələ o vaxt, qız uşaq olanda görmüşdüm. Bu qızla bağlı xüsusi nəsə vardı. Elə istərdim içimdəkiləri bir yerə yazam, amma kağızları sonradan harada gizlədə bilərdim ki? Hətta valideynlərimin belə ağzı kilidlənən siyirtməsi yoxdur. Mən ikinci sinifdəyəm və himnlər yazmaq istəyirəm, çünki mənim düşüncəmə görə himnlər ən gözəl şeylərdir. Məktəbdəki birinci günümdə biz oxumuşduq: Allaha şükr olsun, tərif olsun! Biz o qədər hüzur içində yatmışdıq ki! Sonra növbəti sətirlərə keçdik:
“biz indi quş kimi canlı, dənizdəki balıq kimi cəld, pəncərə şüşəsindən içəri süzülüb düşən səhər günəşinin şüası kimiyik”. Bu mahnı məni o qədər riqqətə gətirmişdi ki, ağlamışdım. Mənim ağlamağıma bütün uşaqlar bir-birinə qoşulub – anamla Edvinin mənim qəribəliyimə güldükləri kimi- ucadan gülmüşdülər. Sinif yoldaşlarıma görə mən davamlı olaraq, son dərəcə gülməli biri idim. Mən hətta kloun roluna öyrəşmiş, bu rolda özümə hüznlü təskinlik belə tapmışdım. Çünki bu xüsusiyyət təsdiqlənmiş axmaqlığımla birləşdikdə məni fərqli olan hər kəsə qarşı xüsusi alçaqlıqdan qoruyur.
Kölgə aralı qalan qapıdan siçovul dəlikdən sivişən kimi sivişib içəri girir. Qaranlıq olmasına baxmayaraq onun korlanmış, təhrif edilmiş olduğunu görə bilirəm. Yolun maneəsiz olduğunu gördükdə şlyapasını alnından aşağı endirir qapını açıq qoyub unitaza doğru götürülür. İçərini görə bilmirəm, amma nə etdiyini bilirəm. Ondan qorxduğum vaxtlar artıq ötüb keçib, amma anam hələ də qorxur. Bir qədər öncə o, məni Svendsqada polis stansiyasına götürmüşdü, orada qətiyyətsiz, əsən səslə demişdi ki, qadınlar və uşaqlar onun iyrəncliyi ucbatından təhlükəsizlikdə deyillər. O, mənim balaca qızımı elə qorxutmuşdu ki, yazıq qızın bağrı yarıldı. Zabitə dedim ki, kölgə heç zaman başındakı şlyapanı çıxartmamışdı. Biz evə çatdığımızda anam atama dedi: – Polis bir şey etməyəcək. Bu ölkədə nə qanun qalıb, nə ədalət.
Qapı cırıldayıb açılır, mahnılar, gülüşlər və lənətlər təntənəli səssizliyi yarıb əvvəl otağa, sonra isə mənim içimə daxil olur. Kimin gəldiyini yaxşı görmək üçün boynumu uzadıram. Bu Rapunzeldir – onun atası, bir də valideynlərinin içki yoldaşlarından Tin Snout! Qız iki kişinin arasında gəzir, kişilərin hər biri əlini onun boynuna dolayıb. Onun qızılı saçları sanki görünməyən küçə işıq dirəyininin işığını əks etdirirmiş kimi şölələnir. Nərildəyərək, aşa-aşa küçədə yeriyirlər, bir qədər sonra səkiyə qusma səslərini eşidə bilirəm. Rapunzelin əsl adı Gerdadır, o demək olar ki, həddi-buluğa çatıb, 13 yaşı var. Keçən yay o, Qotur Hansla və gözəl Lili ilə qaraçı vaqonunda getdiklərində anam demişdi: – Məncə bu səfər Gerdaya qoturluqdan başqa şeylər də gətirib. Aşağıda, küçədə, zibil qablarının yanında dayanıb söhbət edən böyük qızlar da belə deyirdi. Çox vaxt onların yanında özümü artıq kimi hiss edirdim. Onlar bunu irişərək, alçaq səslə deyirdi və mən danışdıqlarının yalnız utancverici, çirkin, ədəbsiz, eyni zamanda Qotur Hansla Rapunzel haqqında olduğunu anlaya bilirdim. Belədə cəsarətimi toplayıb anamdan soruşdum: – xƏslində Gerdaya nə baş verib? Anam əsəbi və səbrsiz şəkildə dedi: Ay səni! O, daha məsum biri deyil, vəssalam! Və mən bu cavabdan heç müdrikləşmədim.
Buludsuz, ipək kimi səmaya baxıram və ona daha yaxın olmaq üçün pəncərəni açıram. Sanki Allah yavaş-yavaş incə sifətini endirir yerə və onun böyük ürəyi sakit və aramla mənimkinə yaxın bir yerdə döyünməyə başlayır. Mən özümü çox