Эротические рассказы

Üzeyir Hacıbəyli xatirələrdə. Коллектив авторовЧитать онлайн книгу.

Üzeyir Hacıbəyli xatirələrdə - Коллектив авторов


Скачать книгу
idi. Əli Vəliyevin kabinetinin yanında bir kiçik otaq vardı. Bir qapısı redaktorun otağına, bir qapısı isə aynabəndə açılırdı. Aynabənddən küçəyə çıxmağa imkan da vardı. Mən bu otaqda oturdum. Əli Vəliyev dedi:

      – Üzeyir bəy necə deyibsə, onu bura yaz. Gəlib səndən alacağam.

      Mən notların üstünə Üzeyir bəyin dediyi kimi yazdım. Əli Vəliyev gəlib götürdü və sürücüsünə tapşırdı ki, Kazımı apar evinə.

      Evə gəldim. Bir qədər yatdım. Bir neçə saatdan sonra muzeyə getdim. Muzeyin yanındakı bağda qəzet köşkündən bir “Kommunist” qəzeti aldım. Açıb baxdım. Həmin not mən yazdığım sözlərlə çap olunmuşdu. Muzeyə gəlib Sabitə zəng vurdum. O, mənə təşəkkürünü bildirdi və dedi:

      – Hamısını bilirəm, Əli Vəliyev danışdı, – sonra da bərkdən gülüb əlavə etdi: – Böyük adamlarla işləmək çətindir.

      LEYLA BƏDİRBƏYLİ

      Aktrisa, Xalq artisti

      Mən Gülçöhrəni ürəkdən sevdim

      1938-ci il. Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıq gedirdi. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti idim. Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədriydi. O, rəqqasələr üçün tikilmiş milli paltarların forma, naxış, biçim və bəzəyinə çox diqqət yetirir, hətta başımızdakı cütqabağının silsiləsini düzəldir, necə taxmaq lazım olduğunu da göstərir, fərəh və qürur hissi ilə Azərbaycan milli geyimlərinin gözəlliyindən danışır, milli xüsusiyyətlərinin qorunmasını tələb edirdi. Ongünlüklə əlaqədar məşqlərin birində xorun rəhbəri və dirijoru Üzeyir Hacıbəyov xalq mahnısını oxuyan solisti mahnıya başqa rəng verməyə çalışdığına görə məşqi saxlayıb “A bala, nə eləyirsən? Mahnının atasını yandırırsan ki…” – deyə məzəmmət etdi. Solist çox tutuldu: “Mən mahnıya yeni forma, dirilik vermək istədim”, – deyə cavab verdi. Üzeyir dedi: “Bu, xalq mahnısıdır. Özünün milli şirinliyi və gözəlliyi kifayət qədərdir. Musiqimizdə inkişaf vacibdir. Lakin ona başqa don geydirəndə dözə bilmirəm”.

      Mən elə bir adam tanımıram ki, Üzeyir Hacıbəyova məftun olmasın. O, qeyri-adi, ülvi bir insandı. Hər şeydə və hər kəsdə yaxşılıq görənlər əbədilik qazanırlar. Üzeyir belə şəxsiyyətlərdəndir. Gözəllikdə çirkinlik, yaxşılıqda yamanlıq, işıqda qaranlıq axtaranlara qarşı amansız olurdu. Pak qəlbli, geniş ürəkli, qayğıkeş, təvazökar, səxavətli bir insan – mən onu həmişə belə xatırlayıram.

      Zahirən çox ciddi görünən Üzeyirin incə bir yumoru da vardı. 1944-cü il Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə Azərbaycan incəsənət ustalarının müvəffəqiyyəti səs-səda salmışdı. Hamı sevinirdi; Üzeyir Hacıbəyov hamıdan artıq. Yekun konsertində artistlərimizi və mədəniyyət işçilərimizi tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Əlbəttə, bu alqışların çox hissəsi Üzeyirin payına düşürdü. Təsəvvürünüzə gətirə bilməzsiniz ki, o necə sıxılır, utanır, geri çəkilərək yoldaşlarını irəli verirdi. Üzeyirə qabaq sırada əyləşməsini təklif etdikdə o, bizi də yanına çağırtdırdı və: “Qızlar, elə əyləşin ki, gözümün qabağında olasınız. Bura Gürcüstandır, birdən sizi qaçırarlar”, – deyib gülümsədi. Sevimli müğənnimiz Sara Qədimova ilə indi də bunu xatırlayıb gülürük.

      Daha bir xatirə. 1945-ci il. “Arşın mal alan” musiqili komediyasının çəkilişinə hazırlıq gedirdi. Mən Gülçöhrə rolunda çəkiləcəkdim. Uzun müddətdi ki, konsertmeysterlə ariyaları öyrənirdim. Bu işə maestro Niyazi rəhbərlik edirdi. Bir gün hörmətli müəllimim və filmin quruluşçu rejissoru Rza Təhmasibdən xəbərsiz Üzeyirin evinə getdim. Hələ də bilmirəm niyə? Qapını bəstəkarın yaxın qohumu Tamara xanım açdı. Üzeyiri görmək istədiyimi bildirdim. Bir neçə dəqiqədən sonra işıqlı kabinetində, təmiz ağ köynəkdə kresloda əyləşmiş bəstəkar məni qəbul etdi. Nədən və necə başlamaq lazım gəldiyini unutmuşdum. Sanki hər şey başımdan uçub getmişdi. Birtəhər özümü ələ alıb dedim: “Mən Gülçöhrə roluna çəkiləcəyəm. Ona görə…” Yenə nitqim qurudu və heç bir şey əlavə edə bilmədim. O, mənə diqqətlə baxır, nə isə fikirləşir, adəti üzrə bığlarını tumarlayırdı. “Sənin çəkilməyinə etirazım yoxdur, am-ma, bilirsənmi, bu, rəqs deyil, kinoda obraz yaratmaqdır”, – deyib susdu. Bir qədər sonra Gülçöhrəni necə görmək istədiyindən, Azərbaycan qızına xas keyfiyyətlərdən danışdı. Əlbəttə, obraz haqqında bu görüşə qədər rejissorla söhbətimiz çox olmuşdu. Bütün bunlara baxmayaraq, böyük bəstəkarla söhbətdən sonra özümdə xoş bir əhval duydum və özümə daha möhkəm bir inam oyandı. Vidalaşarkən məni dəhlizə qədər ötürüb belə dedi: “Mən Gülçöhrəni çox sevirəm, istəyirəm ki, sən də onu ürəkdən sevəsən”. Həqiqətən, mən Gülçöhrəni ürəkdən sevdim.

      MƏHƏMMƏD SƏİD ORDUBADİ

      Yazıçı, publisist, dramaturq

      Böyük sənətkar barəsindəki xatiratım

      Üzeyir ilə tanışlığımız birinci dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Onun özü satiraçılıqda qüdrətli bir qələmə malik olduğu üçün satira yazanlarla tanış olmağı da sevirdi. Mən hələ Ordubadda olduğum zamam rəssam Əzim Əzimzadə ilə tanış idim və onunla tez-tez məktublaşırdım. Günlərin birində müştərək yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı:

      “Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə, qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa gəlməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar. Sənin “Molla Nəsrəddin” məcmuəsində “Pilov cəzair müctəməsinin əhval coğrafiyası” ünvanlı satiran çox xoşuma gəldi. Onu daima yorğun olduğum vaxt götürüb oxuyuram. Hətta qarınqulu mollalar belə, acıqlandıqlarına baxmayaraq, bu yazını gülə-gülə, dönə-dönə oxuyurlar. Mən məsləhət görürəm ki, belə şeyləri yazanda oxucunu yalnız güldürməyə diqqət vermə, onları düşündürməyə də çalış!

      Sənin qaibanə dostun H.Üzeyir”.

      Üzeyir ilə yaxından tanışlığımız Oktyabr inqilabından sonra başladı. Mən iyirminci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım, yalnız rəssam Əzimzadə və Haqverdiyevlə görüşə bilmişdim. Bir az sonra mərhum Cəfər Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə olaraq üz-üzə gəldik və tanış oldum. Bu görüşdə, yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək


Скачать книгу
Яндекс.Метрика