Эротические рассказы

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə ƏzizəЧитать онлайн книгу.

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə


Скачать книгу
və onu əsgərliyə apardılar. Amma o işlədiyi zaman mənim bir məsələdə iştirakıma, nəsə bir xeyirxahlıq etməyimə səbəb oldu. Bir gün dedi ki, bacı, şagirdlərindən Gülhüseynin anası Türfə xalanı dolaşdıracaqlar. Fermada sağılan süddən nə qədərsə çatmır, ona görə yoxlama gəlmişdi. Mən də, kənd camaatı da yaxşı bilirdik ki, Türfə ölər, evinə haram aparmaz. Sadəcə öz tərəfindən yanına gəlib istəyən fağır-füqəra kənd adamlarına süd verib. Elə kolxoz sədri Sarı da bilirdi bunu. Amma fakt bu idi ki, südün camaata paylanması haqqında siyahı tərtib olunmamışdı. Hamısı Türfənin boynunda qalacaqdı. Əri cəbhədəydi, ailəsini tək dolandırırdı. Külfəti o dolandırsa da, Allah eləməmiş, balasını acından öldürərdi, bir qab kolxoz malına, lap elə süd olsun, dəyməzdi. Bu, həm də müharibə dövründə ən ağır günahlardan biri hesab olunurdu. Elə bil cəbhədəki əzizinin boğazından kəsib oğurlayırdın. Qərəz, Türfəni məktəbə, müdir otağına çağırtdırdım. Aramızda təxminən belə bir söhbət oldu:

      – Kimlərə payladığın yadındadı?

      – Əlbət ki, ay uçtel (rus dili müəllimi gəldiyimdən əvvəl də məni elə belə çağırırdılar), sədrin özü də yaxşı bilir, tapşırıb özü, hamısı da, qədəri də yadımdadı. Amma Sarı Tarı saxlamış sabah-sabaha saldı, sonra da yadından çıxdı, deyəsən. Düzəltmədi siyahını nə o, nə hesabdar.

      Kağız-qələm götürüb Türfənin dediyi siyahını tutdum. Kimlərə nə qədər süd payladığını yazdım, müxtəlif xətlərlə qolladıq, əlimizə düşəni gizlicə çağırıb qol çəkdirdik. Qərəz, iş düzəldi, siyahı öz vaxtında komissiyanın qənşərinə çıxarıldı. Məsələ də qurtardı, getdi. Mən Türfəgildə, qonşuluqda olurdum. Anamxanım adlı bir əsgər ailəsinin boş otağını vermişdilər bizə. Gözəllər gözəli Ürfət adlı dayısı qızı vardı qonşuluqda. O da cavankən dul qalmışdı, əri əsgərlikdəydi. Kağızı da gəlmirdi, öldüsü-qaldısı bilinmirdi. Hər gün al obaşdan durub tarlaya gedirdi hamıdan əvvəl. Hamıdan sonra qaş qaralanda qayıdırdı. Elə mehriban, elə canlı-qanlı, sədaqətliydi ki. Əsgərlərdən gələn məktubları çox vaxt mən oxuyurdum özü oxuya bilməyənlərçün. Bu zaman Ürfətin gözlərində elə bir həsrət, intizar oxuyurdum ki! Bu nakam gözəl gəlinin övladı da olmamışdı ki, istəkli ərinin ətrini ondan alsın, başını qatsın. Odu ki, işi-gücü tarlada bacardıqca çox işləmək, pambıq yığmaqdı. Planını artıqlamasıyla yerinə yetirməyə can atır, elə bununla da, cəbhəyə yardım edirdi. Bütün arvadlar beləydi. İnanın ki, gülərüzlü, mehriban Narınc briqadir Şeyda bəyin arvadı olmasına baxmayaraq o kəndlərdə tanıdığım Çəltikçi, Rəhimağalı, Ağalarbəyli, Cuxurluda, Daşdəmirbəylidə, Ərəbqiyaslıda Gülüş, Şövkət, yaşlı qadınlar Xəndan, Şəkər, Dünyabəyim, Safra gəlinləri, Sahıb, kənd sovet katibi olsa da, Nərgiz, məktəbimizin xadimi olsa da, Güllü arvad, Əsəd kişinin arvadı Maya xanım, Böyükxanım, Səkinə arvad, Göhər və onlarla başqaları eyni fədakarlıqla işləyirdilər. Hələ üstəlik vergi almağa qapılarını kəsdirəndə axırıncı nələri vardısa, verirdilər: “Təki orda əzizlərimizçün yaxşı olsun” deyirdilər. Bu sözü dönə-dönə eşitmişəm ana-bacılardan.

      Dediyim kimi, mənim də vəziyyətim hamınınkı kimiydi. Sovetliyin bəzi kəndlərinin vəziyyəti yaxşıydı, oralardan hamıya əl uzadan vardı. Dönə-dönə Daşdəmirbəylidə Xasay bəyin evində Camal bacıya qonaq olmuşam. İndinin özündə də arabir məni unutmayan, hərdən məktub yazan kiçik gəlinləri Maya xanımla dostluq etmişəm. Hər ay Xasay bəy mənə bir batman un göndərib. O və Qiyaslının sədri Əvəz. Bu iki nəfər olmasaydı, çörək sarıdan günüm qaraydı. Əvəz qardaş tez-tez, “bizim qarı səni görmək istəyir, elə kəndin qırağından gəlib uşaqları aparırsan, bir bizə gəl” – deyirdi. Getdim. Əvəzin “qarı” dediyi bu gözəl xanımı doya-doya, sevə-sevə xatırlayıram. “Qarı buymuş, Əvəz qardaş?” Əvəzin qardaşı müharibədə yaralanmış, Bakıya gətirilmişdi, Şüvəlan qəsəbəsinin indiki 156 saylı məktəbində (binasında yerləşən hospitalda) müalicə olunurdu. Cəbhəyə qayıdacaqdı. Əvəz kolxozu bircə saat da qoyub gedə bilməzdi, yanvar tətili idi, məndən xahiş etdi: bacısıyla birlikdə (yol-riz bilməyən, ömründə Qiyaslıdan kənara çıxmayan qadındı) Bakıya getdik. O zaman maşın filan yox idi. Olsaydı da, xüsusi iş üçün, hətta kolxoz sədrinin yaralı qardaşını görməyə bizə at da vermədilər. Sığırlıda qatara minməkçün dəvə kirələyib bizi yola saldılar. Gedəndə də, qayıdanda da bu bacı, mən və dəvəçinin macəralarımızı yazmaq xeyli çəkər.

      Amma getdik də, qardaşı İbrahimi gördük də. Sonra o yenidən cəbhəyə qayıtdı. Gerisini bilmirəm.

      Orada xoş xatırladığım adamlardan biri Xeyrulla kişiydi. Yamanca dostlaşmışdıq. Bir dəfə nədənsə məktəb müdirlərini Bakıya çağırmışdılar, Maarif Nazirliyinə. Xeyrulla kişi məndən xahiş elədi ki, onunçün bir papaq alıb gətirim. Söz verdim. Bakıya ABŞ-ın verdiyi studbekker maşınlarında gəlirdik. Ot tayalarının üstünə minir, otu saxlayan kəndirlərə sarılırdıq ki, Ağsu dolaylarında yıxılmayaq. 1942-ci ilin son günü, 1943-cü ilin əvvəli yaxınlaşırdı. Sürücülər bizi, yəni sərnişinləri “gizlin” daşıdığından adamları Bakıya çatdıranda Xırdalanda haqqını alıb düşürürdü ki, milisə rast olmasın. Cərimə verməsin. Xırdalandan Bakıdakı evimizəcən (Yuxarı Dağlıq küçəsi, indiki Abdulla Şaiq küç №80) pay-piyada gəlməliydim. Hamı da mənim kimi. Çarə nə idi? Gəlib evə çatanda xala bildiyim, anamın əmisi qızı, əlil və olduqca zəhmətkeş qadın İzzət bacının saatı gecə saat 11-i göstərirdi. Elə haldaydım ki, ot tayası məni elə hala salmışdı ki, İzzət bacı su qızdırıb yuyunmağı təklif edəndə sevindim. Evin ortasına iri ləyən qoydu. Daim işləyən divardan asılı radiosu xəbərlər verəcəkdi, dinləməyə hazırlaşırdıq. Elə suyu başıma tökən vaxt radio dilləndi: “Əziz dinləyicilər, sizi 1943-cü ilin gəlişi münasibətilə təbrik edirik”. Göz yaşlarım başıma tökülən suya qarışdı. Deməli, yeni ili teştin içində qarşılayırdım. Bir dəfə Qanada olanda yeni ili Atlantik okeanın sularında axşamüstü ora vaxtilə saat 6-da qarşılamışam. Bu iki yeni il yadımdan çıxmır. Qərəz, Maarif Nazirliyində işləri tamamlayıb, yeni vəzifə təyinatı alıb, Çaparlıya dönmək istəyəndə Xeyrulla kişinin papağı yadıma düşdü, aldım, apardım. Səhər Xeyrulla kişini bir neçə nəfərlə bərabər idarənin önündə gördüm. Təzə papaq başındaydı. Mübarək deyib soruşurdular:

      – Hardan aldın, əyşi?

      – Uçtel sağ olsun, Bakıdan gətirib.

      Kimsə məndən soruşdu:

      – Uçitel, a on dengi dal?

      Mən gülə-gülə, məsəli tərcümə edə bilməyən sorğuya belə cavab verdim:

      – Astalos na “arpa dəyən”.

      Xeyrulla kişi rusca bilməsə də, “arpa dəyəni” bilirdi, cəld dedi:

      – Vallah, ay uçtel, arpa dəyənə qalmayacaq.

      Səhəri günü məktəbə gəlib papağın pulunu verdi.

      Ağır günlərimin birində səhər yeməyə bir şeyimiz olmadığından ac qarına kiçik məktəbli qardaşım Əhmədlə birlikdə məktəbə yollandıq. Heç bir saat çəkmədi ki, Əhməd dərs dediyim sinif otağının qapısını kəsdirdi:

      – Ana


Скачать книгу
Яндекс.Метрика